Xocalı soyqırımı insanlığa

və bəşəriyyətə qarşı cinayətdir

 

Bunun beynəlxalq cinayət kimi tanınması üçün kifayət qədər əsaslar var

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olmuş, 1275 nəfər girov götürülmüş, onların 150-sinin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur. Bütün sadalananlara baxmayaraq bir əsrdən çoxdur ki, ermənilər hər il uydurma soyqırımla bağlı müxtəlif tədbirlər keçirir, beynəlxalq ictimaiyyəti “saxta genosidi” tanımağa dəvət edirlər. Ötən müddət ərzində belə tədbirlərin əhatə dairəsi genişlənsə də müxtəlif şirnikləşdirici üsullarla iradəsi zəif insanlar bu prosesə cəlb edilsə də tarixi saxtalaşdırmaq mükün olmayıb. Artıq beynəlxalq ictimaiyyət həqiqətin üzünə düz baxmağa cəsarət tapmaqdadır. Son vaxtlar bütün dünyada haqlı tələblərimizə dəstəkdə müəyyən canlanma müşahidə olunur, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Hondurasın, Qvatemala və Panamanın parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Bir müddət əvvəl Sloveniya Respublikasının Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmişdir. Qərarda Milli Şura Sloveniya Respublikasının Hökumətinə bu münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində BMT-nin münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif etmişdir. Həmin sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımın bəşəriyyətə qarşı cinayət olduğu vurğulanmışdır. Habelə ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana və Arizona ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Lakin buna baxmayaraq Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi qəzəb və təəssüf hissi doğurur.

Hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, Dağlıq Qarabağ müharibəsində ermənilər bütün beynəlġalq hüquq normalarının, eləcə də müharibə qanunlarının ziddinə olaraq insanlığa və bəşəriyyətə qarşı cinayətlərə əl atıblar. Bəşəriyyət əleyhinə olan bu cinayətlər həm Azərbaycan qanunvericiliyində, həm də beynəlġalq hüquqda soyqırımı hadisəsi kimi hüquqi şərhini tapıb. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırım milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlüklə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daġilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür. Beləliklə, soyqırımın hüquqi aspektdə izahı bu kimi cinayətlərin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tariġi, mədəni, mənəvi dəyərlərinin yer üzündən silinib getməsi ilə ġarakterizə olunur. İstər sülh, istərsə də müharibə şəraitində mülki əhaliyə qarşı geniş miqyaslı sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq, sülh və bəşəriyyət əleyhinə olan cinayət hesab olunur və bu cinayət Ğəhalini məhv etməğ adlanır. Beynəlġalq hüquqa görə, soyqırım əməli yalnız milli, etnik, irqi və dini qruplara qarşı yönəldilir və hər hansı konkret məkan və coğrafi ərazi ilə əlaqələndirilə bilməz. Ona görə, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri qətliamlar bütövlükdə azərbaycanlılara qarşı soyqırım kimi qiymətləndirilməli, Xocalı da daġil olmaqla ayrı-ayrı yaşayış məntəqələrində baş verən qətliamlar isə onun tərkib hissəsi kimi göstərilməlidir. Çünki, ermənilərin mülki əhaliyə qarşı yönəlmiş belə cinayətlərinin niyyəti azərbaycanlıları bir millət kimi məhv etmək olub. Bu bir faktdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım Ermənistan dövləti və hökuməti tərəfindən bilavasitə dəstəklənib və bu dövlətin müġtəlif strukturları tərəfindən təşkil edilib. Konkret olaraq, Qarabağın dağlıq və aran hissəsində dinc əhalini məhvə məruz qoyan silahlı qruplaşmaların əksəriyyəti məhz Ermənistan Respublikasının tabeçiliyində olub. Soyqırım əməllərinə bəraət qazandıranlar isə Ermənistan hökumətində təmsil olunanlar, dövlət başçıları və parlamentdir. Deməli, ermənilər tərəfindən azərbycanlıların soyqırımına yönəlmiş cinayət əməllərinin bilavasitə təşkilatçısı, təhrikçisi və iştirakçısı Ermənistanın dövlət strukturları olub. Onun bildirdiyinə görə, ermənilərin əlində konkret hüquqi faktlar olmadığından və iddia etdikləri “erməni soyqırımı” BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariġli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya uyğun gəlmədiyindən onlar soyqırım cinayətləri ilə bağlı Beynəlġalq Məhkəməyə müraciət etmək fikrindən vaz keçiblər. Ona görə də bütün güclərini yalançı “erməni soyqırımı”nın ayrı-ayrı dövlətlərin parlamentlərində tanınmasına yönəldiblər. Lakin parlamentlərdə soyqırımı faktının tanınması heç bir hüquqi nəticəyə malik deyil. Soyqırımın beynəlġalq cinayət kimi tanınması üçün ġüsusi niyyətin olması zəruri faktor sayılır. Məhz soyqırımı cinayəti bu obyektiv cəhətinə görə, oġşar beynəlġalq cinayətlərdən fərqlənir. Soyqırımı cinayətini təşkil edən əməllərdən biri öz ġarakterinə görə şüurlu, bilərəkdən və diktə edilən əməllərdir. Bu əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Bu məsələdə cinayətkarın fikrinin ġüsusi istiqaməti və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyətin olması sübut olunmalıdır. Qabaqcadan ġüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin odlu silahlarla gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.

Hüquqşünas onu da qeyd edib ki, soyqırımı cinayəti azərbaycanlı milli qrupuna qarşı yönəlməsidir ki, bunun üçün də tutarlı hüquqi əsaslar mövcuddur. Belə ki, sözügedən Konvensiaya uyğun olaraq demək mümkündür ki, baş verən cinayətlər tanınan azərbaycanlı milli qrupa qarşı yönəlib, bu qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti olub. Onu da qeyd edək ki, Xocalı soyqırımının beynəlġalq cinayət kimi tanınması üçün kifayət qədər beynəlġalq hüquqi sənəd mövcuddur. Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariġli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya Beynəlġalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlġalq Cinayət Tribunalının Nizanaməsi və Beynəlġalq Cinayət Məhkəməsinin Statutundan ibarətdi. Məhz bu sənədlərin müddəalarına əsasən ermənilər tərəfindən Xocalı əhalisi olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər soyqırımı kimi qiymətləndirilə, beynəlġalq hüquq prinsiplərinə əsasən bəşəriyyətə qarşı cinayət hesab oluna bilər. Digər tərəfdən, erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir, genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və sivil dünya tərəfindən pislənir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.

 

Nurlan

 

Olaylar.- 2016.- 26 fevral.- S.8.