Ağsuda Makedoniya mədəni irsi

folkloru nümayiş etdirildi

 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutuİslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirildi.

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı oldu.

Tədbirdə iştirak edən Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sərginin əhəmiyyətindən danışaraq Ağsuda mədəni irsə ictimai münasibətin yaxşı mənada artdığını vurğuladı. Azərbaycan və Makedoniya münasibətlərindən danışan Ənvər Seyidəliyev bildirdi ki, iki ölkə arasında hazırda əməkdaşlıq yüksək səviyyədədir. Onun sözlərinə görə, Azərbaycanlıa Makedoniyanın oxşarlıqları da az deyil. Həm inkişaf, həm adət-ənənə cəhətdən hər iki ölkə çox oxşardır. Azərbaycan və Makedoniya arasında əməkdaşlığın yüksək səviyyədə olması da bu cür oxşarlıqların nəticəsidir.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli isə Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini, 2014-cü ildə Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisinin keçirildiyini və sərginin qarşıdakı bir ay ərzində ziyarətçilərə açıq olacağını bildirib.

Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon da Azərbaycanın bayraq günündə burada olmaqdan məmnun olduqlarını, Azərbaycan və Makedoniya hökumətlərinin əməkdaşlıq memorandumu imzaladıqlarını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu dedi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev Azərbaycanda 6308 mədəni irs abidəsinin olduğunu, bu abidələrin qorunmasının konstitusiyamızda təsbit olunduğunu, orta əsr Ağsu şəhərinin bu mənada layiqincə qorunduğunu qeyd etdi.

Sonda MİRAS İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Ağsu arxeoloji ekspedisiyasının fəaliyyətinə və elmi-mədəni tədbirlərə verdiyi dəstəyə görə Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev MİRAS mükafatı ilə təltif edildi.

Daha sonra Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, media və turizm nümayəndələri, rayon ictimaiyyəti sərgi ilə tanış oldular. Tədbir çərçivəsində Ağsu şəhəri Mədəniyyət Sarayında Makedoniyanın Vevçani bölgəsindən olan KUD УDrimkolФ folklor qrupunun ifasında rəqslər və MİRAS Musiqi qrupunun ifasında muğam dəstgahından ibarət geniş mədəni proqram keçirildi.

Tədbirin sonunda Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Fariz Xəlilliyə İnstitutun fəxri üzvü seçilməsi ilə bağlı sertifikatı təqdim etdi. Mediaturizm nümayəndələrinin infoturu isə AzGranata MMC-nin Ağsu şəhərində yeni açılmış mağazasında yerli məhsullarla tanış oldular. Tur iştirakçılarına sertifikatlar təqdim olundu.

Qeyd edək ki, Makedoniyadan gələn qonaqlar üçün 10-11 noyabr tarixlərində Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları da təşkil olunub.

 

Samir Güləliyev

 

Olaylar.- 2014.- 12 noyabr.- S.4.