Diaspor təşkilatlarına məxsus

ən aktiv internet saytları

 

Əvvəli ötən sayımızda

 

Xarici ölkələrdə fəaliyyət göstərən əksəriyyət diaspor təşkilatlarımızın internet saytları olsa da, lakin bəzilərində bu yoxa bərabərdir. Ayrı-ayrı diaspor təşkilatlarına məxsus elə internet saytları var ki, onlarda aylrla xəbərlər təzələnmir, yaxid həmin saytlara daxil olmaq belə problemə çevrilir. Ancaq etiraf etmək lazımdır ki, davamlı cəmiyyətə informasiyalar çatdıran, fəaliyyəti barədə onu məlumatlandıran diaspor təşkilatlarına malik internet saytları da var. Bunlar sırasında bir neçəsinin adını qeyd etmək mümkündür.

 

Azərbaycanlı Tələbələr və Elmi İşciləri Birliyinin internet səhifəsi-www.vasw.de-Sayt Azərbaycan və alman dillərində yayımlanır. Saytın “Ana səhifə”, “Berlin”, “Fotoalbom”, “Almaniya” keçidləri var.  Bundan başqa təşkilat haqda 6 yarımkateqoriyalarda məlumat verilir.

“Babək” Kültür Dərnəyinin internet səhifəsi-www.babekderneyi.org-Əsası İsveçin Linşoping şəhərində 1990- cı ildə qoyulub. Məlumatların informasiya yükü və dolğunluğu ilə diqqət cəlb edir. Daha çox dərnəyin fəaliyyətini işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslar və kurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.

Benilüks Azərbaycanlıları Konqresinin internet səhifəsi-www.bak-org.eu-Azərbaycan və ingilis dilində yayımlanır. Yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mutəşəkkil mübarizə aparır. Bundan başqa, Beniluks xəbərləri, İraq turkmənləri, Azərbaycan xəbərləri, BAK mətbuat xidmətindən xəbər bulletenləri ilə də oxuculara ətraflı məlumat verir.

Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyətinın internet səhifəsi-www.azbul.8m.com-Saytda Bolqarıstanda yaşayan azərbaycanlılar, onların cəmiyyətə inteqrasiyası, öz milli dəyərlərini qoruyub saxlaması istiqamətində həyata keçirilən tədbirlər işıqlandırılır. Burada Bolqarıstandakı Azərbaycan diasporunun kampaniyalar, aksiyalar haqqında xəbərlərə də mütəmadi olaraq yer verilir.

“Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının rəsmi internet səhifəsi-www.buta.kr-“Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı Cənubi Koreya Respublikasında Azərbaycanın diaspora fəaliyyətini təmin etmək istiqamətində fəaliyyət gostərir. Sayt bu baxımdan oz funksiyasını uğurla yerinə yetirir. Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasını qarşısına məqsəd qoyan saytın zəngin məlumat bazası var. Fotolarla bəzədilən saytda həm Azərbaycan, həm də Koreyada təhsil haqda məlumatlar əldə etmək mümkündür.

“Caspian Khazri” Cəmiyyətinin internet səhifəsi-www.caspian-khazri.az-2006-cı ilin aprelindən fəaliyyətə başlamış “Caspian Khazri” Cəmiyyətinin internet səhifəsidir. Xatırladaq ki, “Caspian-Khazri” Cəmiyyəti 2006-cı ildə özünün böyük layihələrindən birini həyata keçirib. Layihə çərçivəsində Boyuk Britaniyanın paytaxtı London şəhərində – Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verilib. Bu sayt, məhz həmin məktəbin fəaliyyətini əks etdirir. Sayt mükəmməl dizayn texnologiyası ilə hazırlanıb. Saytda axtarış aparmaq, linklərə daxil olmaq olduqca sadə yolla göstərilir. Böyük Britaniyada təhsil almaq istəyənlər bu sayt vasitəsilə özlərinə hər cür informasiya tapa bilərlər. Viza, konsaltinq, universitet seçimi, qarşıya çıxan suallarla bağlı istənilən cavabı almaq üçün saytın qeyd edilən bölmələrinə daxil olmaq yetərlidir.

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin internet səhifəsi-www.azerdan.dk- Təşkilatın Azərbaycan mədəniyyətinin, tarixinin, mətbəxinin təbliği baxımından həyata keçirdiyi tədbirlər həm yazı, həm də videoformatda saytda yerləşdirilir. Keçiriləcək tədbirlərin anonsu, Azərbaycan uçun əhəmiyyətli hadisələr, Danimarka-Azərbaycan dostluq əlaqələrinin genişlənməsi üçün atılan butun addımlar təbliğ edilir. Saytda bir cox diaspor təşkilatlarının internet səhifələrinə keçid qoyulub.

Danimarka Azərbaycanlıları Federasiyasının internet səhifəsi-www.azeri.dk-Saytın on səhifəsində 17 fərqli səhifəyə keçid verilib. Maraqlı yazıları, xəbər paylaşması ilə seçilir.

Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin internet səhifəsi-www.bizimyol.net-Azərbaycan qadınlarının Danimarka və Azərbaycan ictimai-siyasi həyatında aktiv fəaliyyətini təbliğ edir. Məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyonlu və elmi səviyyədə catdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların millimənəvi dəyər və huquqlarının mudafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımcı olmaq da Danimarka- Azərbaycan Turk Qadınlar Birliyinin internet saytının qarşısına qoyduğu vəzifədir.

Danimarka “Vətən” Cəmiyyətinin rəsmi internet səhifəsi-www.vetencemiyyeti.com-2007-ci ilin fevral ayından Danimarkanın Hillerod şəhərində fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin rəsmi internet səhifəsidir. Yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Saytda “Xəbərlər”, “Tariximiz”, “Diaspora xəbərləri”, “Fotolar”, “Muxtəlif”, “İdmancılarımız”, “Azəri qadınları”, “Bizə yazırlar”, “Azər baycan incəsənəti”, “İslam” bölmələri aktivdir. Saytın ustunluyu Dağlıq Qarabağ həqiqətləri, münaqişə təzadları, işğal faktoru və Ermənistanın Azərbaycana təcavüzü haqda ətraflı bilgi verməsindədir.

Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin internet səhifəsi-www.azkongress.com-Saytın vizual görünüşü xoşagəlimlidir. Rəng seçimi və məlumatların yerləşdirilməsi uyğun proporsiya ilə seçilib. Sayt üzrə naviqasiya və axtarış bölümü aktivdir. Xəbər lentində təşkilatın həyata keçirdiyi tədbirlər haqda geniş məlumat verilir. Konqresin fəaliyyəti milli-mədəni maraqların inkişaf etdirilməsi, Ukrayna cəmiyyətinə azərbaycanlıların inteqrasiyası, Ukrayna və Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki olkə arasında dərin iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edir. Eyni zamanda, soydaşlarımıza huquqi müstəvidə də dəstək verir.

Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzinin səhifəsi-www.dak.az-Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi adı ilə fəaliyyət göstərir. Böyük məlumat bazasına malikdir. “Xəbər lenti”, “Musahibələr”, “Video xəbərlər” bölümləri aktivdir. Onlarla əhəmiyyətli, profilə uyğun saytlara keçidlər qoyulub.

Dünya Azərbaycanlıları Konqresinin rəsmi internet səhifəsi-www.d-a-k.org-“Ana səhifə”də “Siyasət”, “İqtisadiyyat”, “Mədəniyyət”, “Diaspora”, “Təşkilati xəbərlər”, “Güney Azərbaycan” kateqoriyalarını əhatə edən xəbərlər bolumu, DAK-ın kecirdiyi tədbirlər, müraciətlər, bəyanatlar, bir sözlə təşkilatla bağlı bütün məlumatları “İnformasiya” bölümündə əldə etmək olar. Sayt müasir texnologiyalarla dəstəklənib. Sosial şəbəkələrə çıxış linkləri var. Saytda son məlumatlar, ən çox oxunanlar bolumləri, tarixi faktlar linki və digər təşkilatların internet səhifələrinə kecid linkləri aktivdir. Sağ kalonda videoxəbərlər, müraciətlər, aksiyalar haqda video materiallar və digər rəsmi strukturların elektorn səhifələrinə kecid linkləri qoyulub. Zənginliyinə və informasiya yukunun çoxluğuna gorə seçilən saytlardandır.

Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin internet səhifəsi-www.azeri.ee-Sayt 4 dildə yayımlanır. Diaspor təşkilatının həyata keçirdiyi butun layihələri işıqlandırır. Bundan başqa sayt Estoniyada yaşayan soydaşlarımızın həyatı və fəaliyyəti, uğur qazanmış soydaşlarımız haqda maraqlı yazılarla çıxış edir.

Finlandiya Azərbaycanlıları Assosiasiyasının rəsmi internet səhifəsi-www.finlandiya-azerbaycanlilari.fi-18 mart 2008-ci ildə Helsinki şəhərində təsis edilmiş Finlandiya Azərbaycanlıları Assosiasiyasının rəsmi internet səhifəsidir. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə tariximizi fin xalqına tanıtmaq, eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Diqqət cəlb edən dizaynı və sadə iş mexanizmi var. Saytın baş səhifəsində linklər, linklərdən aşağıda isə Bakı və Azərbaycanın gəzməli, görməli yerləri əks olunan fotoları Flash formatda təqdim edilir. Səhifədə Azərbaycanla, Finlandiya- Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən tədbirlərlə bağlı məlumatlar və fotosessiyalar verilir.

İsveç Azərbaycanlıları Konqresinin rəsmi internet səhifəsi-www.azeri.se-İki dildə: Azərbaycan və isveç dillərində fəaliyyət göstərir. Sayt sadə dizaynlıdır. Başlıqda “Azərbaycan haqqında” və “Qarabağ konflikti” linkləri diqqət cəlb edir. Bundan başqa, Konqres, təşkilatın İdarə heyəti və Nizamnaməsi haqda informasiya əldə etmək mümkündür. Bakı mənzərələrinin uğurlu rəng çalarları ilə bəzədilərək “flash” formatda təqdim edilməsi səhifəni gözəgəlimli edir.

Kanada Azərbaycan Təşkilatlar Assambleyasının rəsmi internet səhifəsi-www.canadaazerbaijan.org-Saytda Kanadadakı Azərbaycan diasporunun fəaliyyəti, kecirdiyi tədbirlər haqqında məlumatlar verilib.  ingilis və Azərbaycan dillərində yayımlanır. Sadə dizayna malik olsa da, zəngin informasiya bazası var.

Turkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının internet səhifəsi-www.tadef.org.tr-Tipik Türkiyə internet səhifə modeli əsasında qurulub. Moderndir, cevik və informasiya ilə bol saytdır. Səhifənin manşetində menyu bölümü və 10 flash formatlı xəbər yer alıb. Fotoqalereya və videobölümləri ilə zənginləşdirilmiş səhifənin aşağısında Federasiyaya daxil olan dərnəklərin linkləri qoyulub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 8 oktyabr.- S.15.