Xalq tərəfindən unudulmayan dahi şəxsiyyət

 

Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini hər zaman uca tutur

 

Adətən insanın yaxın qohum-əqrəbası, dost-tanışı rəhmətə getdikdən illər sonra bu hadisə adiləşir, həmin şəxsin yoxluğu ilə barışmaq məcbutəyyətində qalırsan. Ancaq bəzən elə insanlar, tarixi şəxsiyyətlər olur ki, həmin insanın vəfatında neçə on illər keçsə də, o itgi bu gün baş vermiş kimi dərin izlər buraxır, kədər hissi yaradır. Amma onu da etiraf etmək lazımdır ki, həyatda tək-tək insanlar bu şərəfə, ehtirama nail olurlar. Bunun da kökündə həmin şəxsin həyat fəaliyyəti dayanır. Necə ki, eyni fikirləri ümummilli lider Heydər Əliyevə şamil edə bilərik.

 

ONUN vəfatından 13 il keçir. Amma aradan neçə illər keçməsinə baxmayaraq hələ də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın xalqının qəlbində yaşayır. Hələ də qədirbilən xalqımız bu acı ilə yaşayır, Heydər Əliyevin vəfatı ilə barışmaq istəmir.

Heydər Əliyevi xalqa sevdirən bir deyil, bir neçə amil vardı. Hər şeydən əvvəl isə Heydər Əliyev səriştəli siyasətçi, dövlət adamı idi. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyəti, dövlətçilik bacarığına XX əsridə iki dəfə şahidlik etmişdi. Birinci dəfə 1969-82-ci illər, ikinci dəfə isə 1993-2003-cü illərdə. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin tərəqqisi, inkişafı ilə yadda qalıb.

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirdi, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutdu. Nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı illər ərzində hər zaman xalqını vətənini düşündü. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınırdı. Heydər Əliyev bir dövlət başçıkimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdı. Ümumiyyətlə, Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var. Heydər Əliyev də zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər mühüm əhəmiyyət kəsb edir. O, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etdi, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illərdə baş verən dəyişikliklərin miqyasına görə, ictimaiiqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etdi. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdı. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində Bakıda ən böyük abadlıq işləri görüldü, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq abidələri, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, eləcə də neçə-neçə digər bina tikilib istifadəyə verildi. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün oldu.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inammaraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdı və bu müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategityasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin apardıdığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı.

 

Füzuli

 

Olaylar.- 2016.- 13 dekabr.- S.6.