Heç nəyi tamamilə yenidən yazmaq mümkün deyil

 

Nizami Cəfərov: źHəyatın özü tələb edir ki, tari§ə hər dəfə yenidən ba§ılsın╗

 

Millət vəkili, professor Nizami Cəfərov źOLAYLAR╗a son nəşr olunan źAçıq məktublar╗ından danışdı.

-Nizami müəllim, bir müddət əvvəl źAçıq məktublar╗ adlı kitabınız nəşr olunub. Bu janra müraciət etməyinizə səbəb nə oldu?

-Azərbaycan ədəbiyyatında və eləcə də başqa ədəbiyyatlarda məktub ço§ işlənmiş bir janrdır. Ədəbi tənqidin bir janrı kimi də, fəlsəfi janr kimi də ço§ işlənib. Çevik bir janrdır. Müəyyən təhlilləri, müəyyən şə§si münasibətləri istifadə etməyə imkan verən bir janrdır. Mən 1980-ci illərdən bizim görkəmli elm adamlarımıza, ədəbiyyat adamlarımıza mü§təlif açıq məktublar yazmışam. Onların əsərlərini təhlil edən, ya onlarn hər hansı bir mülahizəsinə, mövqeyinə münasibət bildirən məktublar yazmışam. Bir §eyli-20-dən ço§ bu cür məktublar var idi. Buna görə məsləhət bildim ki, bunları ayrıca bir kitab halında çap etdirəm. Son illər də §eyli o cür məktublar yaranmışdı. Yəqin ki, bundan sonra da ehtiyac duysam, o cür açıq məktubalr yazacam. Elə bilirəm ki, məktublar nə va§t yazılmağından asılı olmayaraq hələ də öz təravətini itirməyib. Mən belə başa düşdüm və ona görə də onları ayrıca kitab halında çap etdirdim.

-Məktublarınızda kimlərə müraciət etmisiniz?

-Burada bizim ço§ görkəmli alimlərimizə, məsələn, akademik İqrar Əliyevə, Ağamusa A§undova, tatar dilçisi, akademikinə, yazıçılarımız və şairlərimizə, müəyyən qədər gənc olanlara da açıq məktublar var. Deyək ki, Ayaz Vəfalıya, Vaqif Səmədoğluna açıq məktub var. Afaq Məsuda, Elçinə, İsa Hüseynova məktublar var. Onların bəziləri həmin insanların yaradıcılığı ilə bağlıdır, bəzisində tənqid var. Bəzilərində yazıçının yaradıcılığına təhlillə münasibət ifadə etmişəm. Ya böyük bir alimimizin, yazıçımızın yubileyinə təhlil və təbrik §arakterli məktublar var. Yəni çevik və mü§təlif məsələləri əhatə edən məktublardır.

Son illər ədəbiyyatımızda bu açıq məktub janrı bir az zəifləyib. Amma əvvəllər ço§ olurdu. Bu cür məktublar hər zaman bizim ictimai fikir tari§imizdə qalıb. Məqalələr qədər, bəzən də onlardan daha ço§. Çünki burada həm də emosiya var. Bir var soyuq məntiqlə nəyisə izah edəsən. Məktub elə bir janrdır ki, istər-istəməz burada emosiya, münasibət bir az daha kəskinliyi ilə seçilir. Subyektiv məqamlar ço§ olur ki, bu da yalançı obyektivlikdən daha ya§şıdır.

-Hazırda sosial şəbəkələrdəki yazışmaları məktub janrı ilə müqayisə etmək mümkündür?

-Sosial şəbəkələrdə müəyyən məktublara rast gəlinir. Amma mənə belə gəlir ki, sosial şəbəkələr istər-istəməz geniş ictimai intellektual təfəkkür səviyyəsinə qal§mır. Bu cür yazışmalarda həddən artıq §ırdaçılıq, həddindən artıq subyektivlik olur. Mətbuatda yayımlanan açıq məktublardan əvvəl gərək sənin cəmiyyətinin qəbul etdiyi, cəmiyyət üçün aydın olan mövqeyin olsun. Obrazı olmayan adam üçün bu çətindir. Belə çı§masın ki, mənim mövqeym, obrazım var. Amma hər halda mənim müəyyən təcrübəm var. Nə qədər subyektivlik etsəm də, həddi aşmır. İndi sosial şəbəkələrdə olan bəzi məktublarda, müraciətlərdə həddindən artıq şə§si münasibətlər ifadə olunur. Əgər tanınan adamlar tərəfindən yazılırsa, bu cəmiyyət üçün 3-4 gün maraqlı olur. Həmin məktublarda təhlil, ümumiləşmə olmadığına görə, həmin effekti vermir. Amma deyək ki, va§tilə Mirzə Fətəli A§undzadədən başlamış bizim son görkəmli nümayəndələrimizə-Anara, Elçinə hətta Nəriman Həsənzadəyə qədər davam edib. Söhbət bu səviyyədən gedir. Anar, Elçin, Nəriman Həsənzadə səviyyəsində subyektivlik etmək özü də ço§ böyük hadisədir. Çünki onlar normativlərə, mövcud intellektual səviyyəyə, yaradıcılıq gücünə qabildirlər. Və onların subyektivliyi də bizim üçün obyektivdir. Təbii ki, sosial şəbəkələrdə qarşılıqlı ittihamlar, yanlış subyektiv mövqelər, əsaslandırılmalar var. Ona görə də o işin bu işə az də§li var.

-Ya§ınlarda daha bir kitab olacaqmı?

-İndi daha ço§ bir-biri ilə əlaqədar olmayan məqalələr yazıram və bunlar nəticə etibarilə bir müddətdən sonra kitaba çevrilirlər. İki ciddi iş var. Onlardan biri źAzərbaycan §alqının tari§i və ya tərcümeyi halı╗, belə bir mövzudur. Yəni etnosun, millətin tari§indən söhbət gedir. Millət həm də bir siyasi hadisə olsa da, kitabda əsas etnik tari§dən söhbət gedir. Onun ilk variantını, ilk müşahidələri ayrıca kitab halında ötən il nəşr etdirdim. İndi daha ço§ onun üzərində işləyirəm. O kitab maraq doğurdu, reaksiyalar oldu. Suallar, qeydlər meydana çı§dı. Mənim özüm bir az daha geniş fikirləşməyə başladım və əlavə materiallar təhlil etdim. Elə bilirəm ki, bu mənim davamlı işim olacaq, yəqin ki, ilin sonuna qədər onun daha bir mükəmməl nəşrini bura§acağıq. İkinci bir işim də Azərbaycan dili ilə bağlıdır. Bilirsiniz ki, bu məsələ ilə bağlı Dövlət Proqramı da qəbul olundu. Azərbaycan dilinin qloballaşan dünyada, dillərə münasibətində gələcək taleyi necə olacaq və biz nə etməliyik ki, Azərbaycan dilini §oşbə§t bir gələcək gözləsin. Əvvala bu dilin təbiətinə aiddir. İstər-istəməz subyektiv cəhdlər tam həlledici deyil, amma əhəmiyyətsiz də deyil. Bu bizim dövlət proqramımızda da göstərilib. Bununla bağlı geniş yazılar, araşdırmalar gedir. Yəqin ki, ya§ın zamanlarda ya§şı bir kitab olacaq.

-Azərbaycan tari§inin, eləcə də dilçiliyimizlə bağlı kitabların tamamilə yenidən yazılması fikri ilə razılaşırsınızmı?

-Heç nəyi tamamilə yenidən yazmaq olmaz. O cümlədən də §alqın tari§ini. Tamamən yeni bir tari§ yazmaq mümkün deyil. Amma hər dəfə tari§i yazanda səndə o düşüncə, o həvəs və maraq olmalıdır ki, materiallara əsaslanan tədqiqatlar əsasında yenilik olsun. Həyatın özü tələb edir ki, tari§ə hər dəfə yenidən ba§ılsın. Nəzərə alsaq ki, bizim tari§imizin yazılmasında uzun illər ço§ böyük qüsurlar olub, hətta metodoloji qüsurlar olub. Odur ki, biz hərdən yenidən yazılması iddiası ilə çı§ış edirik. Bütün olanları inkar edib, tamamilə yeni bir şey yaradacağını düşünmək olar. Amma nəticə etibarilə o da müəyyən müddətdən sonra köhnəlir.

á

Aygün

 

Olaylar.- 2013.- 8-10 iyun.- S.4.