Türkiyə türkcəsindən tərcümə effektsiz vəziyyət ortaya qoyur

 

Nizami Cəfərov: Belə çıır ki, əvvəl Şəki dialektində badığın filmə indi Qaza dialektində baırsan

 

Cəmiyyətin bütün təbəqələrinin istifadə etdiyi bir vasitə olduğu üçün telekanallar həmişə diqqətdə olur. Mütəlif dünyagörüşlü, mütəlif arakterli və zövqlü insanlar var. Bu baımdan telekanalların işi mürəkkəbdir. Amma hər halda peşəkarlıq, qoyulan qaydalara əməl etmək, cəmiyyətlə hesablaşmaq vəziyyətdən çıış yolu ola bilir.

Mütəəssislər bu fikirdədir ki, əvvəllər- telekanallar yeni yarandıqları dövrdə onları tənqid atəşinə tutmaq doğru olmasa da, artıq onların yaranmasından kifayət qədər vat ötdüyü üçün televiziyalar öz məsuliyyətlərini hiss etməlidirlər. Millət vəkili Nizami Cəfərov telekanallar haqqında söylənilən fikirlərə, eləcə də verilən qərarlara öz münasibətini bildirdi.

-Telekanallarımız haqqında mütəmadi tənqidi fikirlər səsləndirilir. Sizcə, bu tənqidlərin bir əhəmiyyəti olacaq?

-Televiziyalarımızla bağlı vataşırı mütəlif fikirlər söylənilir. Baş nazirin müavini, alq yazıçısı Elçin Əfəndiyev televiziyalarla bağlı fikirlərini söylədi. Belə fikirlər hərdənbir səsləndirilməlidir. Əgər 10 il bundan əvvəl bizim televiziyaları tənqid etsəydik, düz olmazdı. Çünki o zaman müstəqil telekanallar yeni-yeni meydana çıırdı və atarış yollarında olduqlarına görə çolu səhvlər, problemlər də olurdu. Amma indi artıq televiziyalar öz üslublarını müəyyənləşdirməlidirlər və peşəkarlıq səviyyəsi üçün cavabdeh olmalıdırlar. Ona görə də bu cür tənqidlər nə qədər kəskin olsa da, eyrə işləyəcək. İstər-istəməz tənqidlər olmalıdır. Amma bizim televiziyalarımızın həddən artıq bərbad vəziyyətdə olmasından söhbət gedə bilməz. Yaşı, baılan verilişlər və zəif verilişlər də var.

-Bir müddətdən sonra Azərbaycan böyük miqyaslı beynəlalq tədbirə ev sahibliyi edəcək. Belə bir mədəniyyət hadisəsinin ölkəmizdə keçirilməsi yerli telekanallara nə verə bilər?

-Ölkədə mədəniyyətlə bağlı beynəlalq tədbirlərin keçirilməsi mədəniyyətin, incəsənətin inkişafına ço böyük təsir göstərir. Böyük nümunədir. Bir var ki, tədricən, oradan-buradan öyrənəsən. Bir də var ki, böyük bir tədbirə ev sahibliyi edəsən. Və bu tədbirləri keçirməyin həm uğurunu dadasan, həm də onun əziyyətini hiss edəsən. Hər millət, dövlət bu işlərin öhdəsindən gələ bilməz. Bunun siyasi tərəflərindən başlamış, ta teniki tərəflərinə qədər mütəlif çətinlikləri var. Ona görə də düşünürəm ki, müsabiqə həm Azərbaycanın ictimai-siyasi nüfuzunu qaldıracaq, həm də mədəniyyətin, incəsənətin, yəni şou tenologiyalarının inkişafına kömək edəcək. Eurovizion hər şeydən əvvəl biznesi olan şoudur. Amma belə şou-biznes hara və hərdən bizim telekanallardakı şou verilişləri hara. Əlbəttə, belə bir müsabiqənin ölkədə keçirilməsi telekanallara da təsir edəcək. Gərək bizim televiziyalar, incəsənət aləmimiz fizionomiyasını hazırlasın, ozünü təcrid etməsin. Hadisələrin içində olsun və o enerjini götürə bilsin. Azərbaycan son illər bir ço beynəlalq tədbirlərə ev sahibliyi edib. Amma bu müsabiqə daha geniş miqyaslı hadisədir. Müsabiqə bitəndən sonra böyük bir bayramdan çımış kimi görünəcəyik. Nəbzimizin vurmasında əvvəlkindən bir az fərqlilik hiss olunacaq.

-Milli Televiziya və Radio Şurası sədrinin fikrincə, ölkə qanunvericiliyində alqın tariinin mühüm günlərində televiziyaların verilişləri efirə necə vermələrini tənzimləyəcək üsusi qaydalara ehtiyac var. Sizin bu məsələyə münasibətiniz necədir?

-Düşünmürəm ki, rəsm şəkildə belə bir qayda qoyulmalıdır. Tariimizdə baş verən faciəvi günlərin ildönümlərini dövlət rəsmi şəkildə qeyd edir. Bizim bütün orqanizmimiz də bu günləri hiss etməlidir. Televiziyalarımız, mətbuatımız və adi insanlarımız da öz ailələrində bunları hiss etməlidirlər. Kimin ağlına gələr ki, yanvarın 20-də toy etsin və ya ad günü keçirsin. Bu da alqın tariinə və keçmişinə sədaqəti ilə bağlı məsələdir. Faciəni faciə kimi yaşamaq özü də mədəniyyətdir. Tariində belə faciəli günlər varsa və sən həmin günləri yaddaşından çıarırsansa, demək mədəniyyətsizsən. Biz erməni kimi nəyisə yalandan uydurub, ondan faciə yaratmaqla siyasi məqsədlər üçün istifadə etmirik ki. Bizdə olanlar həqiqi, sübut olunmuş hadisələr olduğu üçün bu məsələdə məsuliyyət daşımalıyıq. Həm də təkcə hüquqi-idarəçilik səviyyəsində yo, ümumiyyətlə, bir insan olaraq, bu millətin övladı olaraq bu məsuliyyəti daşımalıyıq.

Yenə qeyd edim ki, bunu bizim telekanallar da hiss etməlidirlər. Həqiqətən elə məqamlar olur ki, 31 mart soyqırımı günü hansısa bir telekanalda bütün hırıltısı və laqqırtısı ilə şadlıq mərasimi yayımlanır. Bəyəm, belə günlərdə bu cür verilişlərin olmaması üçün ayrıca qərarmı çıarılmalıdır? Bizim televiziyalarda çalışanlar, proqram siyasətini yürüdənlər kifayət qədər ciddi insanlardır və belə məqamları nəzərə almalıdırlar. Nəzərə almayanda da ictimai qınaq obyekti olacaqlar və istər-istəməz telekanal öz nüfuzunu itirəcək. N.Məhərrəmli şuranın sədridir və lazımi bəyanatlar verə və fikrini bildirə bilər. Əlbəttə, telekanallar da şuranın təzyiqini hiss etməlidirlər. Çünki bu, hüquqi yo, mənəvi təzyiqdir. Amma rəsmi şəkildə bu məsələ ilə bağlı qərar çıarmağa elə bir ehtiyac yodur.

-Şura sədrinin bir qərarı da mayın 1-dən telekanallarda əcnəbi serialların yayımının dayandırılması ilə bağlıdır. Bununla bağlı nə deyə bilərsiniz?

-Telekanallarda nəyisə-hansısa verilişi, janrı qadağan etməyin lazım olduğunu düşünmürəm. Əlbəttə teleseriallar gedir və yəqin ki, gedəcək. Onun qarşısını almaq mümkün deyil. Amma burada söhbət rəngarəngliyin təmin olunmasından gedir. Televiziyanı səhərdən aşama kimi məsləhət verən orqana və yaud akademik bir mərkəzə çevirsən və ya bütün günü kino versən yenə baılmayacaq. Bütün cəhətlər nəzərə alınmalıdır. Yadımdadır ki, N.Məhərrəmli göstəriş verdi və Türkiyə türkcəsində olan bütün seriallar Azərbaycan dilinə tərcümə olundu. Effektsiz bir vəziyyət əmələ gəldi. Narazılıq yarandı. Türkiyə türkcəsində teleserialı Azərbaycan dilinə çevirəndə belə çıır ki, əvvəl bu seriala Şəki dialektində baırdınsa, indi Qaza dialektində baırsan. Etnoqrafik bir natarazlıq meydana çııb. Amma Nuşirəvan müəllim haqlıydı. Ona görə ki, bizim telekanallarımız ərc çəkib orjinaldan teleserialları tərcümə etmək əvəzinə, bütün kanallarda Türkiyə serialları verirdilər. Bu da olmaz. Dövlətin dili və bunun haqqında qanunu var. Nisbət gözlənilsəydi, belə olmazdı. Hətta mən tərəfdarıyam ki, Azərbaycan telekanallarında ayda bir dəfə bir film nəinki Türkiyə türkcəsində, eləcə də özbəkcə, türkməncə verilsin. Anlaşılırsa, burada problem yodur. Çünki hər şeyin bir praktik tərəfi var. Heç nəyi praktikadan kənar qəbul etmək olmaz. Amma yenə də qeyd edirəm ki, bizim kanallar pul ərcləməyin dərdindən hər şeyi Türkiyə türkcəsində verəndə buna Nuşirəvan müəllim nə etsin? O da məcbur qalıb belə bir qərar qəbul edir. İndi də serialları o qədər çoaltdılar ki, qoruram MTRŞ sədri həqiqətən arici serialları qadağan etmək fikrinə düşsün. Vəziyyət elə olur ki, adam N.Məhərrəmliyə də etiraz edə bilmir. Zərurətdən irəli gələrək belə bir qərar çıarılır. Yaşı olardı ki, Teleradio Şurası müəyyən bir limit qoymaqla bu məsələni həll etsin. Birdəfəlik qadağa da olmaz. Qoyulan qaydalara əməl olunmadıqda müəyyən tədbirlər görməli olurlar ki, görülən tədbirlər də əvvəlki qaydaları zədələmiş olur. Əks reaksiya baş verir. Ona görə də bizim telekanallar qarşılıqlı müzakirələr keçirməli, cəmiyyətlə hesablaşmalı, yalnız öz maraqlarından çıış etməməlidirlər. Çünki başqa cür yaşamaq mümkün deyil.

-Mədəniyyət kanalının yaranmasından artıq bir il ötüb. Kanalın fəaliyyətini necə qiymətləndirirsiniz?

-Mədəniyyət kanalının yaranmasından keçən bir ildə böyük hadisələr baş verdi. Mədəniyyət kanalı bu saat ən ço badığım telekanallarımızdan biridir və həqiqətən də eyli uğurlar var. Həm bizim klassik mədəniyyətimizə, həm dünya klassikasına müraciət olunur. Yaşı təhlillər də olur. Hərdən retro incəsənət, mədəniyyət tədbirləri olur ki, insan ço nostalgiya ilə baır və eyni zamanda eyli şeylər də öyrənir, mədəni yaddaşını təzələyir. Elə bilirəm ki, mədəniyyət kanalı özünü doğrultdu. Amma bizim belə bir xüsusiyyətimiz var ki, bəzən uğurumuz olandan sonra həmin uğurun kölgəsində bir az tənbəlliyimiz tutur. Düşünürəm ki, tənbəllik tutmamalı və daha irəli gedilməlidir. Hələlik mədəniyyət kanalı əsasən tarii-mədəni ruhumuzu dirçəltməklə məşğuldur. Amma yeni verilişlər də hazırlanmalıdır. Müasirlik, novatorluq, yeni incəsənət, mədəniyyət onun bugünkü vəziyyəti də diqqətdə olmalıdır. Bu mövzularda verilişlər ço azdır. Xüsusilə gənclərin-gənc yazıçıların, rəssamların musiqiçilərin həm əsərləri təqdim edilməli, həm də onların yaradıcılığının populyar müzakirələri olmalıdır.

 

 

Aygün

 

Olaylar.- 2012.- 7-9 aprel.- S.4.