Yunus Oğuzun "Atilla"sı

 

Müasir Azərbaycan yazarlarından olan Yunus Oğuz pyeslərində daha çox tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq salır. Onun belə əsərlərindən biri də "Attila" pyesidir. Pyes türklərdən və türklərin qəhrəmanı olan Attilanın fəaliyyətindən bəhs edir. Pyes Qədim Roma imperiyasının parçalanmasından sonra yeni yaranmış dövlətin- Romanın təsviri ilə başlayır. Əsərdə göstərilir ki, yeri yaranmış Roma dövləti təşviş içindədir. Bunun səbəbini yazar dövlətin şimal sərhədində nə isə baş verməsi ilə bağlayır. Romanın qonşuluğunda olan qotlar Dunay çayını keçib Romaya gəlmək istəyirlər. Qotların bu ərazilərə axınının səbəbi Roma imperatoru üçün də qaranlıq qalır. Yazıçı İmperator Valentinin bu narahatlığına son qoymaq üçün onunla kardinal Vasiliyin dialoqunu təqdim edir:

 

- "Niyə qotlar Dunay çayı sahilinə yığışıblar?"

 

Kardinal Vasiliy isə cavab verir ki, "Əlahəzrət, aldığım məlumata görə kimlərsə onlara hücum edir, çadırlarını yandırır, kişilərini öldürür". Bu müəmmalı hücumun kimlər tərəfindən törədilməsinin axtarışı ilə əsərin düyünü vurulur. Müəllif bu epizodla imperatorun təəccüblü durumunu canlandırır. Çünki bu dövrdə bunu edəcək tək tayfa İskitlər idi ki, onlar da zəifləmişdilər. Həmin qüdrətli tayfanın adını bilən yox idi. Yalnız onlar haqqında məlumat qotlarla olan döyüş səhnəsindən verilirdi. Bu tayfa ox atmaqda, at oynatmaqda, qılınc tutmaqda mahir idi.

Yazar Roma imperatorunun narahatlıq dolu suallarına cavab vermək üçün, qotlar kralı Atanarixi hədəf seçir. Qotların kralının verdiyi bilgidən məlum olur ki, qotları Roma ərazilərinə axın etməyə məcbur edən tayfa Hun tayfasıdır.

Müəllif dialoqlar zamanı göstərir ki, hunlar üç dənizin arasını özlərinin vətəni hesab edirlər. Buradan belə nəticəyə gəlmək olur ki, qədim tarixə malik Hun tayfaları öz tarixi torpaqlarında məskunlaşmağa başlayırlar. Bu tayfa əvvəllər Roma ərazisində məskunlaşmışdır. Onlar İskitləri özlərinin babaları hesab edirlər.

Pyesdə yenidən onların öz tarixi torpaqları uğrunda mübarizə aparmaları təsvir olunur. Həmin mübarizələr zamanı hunların başçısı Muncuq xaqan idi. O, Hun xalqını qardaşı Baybarsla birgə idarə edirdi. Bununla da, müəllif türklərin qədim dövlət gələnəyində ədalətli idarəçiliyinin olduğunu nəzərə çatdırır. Bu idarəçilk özünü xalqın milli adətlərini yaşatmasında da göstərir. Əsərdə hunların adət-ənənəsinə nəzər saldıqda şamançılıqın hələ qaldığını görürük. Onlar şaman gününü qeyd edirlər ona inanırlar. Hətta bəzi öncəgörmə məlumatlarını şamanlardan alırlar. Bu öncəgörməyə dövlətin gələcək taleyi ilə bağlı məsələlər daxil idi. Əsərdən göründüyü kimi, Hun tayfasının başçısının oğlu olacağını, onun dünyanı fəth edəcəyini şamanlar qabaqcadan bilib xəbər veriblər. Yazarın bu mətləblərə dəqiqliklə nəzər salmasının səbəbi türkün qədim adət-ənənəyə malik qanun-qaydalarının olduğunu verməkdir.

Əsərin ikinci hissəsində Muncuq xaqanın oğlu Attilanın böyüdüyü atasından sonra xaqan olduğu təsvir olunur. İndi o, şamanların öncədən dediyi kimi, güclü ordu başçısıdır. O, bu gücünü dövlətin ərazisini genişləndirməyə sərf edir. Tarixdə olduğu kimi, əsərdə hunlar cəsur bir tayfa kimi təsvir edilib. Bu tayfadan çıxmış cəsur döyüşçülərdən biri Attilanın uşaqlıq dostu olmuş Aessiydir. Aessiy mənşəcə türkdür uzun müddət Bizans dövlətinə xidmət etmişdir. O da Attila kimi qüdrətli ordu başçısıdır. Türklərin bütün döyüş taktikalarını bilir. Attila Aessiy ayrı-ayrı dövlətlərə xidmət etməklərinə baxmayaraq, uşaqlıqdan bəri dost qalıblar.

Müəllif pyesdə vurğulamaq istədiyi əsas məqsədini Attila Aessiy obrazları vasitəsilə çatdırır. Onların dialoqlarından bilinir ki, Roma Hun dövləti arasında əlaqə Aessiy tərəfindən yaradılmışdır. Onların bu dostluğuna görə Hun Roma dövlətləri arasında da münasibətlər qaydasında olur. Hunlar bu dostluğa hörmət əlaməti olaraq, Romaya hücum etmirlər. Amma Romalıların siyasətinə yaxşı bələd olan Attila dostuna deyir: "Onlar səni vaxtsa hunların üzərinə göndərəcəklər". Bu fikrilər vasitəsilə müəllif yad xalqların türklərə qarşı olan antisiyasətini açıb-göstərir. Çünki, qədim dövrlərdən üzü bəri antitürklərin bu məqsədyönlü siyasəti davam edir. Yadellilərin həmin planlarını pozmaq üçün türk hökmdarları həmişə elmə yiyələnmə tərəfdar çıxmışlar.

Eləcə , Attila elmə dəyər verən bir sərkərdə kimi təqdim olunur. O, qardaşına əmr edir ki: "Kökümüz haqqında yazılanları toplamaq qorumaq üçün səni Tanrı dağına qorçubaşı təyin edirəm". Təbii ki, bu cür şərəfli bir işi yerinə yetirməyin tarixi borc olduğunu anlayan qardaşı Bleda razılaşır.

Əsərdən aldığmız məlumata görə, Attilanın hücumu ərəfəsində Bizansda zəlzələ baş verir. Bunu nəzərə alan Attila elçi göndərir külli miqdarda vergi istəməklə hücumunu təxirə salır. O həm , əcdadlarının qəbirlərini kurqanlarını dağıtdırmaq istəyən rahibi imperatordan tələb edir.

Attıllanın bu tələbi Bizans imperiyasının sarayında olan bir çox çatışmazlıqların üzə çıxmasına səbəb olur. Saray məmurlarının dövlət əhəmiyyətli məlumatları imperator II Feodosiydən gizlətdikləri məlum olur. Əsərdə həmin hiyləgər surətlərdən biri Xrisanfdır. O, imperatoru razı sala bilir ki, Attilanı öldürmək lazımdır.

Amma bu baş tutmur. Döyüşkənliyi ilə seçilən Attila, həm gözəl siyasətçidir. O, Roma imperatorunun bacısı Qonoriya ilə evlənərək Qalliya ərazisini öz dövlətinə qatmaq fikrində idi. Amma buna heç vaxt Roma canişinləri razı ola bilməzdilər. Çünki bu Romanın ikinci dəfə bölünməsi demək idi. Attila rədd cavabı olacağı təqdirdə Katalaun çölündə Aessiyin qoşununu gözləyəcəyini bildirdi. Tarixən türkü-türkə qırdırmaq siyasəti yeridən düşmənlər Aessiyi Attilanın üzərinə yollayırlar. Belə düşünürlər ki, hansı qalib olsa, onsuz da zəifləyəcək. Qurulmuş məkrli planları baş tutacaq, çünki onlara kiçik bir legion bəs edəcək ki, qalan qoşunu da darmadağın etsinlər. Təbii ki, türk mənşəli bir sərkərdənin Roma ordusuna başçılq etməsi onları qorxuya salırdı. Onlar da yaranmış bu fürsətdən istifadə edib, iki uşaqlıq dostunu bir-birinə qırdırmaqla, həm türkləri bir-birinə düşmən etmək istəyirdilər. Bundan xəbər tutan Aessiy Attilanın yanına gəlir məsələnin mahiyyəti barədə onu xəbərdar edir. Məsləhət görür ki, Attila özü Romaya yürüşünü davam etdirsin. Çünki, onların hansının qalib gəlməsindən asılı olmayaraq, Roma imperiyası qalib tərəfi aradan götürmək üçün yeni ordu göndərəcək. Beləliklə, Attila Aessiylə müharibəni dayandırıb Romaya hücuma başlayır. Yenə düşmənin planı baş tutmur. Aessiy isə Katalaun çölündə Romadan gələcək qoşunu gözləyir. Hansı ki, o qoşun yalnız bir məqsəd üçün gəlir. Türk sərkərdəsinə tabe olan ordunu məhv etsin. Aessiyin illərlə Romaya xidmət etməsinə baxmayaraq, imperator öz mənafeləri üçün belə bir sərkərdəni məhv etmək istəyir.

Burada yekunlaşan əsərdən belə nəticə çıxır ki, türklərin döyüş sənətindən həmişə ehtiyat edən düşmənlər onları bir-birnə qarşı qoymağı ən yaxşı üsul hesab etmişlər. Lakin əsərdən məlum olduğu kimi, yadellilərin bu məkrli siyasətləri nəticəsiz qalır. Bu əsər müasir dövrdə türkün şanlı keçmişinə yenidən ədalətli yanaşmanın bariz nümunəsi olaraq ədəbiyyat tariximizdə öz yerini tutur.

 

Anar İsmayıl

ADMİU-nun tələbəsi

 

Olaylar.- 2016.- 18 oktyabr.- S.12.