Azərbaycan diasporunun

Belçikada məskunlaşma tarixi

Avropanın inkşaf etmiş dövlətlərindən biri olan Belçikada da soydaşlarımız məskunlaşıblar. Zaman-zaman bu ölkəyə mühacirət etmiş soydaşlarımız Belçikada müxtəlif cəmiyyətlər, diaspor təşkilatları təsis ediblər. Son statistik məlumatlara əsaslanaraq belçikalı azərbaycanlıların sayının 3 minə qədər olduğunu qeyd edə bilərik. Əsasən turkiyəli azərbaycanlıların üstünlük təşkil etdiyi Belçikaya cənub və şimallıların kütləvi mühacirəti 1970-ci illərdən sonra başlayıb. Türkiyədən Avropa ölkələrinə əmək xarakterli mühacirətdə buradakı azərbaycanlılar intensiv iştirak etmişlər. Türk diasporunun tərkibində ilkin fəaliyyətə başlayan azərbaycanlılar şaxta, dəmir yolu, zavod və digər işlərdə çalışırdılar.

Soydaşlarımızın Belçikaya adaptasiyası və yerli cəmiyyətə inteqrasiyası onların bir sıra dovlət işlərində çalışmasına da şərait yaratmışdı. Hazırda adi fəhlədən varlı biznesmenə qədər sahələrində tanınan azərbaycanlıların Belçikada nüfuzu var. Yerli xalqla bir sırada azərbaycanlılar da öz sahələrində işgüzarlıq, əməksevərlik göstərirlər. Onlar ictimai fəaliyyətdə türk diasporu ilə həmrəylik nümayiş etdirirlər. Türk diasporunun Belçikada nəşr etdirdikləri kütləvi informasiya vasitələrində Azərbaycan diasporuna da xüsusi yer verilir. Azərbaycan-Belçika Parlamentlərarası dostluq qrupu iki dövlət arasında münasibətlərin inkişafı ilə paralel olaraq buradakı soydaşlarımızın taleyi ilə də yaxından maraqlanır. Belçika dövlətinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olması diasporumuzun fəaliyyətinə müsbət təsir göstərir. 1980-ci ildən başlanan informasiya-təbliğat işlərini digərlərinə nisbətdə göturəndə fəal hesab etmək olar. 1987-ci ildə Belçikada türk dilin də nəşr edilən "Qürbət" qəzeti Azərbaycanla əlaqəli məlumatlar dərc edirdi. Hazırda Belçikada "Azərbaycan evi" təşkilatına məxsus www.diaspora-az.com saytı Belçika azərbaycanlıları barədə xəbərlər yayır. Bu gün Belçikada bir neçə Azərbaycan təşkiatı fəaliyyət gostərir. Belə təşkilatlardan biriAvropa Azərbaycanlıları Mərkəzidir. Avropa Azərbaycanlıları Mərkəzi (European Azerbaijanian Centre) 2004-cü ilin yanvarında Brussel şəhərində bir diaspor təşkilatı kimi fəaliyyətə başlayıb. Avropa Azərbaycanlıları Mərkəzinin sədri Fatma Əliyevadır.

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti-Azərbaycan-Belcika Dostluq Cəmiyyəti 2002-ci ildə təsis edilib. Təşkilatın məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Avropada yaşayan soydaşlarımız arasında milli birliyin yaranmasını sürətləndirməkdir. Azərbaycan-Belcika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçidir.

Belçika Azərbaycan Evi Cəmiyyəti-Belcika Azərbaycan Evi Cəmiyyəti 2000-ci ildə Belcikanın paytaxtı Brusseldə yaradılıb. Belçika Azərbaycan Evi yarandığı vaxtdan bu günədək Azərbaycan həqiqətlərinin Avropaya və eləcə də dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görüb. Bu diaspor qurumu Azərbaycanla Belcika arasında diplomatik əlaqələrin yaranması və inkişafında, bu ölkədə dövlətimizin səfirliyinin yaranmasında, habelə işğal olunmuş ərazilərimiz, Dağlıq Qarabağ torpaqlarının bu günə kimi erməni işğalı altında qalması, Azərbaycan rəhbərliyinin bu istiqamətdə apardığı sülhsevər xarici siyasəti ilə bağlı həqiqətlərin Avropadünya xalqlarına çatdırılmasında cox böyük xidmətləri olub. Bu gün də cəmiyyət sözügedən istiqamətdə işlər görməkdədir. Belçika Azərbaycan Evinin təsisçiliyi ilə 2004-cü ilin 22 iyulundan Euro Xəbər adlı qəzet nəşr olunur. Qəzeti, həmçinin, www.euxeber.com saytından PDF formatda da oxumaq mümkündür. Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan olan Bülənt Gurcamdır.

Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti-Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti 2011-ci ildə təsis edilib. Cəmiyyətin məqsədi Belçikada yaşayan azərbaycanlıları bir yerə toplamaqdır. Təşkilat mədəni və xeyriyyə mərasimlərində Azərbaycan və Türkiyəni təmsil edir. Dayak ictimai xeyriyyə təşkilatı olaraq Azərbaycan və Türkiyədən olan insanların Belçika cəmiyyətinə inteqrasiya olunmasına yardım göstərir. Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyətinin prezidenti Asəf Bağırovdur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 6 iyun.- S.15.