85 yaşlı Kukla

 

İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdi. Kukla teatrı müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət də olub. Azərbaycan və rus bölmələri var.1964 -ci il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçüntamaşalar göstərilir. Bildiyimiz kimi bu günlərdə Kukla Teatrınn 85 illik yubileyi qeyd olunacaq. Yubiley ilə əlaqədar teatrın bir neçə əməkdaşı ilə görüşdük.

 

Kukla Teatrının baş rejissoru Qurban Məsimov...

 

Bu gün Kukla Teatrı öz yubiley tədbirinə, Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni il bayramına hazırlaşır. Biz çalışacağıq ki, yubiley tamaşamızdaKukla Teatrının bütün tarixini əhatə edək. Uşaqlara həm video materiallarla, həm audio materiallar vaistəsilə teatrımızn tarixi haqqında məlumat verəcəyik.

Yubiley tamaşamız üçün maraqlı süjet xətti fikirləşmişik. Kukla teatrının rəmzi olan Çırtdanın təmsilində qocaman bir kuklaçı tamaşamızın əsas qəhramanı olacaq. Qocaman kuklaçının sayəsində biz kukla teatrının tarixinə nəzər salacağıq. Nəzərdə tutduğumuz müddət ərzində 1931 - ci ildən bu günə qədər teatrın səhnəsində oynanılan maraqlı tamaşalardan "tamaşalar çələngi" hazırlamağı düşünürük.

Tamaşadan öncə teatrın yaranmasında inkişafında əməyi olan insanlar, qastrol səfərləri, teatrın mükafatları haqqında vidio - rolik təqdim edəcəyik.

Qeyd edək ki, sözügedən yubiley tamaşasının quruluşçu rejissoru Qurban Məsimov, rəssamı Kukla teatrının baş rəssamı İqbal Əliyev, quruluşçu rəssam Rəvanə Yaqubovadı.

Qurban Məsimov hazırlanan tamaşalarda uşaqların zövqlərini, yeni maraq dairələrini nəzərə aldıqlarını qeyd etdi. "Tamaşalarda, nağıllarımızda çalışırıq ki, uşaqlara kompüterin, telefonun mənfi cəhətlərini göstərək, uşaqların uşaq həyatlarını yaşamaqlarını istəyirik tamaşalarımızda bunu göstərməyə çalışırıq.

Uşaqların teatrda yeni isə öyrənmələrinə çalışırıq".

Qurban Məsimov tamaşalarda daha çox milliliyə önəm verdiklərini bildirdi. "Məsələn, "Qırmızı papaq" tamaşasını qurduqda tamamilə onu dəyişib milli arnamentlər əlavə etdik. Nağılı "Qırmızı araxçın" adlandırdıq. Tamaşanın rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə oldu. Tamaşada vokal hissələri Flora Kərimova, Ceyhun Zeynalov, Lalə Məmmədova, Tünzalə Ağayevə, Samirə Əfəndiyeva, Anar Şuşalı, İlham Nəzərov, Gülyaz Məmmədova ifa ediblər. Bu tamaşa da müğənnilərlə teatrın birgə fəaliyyəti oldu. "Qırmizi papaq" tamamilə milli bir nağıl - "Qırmızı araxçın" oldu".

 

Kukla Teatrında yeniliklər...

 

Gənc yazarların teatra dəvəti ilə maraqlandıqda isə Qurban Məsimov bildirdi ki, gənc yazarlar birgə işləmək üçün Yazıçılar İttifaqına müsabiqə - layihə təqdim ediblər. Seçilən ən yaxşı əsər teatrın repertuarına salınacaq.

Bundan əlavə teatrda əcnəbi animasiya qəhramanlarının təbliğindən çox, yeni, milli nağıl qəhramanlarının yaradılmasına çalışılır. Ənənəvi nağıl qəhramanları ilə yanaşı,tamaşalara yeni obrazlar da əlavə olunur. Məsələn, Tıq - tıq xanıma yeni obraz əlavə edilib, Tak - Tak, obrazı yaratdıldı. Bu artıq yeni, müsbət qəhramandı. Qəhramanlıq, mərdlik mövzusu hər zaman teatr üçün əsas mövzulardandı. Məhəmmədəli, Xəlil qəhramanlıq mövzusunda yeni obrazlar kimi uşaqlara təqdim edilir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində 2016 - ilin sentyabr ayından 5 - 15 yaşlı uşaqlar arasından müsabiqə yolu ilə seçilən uşaqlarların iştirakı ilə "Oyuq" teatr-studiyası fəaliyyət göstərir. Qeyd edək ki, dərsləri studiyanın pedaqoqları ilə yanaşı peşəkar rejissor, xoreoqraf, vokalçı, aktyor səhə ustaları aparır. Burada əsas etibarilə müsabiqə yolu ilə studiyanın sıralarına qoşulan həvəskarlara ilkin səhnə vərdişləri aşılanır.

Ustad dərslərində uşaqlara səhnə sərbəstliyi, tamaşaçı ilə ünsiyyət, obrazdan çıxış, rejissorla işləmə bacarığı, dramaturji materialı mənimsəmə ifadə vərdişləri, eləcə səs oyun texnikası, plastika, nitq mədəniyyəti kimi keyfiyyətlər öyrədilir.

Yubiley tamaşasında peşəkar aktyorlarla yanaşı, "Oyuq" teatrının körpələridə iştirak edəcəklər.

Daha sonra kuklaların hazırlanması ilə maraqlandıq. Bu sahədə bizi Teatrın baş rəssamə İqbal Əliyev məlumatlandırdı.

 

Teatrın baş rəssamı İqbal Əliyev. . .

 

"Pyes hazır olanda rejissor öz tapşırıqlarını verir. Birinci eskizlər hazırlanır.Daha sonra bədii şura iclas keçirir. Əgər orda eskizlər qəbul olunarsa, o zaman kuklaların hazırlanması prosesi başlayır. Teatrın sexində heykəltaraşlar kuklaları hazırlayır. Daha sonra hazır olan kuklalar müəyyən texniki mərhələlərdən keçir. Texniki mərhələ bitdikdən sonra kuklalar ilə dərzilər işləyir. Bu prosesdə aktyorlar özləridə iştirak edirlər. Çünki, kuklalarla işləyən onlardı. Tamaşa zamanı kuklalarla necə rahat işləmək lazım olduğunu onlar daha yaxşı bilirlər. Aktyor kukla ilə impravizələr etdiyinə görə kukların hazırlanmasında da onların iştirakı vacibdi. Kuklanın geyimini dərzi hazırlayandan sonra kuklalar məşqə verilir. Kukaların hazırlanması mərhələsi dərzilərdə bitir.

Bu gün teatrımızda kukla janrının bütün növləri hazırlanır: morinetkalar, iplərlə idarə olunanlar, boy kuklalar, troslu kuklalar, əlcək kuklalar və.s. Bütün bu kukların hər birinin özünün hazırlanma mərhələri var. Bunlardan ən çətin hazırlananı idarə olunanı ipli kuklalardı. Çünki, aktyordan yetəricə, hardasa ən azı metr yarım, iki metr kənarda olur. Ona görə güzgülü zalda tamaşadan əsas məşqlərdən əvvəl kuklalarla məşqlər olur. Məhz buna görə Kukla teatrının aktyoru rəssamı olmaq çox çətindi. Bunun üçün çox özəlliklər tələb olunur. Bu yükün hamısını daşımaq çətindi. Aktyorla bərabər, hər şeyə rəssam da cavabdehdi. Rəssamın da səhnəni bilməsi vacib şərtlərdən biridi".

İqbal Əliyev animasiya filmlərində olan qəhramaları Kukla teatrının səhnəsinə gətirdikdə orda öz əlavələrini, impravizələrini əlavə etdiklərini qeyd etdi. Əcnəbi qəhramanlara da milli kolorit qatmağa çalışdıqlarını bildirdi. ""Qırmızı papaq" - ğı "Qırmızı araxçın" qız etdik - deyə İqbal bəy bildirdi.

"Biz uşaqlar üçün tipaj yox, yeni qəhraman yaratmağa çalışırıq.Və bunları yaradarkən səhnə ilə, animasiya filmlərini səhv sala bilmərik. Vizual görünüş baxımından səhnə tamam başqa şeydi, animasiya filmləri başqa şeydi. Tamaşaçılar bir teatrın rəssamından animasiya filmlərindəki qəhramanı tələb edə bilməz. Çünki, onlar kompüter qrafikasından geniş istifadə edirlər. Səhnədən aktyorun görsənməsini nədənsə bizim tamaşaçılarımız qəbul etmir. Amma dünya praktikasında aktyorun görsənmədən kuklaları oynatması artıq qəbul olunmur. Biz bunun qastrol səfərlərimizdə dəfələrlə şahidi oluruq. Biz artıq bu üsulu teatrımızda tətbiq edirik. Çalışırıq ki, teatrda uşaqlara estetik zövq bəxş edək. Onları komputerdən, internet aləmindən uzaqlaşdıraq".

Kuklalar...

 

Kuklaların saxlanması haqqında Gülarə xanım Muradova məlumat verdi. "Repertuarda 27 tamaşa var. Tamaşalarda istifadə olunan kuklalar ayrıca otaqda saxlanılır. Kukların təmizliyinə xüsusi diqqət yetirilir. Kuklaların uzunmüddətli olması üçün nəmdən, işıqdan qoruyuruq".

Teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirdi ki, reperturdan çıxarılan tamaşaların kuklalarını, yenilənən kuklaları rəhbərlik bizə müraciət edən bölgə teatrlarına, teatr studiyalarına təmənnasız istifadəyə veririk.

 

Rejissor Anar Məmmədov...

 

Kukla Teatrı həm Yeni il bayramına hazırlaşır. Bayram tamaşasını teatrın rejissoru Anar Məmmədov hazırlayır.Anar bəy tamaşa haqqında bunları qeyd etdi: " Tamaşada küpəgirən qarı dostları - pirat, qarğa, ifrit iştirak edirlər. Onlar öz arzularının həyata keçməsi üçün Şaxta babanın comağını oğurlayırlar. Daha sonra səhnəyə şaxtababa, qarqız dəvət olunur".

Qeyd edək ki, Anar Məmmədov ilin əvvəlində festival üçün Avstraliyalı yazıçının əsəri əsasında mono tamaşa hazırlayıb. Tamaşa üç dildə - Azərbaycan, rus ingilis dilində təqdim olunub. Tamaşada aktrisa Cəmilə Allahverdiyeva oynayıb. Tamaşanın rəssamı isə Əfşan Əsədova olub.

 

Nigar

 

Olaylar. 2016.- 27 dekabr.- S.12.