Müstəqil dövlətimizin

mədəniyyət siyasəti...

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır

 

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak edir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dunya təcrubəsi yonundə həyata kecirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə catmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.

Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata kecirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı ucun zərüri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər gostərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə calışırlar.

Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirir.

Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik olkələrin təcrubələrindən istifadə edir.

Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və muasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zərüri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.

Müasir dövrdə mədəniyyətin idarəedilməsi üçün zərüri olan elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar cox geniş bir elmi bilikləri özündə ehtiva edən kulturoloji profilli sahələrlə həyata kecirilir. Eyni zamanda mədəniyyət haqqında elm kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da belə bir zərurətdən doğmuşdur ki, məhz ümumi kulturoloji konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodoloji bazasını təşkil etməlidir. Kulturoloji konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü gostərir.

Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq müəyyən etmək zərurəti vardır. Şübhəsiz, bunun üçün ilkin şərt nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir. Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-birindən ayırmaq üçün vacib hesab edilən təbiət və mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimai və tarix elmlərinin digər sahələrindən ayırmaq ucun kriteriya yoxdur. Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat predmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac, özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət konsepsiyası kimi qurmaq üçün kifayət deyildir və hələ ki, mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi predmeti deyildir. Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti kimi ayırdıqda müəyyən konseptual və metodoloji zəminə əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi mədəniyyətin elə bir fenomen olmasındadır ki, onu sırf zahiri və empirik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq mumkun deyildir. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sahələrini maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyələndirir. Müasir sosial həyatın istənilən sahəsi bu fenomenin mədəni əhəmiyyəti və qiyməti baxımından səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət konsepsiyasının tədqiqi ilə digər ictimai elmlər predmetinin tədqiqini bir-birindən ayıran sərhədin haradan kecməsi məsələsi mədəniyyətin müasir tədqiqatcıları qarşısında cox kəskin şəkildə qoyulur. Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən insan şəxsiyyətinin formalaşdırılması prosesinin mürəkkəb strukturu, eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır. Bu mənada kültürologiya, hər şeydən əvvəl, insanın müəyyən cəhətlərinə gorə mədəniyyət tərkibinə daxil olan fəaliyyət növlərinin müxtəlifliyini (maddi əməyi, ünsiyyəti, siyasi və ictimai fəaliyyəti, məişəti, asudə vaxtı, elmi, incəsənəti, təhsili və i.a.) diqqətdə saxlamalıdır. İkincisi, kulturologiya mədəni nemətləri və sərvətləri yaradan, qoruyan, irs qoyan, mubadilə və istifadə edən mədəni fəaliyyətin ozunun muxtəlif sahələrini birləşdirməlidir. Ücuncusu, mədəniyyət haqqında elm, mədəniyyətin əsas elementlərinin sərvətlərin, davranış normalarının, nümunələrinin, dünyagörüşü prinsipləri və ideyaların, mənəvi və estetik idealların təhlilini verməlidir. Deməli, cəmiyyətin və ayrılıqda götürülmüş fərdin bütün mədəniyyət binası bu elementlərdən yaranır. Ona gorə də kültüroloji tədqiqatlarda məhz belə bir kompleks xarakterli səciyyəvi xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir. Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycan Respublikasının demokratik inkişafı üçün zəruri olan təsisatlar və hüquqi bazanın formalaşdırılması yönündə müəyyən işlər görülmüşdur. Lakin bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlara olan ehtiyac günü-gündən özünü daha qabarıq büruzə verməkdədir. Təbii ki, bu islahatlar mədəniyyət siyasətinin səlahiyyətlərin bölünməsi prinsipi əsasında gercəkləşməsini təmin edəcək, siyasi plüralizm, fikir azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində daha demokratik mühitin yaranmasına təkan verəcəkdir. Çünki mədəni dünyada vicdan və soz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insani hüquq və azadlıqların təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyəti formalaşdırmaq yolunda atılmış zərüri addımlardan hesab edilməkdədir. Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsi olaraq son illərdə sosial-iqtisadi inkişafında yeni mərhələyə qədəm qoyan Azərbaycan Respublikası demokratik dəyərlərin cəmiyyətdə möhkəmləndirilməsi istiqamətində də mühüm nailiyyətlər qazanmaqdadır. Ölkəmiz bütün bu uğurlara müasir dünyamızın sürətlə qloballaşması fonunda, qloballaşma prosesinin hər bir cəmiyyətin aparıcı elementinə çevrildiyi bir zamanda nail olmuşdur. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Təbii ki, qloballaşma dövrünün də öz tələbləri, diktəsi var. Amma bu prosesdə ölkəmizin ən mühüm istinadgahı ilk növbədə tarixi keçmişimiz, dövlətçilik ənənələrimiz, mənəviyyatımız və milli mentalitetimizdir. İndiyə qədər qloballaşma dövrünün tələbləri, bu prosesin cəmiyyətimizə təsiri ilə bağlı aparılan elmi-nəzəri araşdırmalar arasında Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin tədqiqatları öz mükəmməlliyi, fundamentallığı, əhatəliyi ilə seçilir.

 

(ardı var)

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 14 yanvar.- S.15.