Şərqin sonuncu fatehinə dəyərli abidə

 

Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri, böyük sərkərdə və dövlət xadimi Nadir şah Əfşardır.  O, misilsiz hərbi düha sahibi, yenilməz və tədbirli sərkərdə, məqamı firqətə bağlı bir intiusiyanın və əvəzsiz enerjinin sahibi olmuşdur. Böyük fateh saysız hesabsız döyüşlərdə, müharibələrdə demək olar ki, məğlubiyyət acısı dadmamışdır. İstər Şərq, istərsə də Qərb müəllifləri Nadiri dünyanın ən güclü fatehlərindən olmuş İsgəndərlə, Yuli Sezarla, Böyük Teymurla, Napoleon Bonapartla müqayisə edirlər. Onun bu hökmdar -sərkərdələrlə, müəyyən ümumi cəhətlərə malik olması bu müqayisələrə tarixi bəraət qazandırır.  İstisnasız demək olar ki, Şərqin sonuncu fatehi Nadir şah  bir Azərbaycan türkü olaraq  hər  bir azərbaycanlının  qürur duyduğu böyük dövlət  xadimidir.

Nadir şah Əfşarın şəxsiyyəti, siyasi və hərbi fəaliyyəti ilə bağlı oz dövründə və özündən sonra bu gunə qədər istər bədii-tarixi nəşr formasında, istərsə də elmielmi publistik məqalə səklində ingilis, fars, alman, hind, holland, rus, türk  s. dillərdə çoxlu kitablar və məqalələr yazılıb.  Onları sadalamalı olsaq böyük bir siyahı əmələ gələr. Mən də 2014-cü ildə “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi puplisistik kitab cap etdirdiyimdən Nadir Əfşarla bağlı mənbə və kitablarla yaxından tanış olmuşam (Hazırda  həmin kitab Türkiyə Respublikasında çap hazırlanır-müəll:). Amma əminliklə söyləyə bilərəm ki, son illər çap olunmuş bu nəşrlər içərisində 2015-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən buraxılmış “Nadir Şah Əfşar: Diplomatik yazışmalar” kitabının müstəsna yeri vardır. Elmi redaktoru akademik Ramiz Mehdiyev olan kitabın Azərbaycan tarixionun görkəmli şəxsiyyətləri ilkin mənbələr əsasında dərindən, azərbaycançılıq mövqeyindən tədqiq edilib öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi ümumidövlət əhəmiyyətli bir misiyyanı həyata keçirməsi şübhəsizdir. Tariximizin obyektiv, vulqar tarixi yanaşmadan uzaq olaraq öyrənilməsi hər zaman Ulu Öndər Heydər Əliyevin də diqqət mərkəzində olmuşdur. Azərbaycan prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarında, habelə verdiyi sərəncamlarda tarixi hadisələrə, tarixi şəxsiyyətlərə yenidən düzgün qiymət verilməsi, onların fəalliyyətinin təbliği vacib sayılması bu işin aktuallığın bir daha nümayiş etdirir.

  Kitabda ayrı-ayrı vaxtlarda əcnəbi dövlət başçılarına, həmcinin Nadir şahın müasiri olan yüksək rütbəli siyasi xadimlərə ünvanlanmış 28 məktub daxildir ki, onlar Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma əsasında tərcümə edilib. Həmin məktublar Nadirin şəxsi keyfiyyətlərini göstərməklə yanaşı onun diplomatik məharətini və ümumilikdə həmin dövrin mənzərəsini ifadə etmək mənasında əvəzolunmaz tarixi bir sənəddir.

 Kitabın ən böyük məziyyəti ondan ibarətdir ki, akademik Ramiz Mehdiyevin imzası  ilə burada iri həcmli bir mətn yerləşdirilib. Əslində bu mətn 60 səhifədən ibarət sanballı bir tədqiqat əsəri olmaqla gərgin zəhmətin nəticəsidir. Akademik kitabın titul vərəqinə də çıxarılmış mətnin bir hissəsində belə bir ibrətamiz fikir söyləyir… İftixar hissi ilə qeyd edə bilərik ki, Qərbdə xalqımızın bu böyük oğlunun şəxsiyyətinə, siyasi fəaliyyətinə və hərbi dühasına maraq hələ onun sağlığında yaranmışdır. İngilis sərqşünası, nüfuzlu Kembric  universitetinin professoru L.Lokkart (1937) yazır ki, arxiv təhqiqatları zamanı nüfuzlu ingilis qəzetlərindən birinin 1731-ci ilə aid nömrəsində, həmçinin o dövrdə Avropanın məhşur nəşrlərindən sayılan “Gazette de Hollande”nin səhifələrində  Nadir şaha həsr olunmuş məqalələrə rast gəlmişdir. Çoxları mənimlə razılaşar ki, müsəlman bir dövlət xadiminin hələ sağlığında Qərbdə bu qədər şöhrət qazanması, fəalliyyətini əks- səda doğurması nadir təsadüf edilən hadisədir. Tarixçilər əmindirlər ki, Qərb arxivlərində Nadir şah dövrünə aid işıq üzü görməmiş çoxlu sayda materiallar hələ də öz tədqiqatçılarını gözləməkdədir və onların nəşri heç şübhəsiz ki, tariximizi yeni yeni mühüm faktlarla zənginləşdirmək iqtidarındadır.

  Akademik Ramiz Mehdiyevin elmi redaktor kimi tədqiq etdiyi “Nadir Şah Əfşar imperiya tariximizin sonuncu səhifəsi diplomatik sənədlər aynasında” əsəri tanınmış tarixçilər ingilis L.Lokkartdan və iranlı tarixci Məhəmməd Hüseyin Qüddusidən gətirdiyi və Nadir  şahın şəxsi, siyasi və hərbi fəalliyyətini lakonik şəkildə ifadə edən iqtibasla başlayır. Bu iqtibasları akademikin böyük tədqiqat işinin çox uğurlu epiqrafı kimi qiymətləndirmək olar.

  Nadir şahın fransız imperatoru, dövlət və hərbi xadimi Napolen Bonapartla muqayisəsi çox maraqlıdır. Tarixi faktlar göstərir ki, bu iki şəxsiyyət bir sıra ortaq cəhətlərə malik olmuşlar.  Şərq müəllifləri Nadir şahı Makedoniyalı İsgəndərə də bənzədiblər. Fikrimizcə, bu bənzətmə təsadüfi və ədalətsiz deyil, əksinə tam ədalətlidir. Oxşar paraleli Nadir xanla Əmir Teymur arasında da aparmaq mümkündür.

L.Lokkart yazırdı:

-Ölkəsinin  sərhədlərini genisləndirdiyinə, oz təəbələrini daim maairfləndirməyə çalışmasına və mobil ordunun əhəmiyyətinə əmin olması xüsusiyyətinə görə Nadir şah gənc müasiri Böyük Fridrixlə də bir sira ortaq cəhətlərə mailk idi.

İran tarixcisi Məhəmməd Hüseyn QuddusiNadir haqqında yazır:

-İşinin əvvəlindən onun şücaəti, mətanəti, bütün həyatı boyu insaf- mürüvvəti, mərdanəliyi, qoyub getdiyi abidələri hər cəhətdən diqqətə, afərinə büyük hörmətə, ehtirama və sitayişə layiqdir. Onun gördüyü işləri İran şahlarının heç biri görə bilməmişdir!

İki hissədən ibarət olan tədqiqat işinin birinçi hissəsi “Dövlətçilik məfkurəsi nöqteyi nəzərindən Nadir şah Əfşar şəxsiyyətinə baxış” adlanır. Bu hissədə müəllif yerli və əcnəbi müəliflərin yazdıqları çox böyük ədəbiyyat kütləsini tədqiq etmiş və nəticədə Nadir şahın ətrafında formalaşmış uydurma, qərəzli təsəvvürlərin aradan qaldırılmasına, Nadir şahı öz doğma xalqına qaytarmağa, onun dövlətçilik tariximizdəki yerini həmvətənlərimizə obyektiv olaraq çatdırmağa, onun müharibə meydanlarında qazandığı parlaq qələbələrin dəyərini başa salmağa müvəffəq olmuşdur.

Bu hissədə akademik Ramiz Mehdiyev Nadir şahla bağlı tarixşünaslıq əsərlərini tamamlayandaha da zənginləşdirən və öz elmi sanballı ilə seçilən çoxsaylı mülahizələr irəli sürmüşdür. Hər şeydən əvvəl Nadiri əfşarlara,  əfşarların isə azərbaycanlılara aid olduğunu yüksək elmi zəmində bir daha təsdiq və sübut etmişdir. Kitabın birinci hissəsində xüsusilə öz orijinallığı ilə seçilən bir məqam diqqəti cəlb edir. Akademik Azərbaycan xalqının taleyində ən qaranlıq səhifələrindən biri və yəqin ki, birincisi olmaq etibarı ilə xalqımızın iki yerə parçalanmasından ağrı ilə söz açır və belə bir qənaətə gəlir ki, tarixşünaslıqda kök salmış yanaşmaya əsasən torpaqlarımızın və xalqımızın bölünməsi heçRusiya İmperiyası ilə Qacarlar arasında bağlanmış 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri ilə əlaqədar deyildir. Yəni bu məsələ sırf tarixi faktın, yaranmış reallığın rəsmiləşdirilməsi və sənədləşdirilməsi nöqteyi nəzərindən belədir. Bununla əlaqədar akademik yazır : “…Ancaq tarixi faktların məntiqi zənciri və real mahiyyəti mövqeyindən çıxış etsək, tarix elmində oturuşmuş sözügedən baxışın, cərəyan etmiş proseslərin gerçək ardıcıllığını heç də dəqiq əks etdirmədiyini görmək çətin olmaz. Məsələnin əsl məğzi ondan ibarətdir ki, Azərbaycan torpaqlarının bölünməsi, mərkəzləşmiş dövlətçiliyimizin dağılması, həmçinin tarixi vilayətlərimizin bir-birinin ardınca yadellilər tərəfindən işğalı prosesi 1747-ci il iyunun 21-də yəni, görkəmli dövlət xadimimahir sərkərdə Nadir şah Əfşarın (1688-1747) sui qəsdçilər tərəfindən öldürüldüyü gündən başlayıb. Akademik daha sonra yazır: “… Vaxtilə Qafqazdan Hindistana qədər uzanan ərazinin titul xalqı olan azərbaycanlılar isə tarixi torpaqların kiçik bir qismində öz müstəqilliyini, milli kimliyini qorumaq ugrunda mübarizə aparmağa məhkum olmuşdur".  Ramiz Mehdiyev daha sonra insanın ruhunu oxşayan belə bir qənaətə gəlir ki, Nadir şah Əfşarın öldürüldüyü tarix əslində “Gülüstan” və “Türkmənçay” müqavilələrinin başlandığı tarixdən daha faciəli olmuşdur. Cünki “Gülüstan” və “Türkmənçay” müqavilələri məhz Nadir şahın qətli ilə başlayan ağrılı və xalqımızın taleyində qanlı izlər buraxan işğallardan, bölünmə və məğlubiyyətlərdən irəli gəlmiş vəziyyətin kağız üzərində əksindən başqa bir şey deyildir.

Akademikin bu fikirlərilə, özünün sözülə desək irad tutulacağı mümkündür. Mən isə tarixin reallığını ifadə edən bu məntiqi nəticəni tamamilə müdafiə edirəm. Akademikin fikirlərinə dəstək olaraq bu fikirdəyəm ki, bəzi tarixçilərimizin dediyi kimi Nadir şahdan sonra meydana gələn xanlıqların tarixi dövlətçiliyimizin yeni dövrdə təşəkkülü deyil, onun itirilməsi və şəxsi ambisiyalara qurban verilməsidir. Belə bir yanaşma tariximizin müqayisəli şəkildə tədqiqindən qaynaqlanan bir qiymətin, həqiqəti tam olaraq əks etdirən bu adekvat rəyin təzahürüdür.

  Ramiz Mehdiyev Nadir şahın dövlətçilik tariximizdə tutduğu yerionun ruhi əzəmətini  yüksək qiymətləndirir. Onun öldürülməsinə marağı olan qüvvələrin ucuz gəldi-gedər mənfəəti, xalqımızın isə öz müstəqilliyini müəyyən tarixi mərhələdə itirməsi kimi dəyərləndirir. Tədqiqatın birinci hissəsinə müəllif belə bir fikirlə yekun vurur: “…Müxtəlif vaxtlarda ayrı-ayrı qüvvələrin şöhrətpərəstliyi, vəzifə iddiası naminə yaratdıqları mənasız çəkişmələrin nəticəsidir ki, Azərbaycan öz tarixi torpaqlarının böyük bir qismini itirmiş, qüdrətli dövlətçilik ənənələrinə sarsıdıcı zərbə vurulmuşdur. İnanmaq istərdim ki, gələcək nəsillər bu dərslərin mahiyyətini lazımi qaydada anlayacaq, ondan zəruri nəticələr çıxarmağı bacaracaqlar”. (Səh 47)

  Akademik Ramiz Mehdiyevin sözügedən tədqiqatının ikinci hissəsi “Nadir şah irsinin düzgün anlaşılmasında tarixi-diplomatik sənədlərin əhəmiyyəti “ adlanır. Bu hissədə bir daha Nadir şah şəxsiyyətinə mövcud olan münasibətin texnoji dayaqları və siyasi tarixi səbəbləri açıqlanır. Dərin məntiqi əsasda deyilir ki, SSRİ dövründə hakim ideologiyanın sifarişi ilə formalaşan tarixşünaslıq konsepsiyasında mövcud məsələyə münasibətdə ana xətti Nadir şahı “İran hökmdarı”, onun yaratdığı imperiyanı isə “İran dövləti” təqdim etmək, bu görkəmli şəxsiyyəti mənsub olduğu doğma Azərbaycan xalqından mümkün qədər ayırmaq, fəaliyyətini soydaşlarımızın gözündən salmaq, cılızlaşdırmaq təşkil edirdi. Əlbəttə, məsələnin belə qoyulmasında, yuxarıda xatırlatdığımız kimi sovet təbliğatının məqsədli şəkildə Nadir şaha qarşı yönəldilməsi öz mənfur rolunu oynamışdır. Belə ki, bu təbliğat davamlı şəkildə Nadir şaha qarşı qalxan qiyamları, separatçı davranışları, xalq azadlıq hərəkatının təzahürü, təhrikçilik və bölücülüklə məşğul olanları isə “qəhrəman” qismində təqdim etməklə azərbaycanlıların bir neçə nəslində xalqımızın bu BÖYÜK OĞLUNA münasibətdə ikrah hissi formalaşdırmağı bacarmışdır. Akademik təəssüf doğuran bu gerçəkliyi əsaslandırmaq üçün belə bir mülahizə irəli sürür ki, Nadir şahın şəxsiyyətinə, peşəkarlığına yanaşan insanların məhdud çevrəsini çıxmaq şərtilə orta və yaşlı nəslin nümayəndələri arasında sorğu keçirməli olsaq onların böyük əksəriyyəti Nadir şahı “qəsbkar İran hökmdarı”, “anti-türk xislətli birisi” olduğunu söyləyəcəklər.

   Məhz bu səbəbdən müəllif israrla bildirir ki, qeyd olunan müşkülü aradan qaldırmaq üçün Nadir şah haqqında hələ çox yazılmalı, xeyli əsər ana dilimizə tərcümə olunmalıdır. Bu sahədə müəyyən uğurların olduğunu bildirən Ramiz Mehdiyev Ə.Tahirzadənin “Nadir Şah Əfşar” (Bakı 2002) broşurasını, M. Süleymanovun “Nadir Şah” (Tehran 2010), Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Şah dövləti” (Bakı 2014) monoqrafiyaları, həmçinin ingilis şərqşünas L.Lokkartın məhşur “Nadir Şah” kitabının rus və Azərbaycan dillərinə tərcümələrini   (müvafiq olaraq Bakı 2004 və Bakı 2013) eyni zamanda İran tarixçisi Məhəmməd Hüseyin Qüdrisinin “Nadir şah” əsərinin ana dilimizə tərcümə olunaraq nəşr edilməsi məmnuniyyət duyğusu ilə oxucuların nəzərinə çatdırılır və əlavə edir ki, onilliklər boyunca Nadir şah haqqında formalaşmış uydurma, qərəzli təsəvvürlərin tamamilə aradan qaldırılması üçün bunlar əsla kifayət deyildir. Ona görə də akademik tövsiyyə edir ki, Nadir şah Əfşarın rəsmi tarixçisi Mirzə Məhəmməd Adstarabadinin “Tarixi Nadiri” adı ilə məhşur olan “Tarixi Cahanqeşay-I Nadiri” və Nadir Şahın digər saray tarixçisi Məhəmməd Kazım Mərvinin “Aləm araye Nadiri” çox böyük həcmli səlnaməsinin, İran tədqiqatçıları tərəfindən tədqiq edilmiş “Nadir Şah şərqşünasların gözü ilə” toplusunun, tanınmış İranlı alim Sərdadvər Əbuturabın “Nadir şah dövlətinin hərbi və siyasi tarixi” (Tehran 1999), həmçinin Qərb tədqiqatçıları Mortimer Durandin “Nadir Şah “ (London 1908), Ernest Tukerin “Nadir Şah Əfsar dovrundə din və siyasət” (Çıkaqo 1992), Mixail Aksvortinin “İranın qılıncı” (London 2006) monoqrafiyalarının Azərbaycan dilində tərcümə olunaraq nəşr edilməsi xüsusilə faydalı olardı.

  Bir məsələyə xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm ki, məktubların dilinin dövrün tələbinə uyğun olaraq çox qəliz, ifadə edilən mətləbin, məzmunun hədsiz epitetlərlə bəzədilməz formanın kölgəsində qalmasına baxmayaraq, demək olar ki, Ramiz Mehdiyev məzmunun “tənzimləməyə” və onu dərin təhlil zəminində anlaşıqlı, səlis, sadə və elmi bir üslubda oxuculara çatdıra bilmişdir. Məhz Ramiz müəllimin sayəsində bu hərb dühasının nə qədər zərif diplomatik jest ustası olduğu bir daha dolğunluqla üzə çıxmışdır.

Ramiz Mehdiyev dərin elmi məntiqlə aşılanmış əsərinin hər bir hissəsi Nadir şah Əfşar şəxsiyyətinə modern və novator baxışın əsl elmi təzahürüdür. Yüksək vətəndaşlıq duyğusu ilə yaranmış bu əsər azərbaycançılıq düşüncəsinin, böyük vətən sevgisinin, milli qeyrətin və insan əxlaqının növbəti təsdiqidir. “Hökmdarın və döyüşçünün portreti” əsərində Ramiz Mehdiyev Şah İsmayıl Xətaini bu əsərdə isə Nadir şahın əsaslandırılmış portretini çox böyük uğurla yarada bilmişdir. Bu səpkili təqdiqat işlərində böyük alim, akademik Ramiz Mehdiyevə uğurlar arzulayıram.

   Son olaraq Nadir şahın nəsil şəcərəsinə mənsub olan bir insan kimi “Nadir Şah Əfşar:Diplomatik Yazışmalar” kitabının redaktoru AMEA Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Pasa Kərimova, şərhlər və tarixi məlumatların müəllifləri, PA-nın məhsul əməkdaşları Eldar Əmirova və ilahiyyatçı Taleh Hacıyevə və fars dilindən tərcümə edən qeydlər hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlıya öz dərin təşəkkürümü bildirirək istəyirəm.

  Fikrimizcə, Azərbaycan tarixinə geniş bir pəncərə olan bu əsər hər bir azərbaycanlıya şanlı tariximizi sevməyi aşılayan, Azərbaycan tarixinin böyüklüyünü əks etdirən böyük bir sanballı əsərdir. Bu əsər bir daha Azərbaycan xalqının tarixi zənginliyini, qüdrətli bir imperiya sahibi olmasını göstərir. Azərbayan xalqı uzun əsrlər özünün dövlətçilik ənənələri olmuş bir xalqdır. Təəssüflər olsun ki, XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra 5.5 milyon kvadrat kilometr əraziyə malik olan Nadir Əfşar dövləti 20- dən çox xanlığa  parcalandı. Daha sonra XIX əsrin əvvəllərində Azərbaycanın şimal torpaqları rus imperiyası tərəfindən ilhaq edildi. Cənubda türk hakimiyyəti devrildi, farslar hakimiyyəti ələ aldılar. Qısa zaman kəsiyində türk düşüncə sistemli, türk mərkəzli dövləti fars dövlətçiliyi əvəz etdi.

XX əsrin əvvəllərində şimalda Azərbaycan xalqı müstəqil dövlətini yaratdı. Lakin bu dövlətin ömrü qısa oldu. Beynəlxalq vəziyyət xeyrimizə işləmədi və o zamanın super dövlətləri güclənməkdə olan qırmızı Sovet Rusiyasının əlində aciz qaldılar. Müstəqil dövlətlər dəstəklənmədi. Nəticədə bolşevik Rusiyası 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətini devirib SSRİ-i tərkibində Azərbaycan SSR yaratdılar. Paralel olaraq Güney Azərbaycanda da milli azadlıq hərəkatı davam edirdi. 1920 və 1945-ci illərdə Güney Azərbaycanda müstəqil dövlətlər quruldu. Lakin “İranın bölünməsini” istəməyən imperialist qüvvəllər Güney azərbaycanlıların istiqlal arzularını gözündə qoydular.

Nəyahət, Azərbaycan xalqı müstəqillik arzusuna XX əsrin 90-cı illərində çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi elan olundu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyinin möhkəmləndirildi, milli dövlətçiliyin sağlam təməlləri atıldı. Böyük dövlət xadimi və sərkərdə, türk xalqının böyük oğlu Qazi Mustafa Kamal Paşa Türkiyəni imperilistlərin caynağından necə xilas etmişdisə, Heydər Əliyev də Azərbaycan xalqını, dövlətçiliyini eləcə xilas etdi. Ümummili lider öz parlaq zəkası, zəngin dövlətçilik səriştəsi ilə Azərbaycanı böyük faciədən, parçalanmadan qurtardı. Bu gün üç rəngli Azərbaycan bayrağı dünya ölkələrinin paytaxtlarında, beynəlxalq təşkilatların qarşısında vüqarla dalğalanır.

Bu gün ölkəmiz nüfuzlu qitə yarışları olan Birinci Avropa oyunlarına ev sahibliyi edir. Yarışların təşkili,  açılış mərasimi, idmançılarımızın uğurları Azərbaycanın qüdrətli dövlət olduğunu, bu cür böyük yarışlara ev sahibliyi etmək əzmində və gücündə olduğunu bir daha sübut etdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası orta əsrlərin Azərbaycan imperiyasının davamçısı kimi dünya birliyində öz layiqli yerini tutur. Bu işləri görən, bu qüruru bizə yaşadan dövlət başçımız, prezident cənab İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.

Yazını yuxarıda adını çəkdiyim əsərimdən bir sitatla tamamlayıram: Azərbaycan Respublikası orta əsrlərin böyük və əzəmətli imperiyaların və dövlətlərin kicik bir yadigarı və sələfidir.

Gəlin, Azərbaycanımızı qoruyaq!

 

Cahangir Huseynov (Cahangir Hüseyn Əfşar)

sabiq millət vəkili,  hüquq üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2015.- 25 iyun.- S.6.