Yeni iqtisadi şəraitdə turizm

inkişafı böyük önəm daşıyır

 

Bu sahənin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib

 

Artıq yay turizmi mövsümü yaxınlaşır. Hazırda dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olması onu deməyə əsas verir ki, bu mövsümdə xarici turistlərin ən çox üz tutduqları ölkələrdən biri məhz Azərbaycan olacaq. Türkiyə-Rusiya münasibətlərində mövcud  olan gərginliyin hələ də aradan qalxmadığını da nəzərə alsaq deyə bilərik ki, əvvəlki illərdə Türkiyəyə getməyə üstünlük verən rusiyalı turistlər bu il Azərbaycana daha çox üstünlük verəcəklər. Bəs görəsən hazırda turizm sektorundakı vəziyyət qaneedicidirmibu istiqamətdə əlavə hansı tədbirlər görməyə ehtiyac var?

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyir ki, qloballaşan dünyada dövlətlərin iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür. Onun sözlərinə görə,  turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir:  Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib.  Turizm sivilizasiyalararası dialoq prosesinə mühüm təkan verməklə ayrı-ayrı dövlətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır.

Çox müsbət haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində ortakiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir2. Millət vəkili deyir ki, dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır:Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir”. Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənib: “Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Məlumat üçün bildirim ki, Azərbaycanda hazırda 452 otel fəaliyyət göstərir, halbuki, 2001-ci ildə ölkəmizdə otellərin sayı cəmi 86 idi. Bu məsələdə nə qədər böyük inkişafın olduğu göz önündədir. Eləcə də, respublikamızda 223 muzey, 6308 tarixi və mədəni abidələr, xeyli sayda qoruq var var ki, onların bəziləri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Məhz bu amillər də ölkəmizə xarici turistlərin marağını cəlb edir. Bundan əlavə, mən məktəb turizminin inkişafı məsələsinin zəruri olduğunu bildirmək istəyirəm. Son illər məktəblilər üçün «Ölkəmizi tanıyaq!» devizi altında ölkə üzrə şagirdlərin bölgələrə səfərləri təşkil olunur. Bu, çox böyük tədbirdir və çox ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxlaq təcrübəyə əsaslanaraq məktəb turizminin də inkişafı vacibdir. turizmin bu növü həm şagirdlərin dünyagörüşünü artırmaq, pis vərdişlərdən uzaqlaşdırmaq və s. baxımından əhəmiyyətli olması ilə yanaşı, turizm sektorunun inkişafına da ciddi təsir göstərə bilər. Həmçinin, beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, məktəb turizmində güzəştli şərtlər genişdir. Hesab edirəm ki, ölkəmizdə də belə bir turizmi inkişaf etdirmək üçün böyük imkanlar mövcuddur.   Başqa bir amilondan ibarətdir ki, ölkədə turizmlə əlaqədar güclü infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Azərbaycanın daxili turizm bazarında artımlar müşahidə olunur. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda, turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir.  Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Təbii ki, yeni iqtisadi şəraitdə turizm inkişafı böyük önəm daşıyır”.

 

Kamal

 

Olaylar.- 2016.- 9-11 aprel.- S.13.