İnsan alverinin qurbanına çevrilməmək

üçün nələri bilmək vacibdir?

 

Dünyada dərinləşən maliyyə böhranı fonunda miqrasiya problemi daha da aktuallaşıb. Sirr deyil ki, bu problem insan alveri məsələsini daha da aktuallaşdırır. Belə ki, miqrantların sayı artdıqca ucuz işçi qüvvəsi məsələsi gündəmə gəlir. Nəticədə insan əməyinin istismarı prosesi baş verir. Azərbaycan beynəlxalq aləmə inteqrasiya etdiyindən insan alveri məsələsindən xali deyil.

Məlum olduğu ki, hər il çoxlu sayda soydaşımız insan alverinin qurbanına çevrilir. Məlumat üçün qeyd edək ki, 2015-ci ilin 10 ayı ərzində ölkədə insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib ki, ümumilikdə 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: "Görülən işlər nəticəsində insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanmasına dair 11 fakt qeydə alınıb. Bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib, bütövlükdə 58 insan alveri qurbanı müəyyən olunub. 2014-cü ildə isə həyt kçirilmiş əməliyyt-trış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilmiş, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olmuşdur. İnsan alveri məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilmişdir. Hesabat dövründə insan alveri ilə məşğul olan 9 cinayətkar qrup 1 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilmiş, istintaqı tamamlanan 23 cinayət işi məhkəmə orqanlarına göndərilmiş, 21 insan alverçisi barədə ittihamedici hökm çıxarılmışdır. Təhlil göstərir ki, insn lvri qurbnl Türkiyə Rspubliksın (37 nəfər), Rusiy Fdrsiysın (8 nəfər) Birləşmiş Ərəb Əmirliklərinə (6 nəfər) prılmışdır. Qurbanlardan 3-ü (hamısı əcnəbi şəxs, 2-si rus, 1-i çin əsilli kişilər) ölkə daxilində əmək istismarına, 51-i isə (hamısı qadın) cinsi istismra məruz qalmışdır. Qurbanların hamısı işləməyən, 1-i ali, 39-u rt, 9-u ntmm rt təhsilli, 5-i təhsilsizdir. Onlrdn 15-i 18-25, 30-u 25-35, 9-u isə 35-dən yuxarı yaş hədlərində lmuş, hamısı subay olmaqla 13-nün himayəsində azyaşlı uşaqları var. Nəzərə alsaq ki, insan alverinin formaları müxtəlifdir, onda soydaşlarımız insan alverinin qurbanına çevrilməməsi üçün nələri bilməlidir?

 

İş təhsil təklifi zamanı

nəqlərə diqqət yetirilməlidir?

 

Ekspertlərin qənaətinə görə, istənilən Azərbaycan vətəndaşına xarici ölkədə yüksək ödənişli təklif oluna bilər. Bu zaman yüz ölçüb, bir biçmək tələb olunur. Əgər bu cür təklif firmadan gəlibsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi lisenziyasının olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə Azərbaycan Respublikası DİN-in Miqrasiya Xidmətində vardır. Əgər xarici ölkədə təhsil almaq təklifi olunursa, yenə bir sıra məlumatları əldə etmək vacibdir. Vətəndaşlar xarici ölkələrdə təhsil almaq arzunuzunu reallaşdırmazdan öncə aşagıdakı məlumatları bilməyi vacibdir: Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilmalidir;Əgər Siz, xaricdə təhsil almağa gedirsinizsə, viza - tələbə vizası olmalıdır; Xaricdə təhsil almaq üçün Sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq Sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır; Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək Sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, Sizi maraqlandıran məlumalları dəqiqləşdirməyi unutmayın!

 

İnternet vasitəsilə ailə qurmaq

təklifi bəzən sizi kölöyə çevirə bilər

 

Məlum olduğu kimi hər il çoxlu sayda soydaşımız xarici ölkələrdə ailə qurur. Təəssüf ki, bir çox hallarda işişni etibarlı qurmadığından insan alverinini qurbanına çevrilmək təhklükəsi ilə üzləşir. Belə hallarla qarşılaşmamaq məqsədilə bəzi bəzi tədbirlərin həyayata keçirilməsi zərurəti var. Belə ki, əgər siz xarici ölkədə ailə qurmağa razılıq vermisinizsə aşağıdakı tədbirləri həyata keçirməyiniz məqsədə müvafiq olardı: İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən sizi kölöyə çevirə bilər. Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin. Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə Nikah firmalarına müraciət etməli olsanız, iik öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin! Ailə qurmaq təklif edilən şəxslə onun sənədləri ilə tanış olun! Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə, onun vətənda oldugu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumatalın! Unutmayın ki, hər bir xarici ölkə vətəndaşı nigaha girərkən, onun haqqında bütün məlumatları əks etdirin Forma 4 anketini təqdim etməlidir.

 

İnsan alverçiləri həm kişiləri

uşaqları qul vəziyyətinə salır

 

İnsan alveri ilə məşul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümli xaraklerli işlərlə baglı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar, belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanma dönməkdən çəkinirlər. Bu vəziyyətə düşməmək üçün dogmalarınıza ya dostlarınıza Sizin xarici getməyiniz haqqında müfəssəl məlumatı, oradakı ünvanı, əlaqə telefonunu həmçinin pasportunuzun birinci səhifəsini, viza səhifəsinin müqaviləmn surətini verməyi unutmayın! Vətəndə qalan yaxın adamlarınızla necə əlaqə saxlayacagınızı qabaqcadan razılaşdırınn; Heç vaxt, dövlət sərhəddini, qeyri-qanuni ya saxta sənədlərlə keçməyə çalışmayın; Özünüzlə geri qayıtmaq üçün yol xərcinə yetəcək qədər pul götürməyə çalışmayın; Xaricdə olarkən Sizə vəd edilən işlə təmin olunmadıqda ya başınıza xoşagəlməz hadisə gəldikdə dərhal aşagıdakı "qaynar xətlər"ə zəng edin! Ümumiyyətlə tez-tez xarici ölkələrə səfər edən şəxslər bunları unutmamalıdır:Pasportunuzu başqa şəxsə verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdimedin; Xarici ölkədə sənədləriniz itirsə, dərhal həmin ölkənin polisinə Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə ya konsulluguna müraciət edin; Mütəmadi olaraq qohumlarınız ailənizlə əlaqə saxlayın. Həyatınızdakı hər-hans dəyişiklik barədə dərhal onlar məlumat verin; Sizə kömək lazım olduqda dərhal qaynar xətt telefon nömrələrinə zəng edin. Yadda saxlanmalıdır ki, zarici ölkələrdə Azərbaycan vətəndaşlarının tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilər. Əgər xaricdə işə düzəltmə, təhsil artırma ya ailə qurmay təklif edilərsə, bu mütləq rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilənin qanuni olub-olmamasına müəyyən etmək üçün həmin xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının əmək əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya idarəsinə müraciət etmək tələb olunur.

 

Nurlan

 

Olaylar.- 2015.- 23 dekabr.- S.6.