Kitabxanaların uşaqların vətənpərvərlik

ruhunda tərbiyəsində rolu

 

Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

 

Səməd Vurğun adına kitabxananın təşkilati metodiki şöbəsinin böyük metodisti Natəvan Axundzadə qeyd edir ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir: Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Yaxın keçmişin acı təcrübəsi bironu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən , əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçılık tərbiyəsi sən demə genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil , orta ixtisasali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. Onun sözlərinə görə, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin: Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə , dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar.

Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Natəvan Axundzadə deyir ki,

uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür: Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumus. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cariperespektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir.

İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətənaşlıq təriyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlıdirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır. Oxucularla aparılacaq söhbətlər, keçiriləcək tədbirlər planlaşdırılmalıdır. Kitabxanada söhbət, biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə keçirmək olar. Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində ailə və məktəbin üzərinə düşən məsuliyyət, eyni zamanda kitabxanaya da aid edilə bilər. Bu gün kitabxna hərbi-vətənpərvərlik anlayışını oxuculara necə çatdırmalıdır? İlk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də

nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: Tariximizin şanlı səhifələri, Heç kimheçunudulmurs. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. Ekspert qeyd edir ki, müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran əsas vəzifələrdən biri də gənc nəsilə vətənpərvərlik hissləri aşılamaqdır: Bu baxımdan uşaq kitabxanalarında oxucularla aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçikorta yaş oxucular arasında müharibə mövzusunda icmallar, söhbətlər aparmaq yerinə düşər. Söhbət apararkən oxucuların yaş xüsusiyyətinə və dil sadəliyinə diqqət yetirilməlidir. Azərbacan ədəbiyyatında müharibə mövzusu ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə edərək söhbət zamanı oxucuya məlumat vermək olar.

Ə. Cəmilin Can nənə bir nağıl de...şeiri, Ə. Məmmədxanlının Buz heykəl,

T. Hüseynovun Qolsuz kukla, Ə. Hacızadənin İki əsgər hekayələrini oxumağı uşaqlara təbliğ etmək məqsədilə kitabların icmalını keçirmək lazımdır. Orta yaş qrup oxucular arsında Müharibə uşaqların gözü ilə mövzusunda rəsm müsabiqəsi keçirmək olar:

Müsabiqə keçirilməzdən əvvəl kitabxanaçı oxucuları mövzu haqqında məlumatlandırmalı, uşaqlara şərait yaratmalıdır ki, onlar öz düşüncələrini çəkdikləri şəkillərdə əks etdirə bilsinlər. Müsabiqə uşaqlar arasında demokratik səsvermə yolu ilə keçirilir. Rəsm işləri əvvəlcədən nömrələnir, kitabxananın oxu zalında divardanyaxud rəsm sərgisi üçün nəzərdə tutulan guşədə öz əksini tapır. Uşaqlara vətəndaşlıq hissinin təbliğ formalarından biridisputdur.

Disputun sualları Vətəni nə üçün sevmək lazımdır?, Siz böyüyəndə hansı sənəti seçəcəksiniz?, Yaxşı insan kimdir?, Valıdeynlərinizi nə üçün sevirsiniz?,

Ermənilər kimdir, vətəndaşlıq borcu nədir?, Xocalı faciəsi nə vaxt baş verib? və s suallar uşaqların vətəndaşlıq tərbiyəsinin səmərəliliyini artırır. Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə kiçik yaşlı oxucularımızla söhbət keçirmək olar. Həmçinin kiçik yaşlı oxucularla onların tarixi yaddaşını formalaşdırmaq üçün Tarixi şəxsiyyərlərimiz adlı söhbət keçirmək olar. Söhbəti uşaqların triximizi nə dərəcədə bildiklərini yoxlamaq üçün sual-cavab formasını da tətbiq etmək zəruridir. Qan yaddaşımıza yazılan tariximiziyaddan çıxartmamalıyıq. Belə ki, Xocalı bizim qan yaddaşımıza yazilan böyük facıəmizdir. Bu hiss bizdə Xocalı soyqırımını törədən düşmənlərimizə qarşı kin-küdurəti gücləndirir, hər an intiqam hissi oyadır. Kiçik yaşlı oxucularımıza daim intiqam hissini yaşatmaq üçün Xocalı soyqırımı ilə bağlı Xocalı göynərtisi, Xocalı qan yaddaşımız Qisas qiyamətə qalmayacaq, Əsrin faciəsi, Bu yaranın izi getməz və s. adlarda ssöhbət, xülasə, xatirə günü, sərgi təşkil etmək olar. Ekspert bildirib ki, hərbi-vətənpərvərlik hissinin təbliği dedikdə II Dünya Müharibəsinin iştırakçılarını da yaddan çıxatmamalıyıq. Çünki, bəşəriyyəti faşizm taunundan xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə, ehtirama layiqdirlər. Bu gün ölkəmizdə müharibə getdiyi bir vaxtda vətənin azadlığı üçün çox şey öyrənəcəyimiz bir məktəbin , nəslin nümayəndələri kimi onlara çox ehtiyacımız var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 21-23 fevral.- S.15.