Azərbaycanın Avropanın enerji

təhlükəsizliyindəki rolu artır

 

Münhen Təhlükəsizlik Konfransında bu bir daha təsdiqini tapdı

 

Bu günlərdə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın üçünbir sıra müsbət məqamları ilə yadda qaldı. Bu məqamlar həm siyasi, həm iqtisadi, həm də enerji resurlarına olan beynəlxalq maraq baxımından özünü büruzə verdi. Konfrans çərçivəsində keçirilən ayrı-ayrı görüşlərdə, dəyirmi masalarda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev hər bir görüşdə əsas fikri Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasətinə yönəldərək ölkəmizin rəsmi mövqeyini, ərazi bütövlüyümüzün pozulması faktı ilə heç vaxt barışmayacağımızı bir daha dünyanın diqqətinə çatdırdı.

 

Münhen Təhlükəsizlik Konfransı zamanı Azərbaycanla bağlı əsas diqqət çəkən məqamlardan biri də zəngin enerji resurlarımıza olan maraq idi. Artıq uzun müddətdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təıminatında oynadığı rol hər kəsə bəllidir və bu baxımdan ölkəmizə qoca qitədə olan maraq getdikcə artır. Ayrı-ayrı ölkələr Azərbaycanın iştirakçısı olduğu enerji layihələrində buya digər formada iştiraka maraq göstərməklə enerji resurlarına olan tələbatlarının ödənilməsində Azərbaycanı əsas tərəfdaş ölkə kimi görürlər. Elə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda keçirilən dəyirmi masada da bu aydın sezilirdi. Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger tədbirdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə bunu açıq şəkildə ifadə edərək bildirib ki, ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır: "İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq". Dövlət başçısı onu da qeyd edib ki, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb: "Bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə biz "Cənub Qaz Dəhlizi" layihəsini icra edirik. Bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır. Azərbaycanda böyük qaz yataqlarını aşkar edən kimi bu qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub. İndi Cənub Qaz Dəhlizi, məndə olan məlumata görə, Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir.

Gələcək illərdə ən azından 3 ölkə bu layihəyə qoşulacaq. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. Mən bu yaxınlarda Brüsseldən qayıtmışam və biz cənab Şefçoviçlə bu vacib layihəni müzakirə etdik. Həmçinin bu layihəni Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentləri ilə müzakirə etmişəm. Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsi üzrə strateji tərəfdaşlıq haqqında imzalanmış memorandum var. Bu gün Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir"

Millət vəkili Sevinc Fətəliyeva da bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın zəngin enerji resurlarına Avropanın ciddi ehtiyac duyduğu faktı bir daha təsdiqini tapdı. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu açıq şəkildə etiraf olundu: "Enerji resurslarından istifadə, ətraf mühitin qorunması, enerji təhlükəsziliyinin təmin edilməsi Münxen Təhlükəsilzik Konfransında diqqət mərkəzində olan məsələlərdən biri oldu. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsi də diqqət mərkəzində idi. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda keçirilən "dəyirmi masa"da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin maraqlarına uyğundur. Azərbaycan enerji siyasətində şaxələndirməyə üstünlük verməklə enerji nəqlinin təhlük əsizliyinə nail olub, əlverişli bazar imkanlarından yararlana bilib. Ənənəvi enerji mənbələri olan neftqaz hasilatı ilə bərabər, Azərbaycan alternativ enerji sektorlarının yaradılması və inkişafına vəsait ayrırır, eləcə də əvvəlki tarixi dövrlərdən qalan neftlə çirklənmiş ərazilərin təmizlənməsi yönündə əsaslı işlər görülür. Hazırda enerji təhlükəsizliyi sahəsində Azərbaycanı təşəbbüsü ilə nəhəng layihələr həyata keçirilməkdədir. Bu işlər başa çatdıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da güclənəcək". Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərinin perspektivlərinə gəlincə millət vəkili deyib ki, Avropa İttifaqı çox böyük, nüfuzlu bir qurumdur. Və dünyada baş verən proseslərə təsir etmək gücündədir. Bu mənada, Münxendə Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrin aparılması təbiidir: "Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eləcə də, quruma daxil olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq haqqında sazişlərimiz var. Xatırladım ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdə oldu. Dövlət başçısının səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davaminkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasiiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Azərbaycanla bu qurum arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunmalıdır. Hesab edirəm ki, bu, əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ilə görüşündə Aİ Şurasının prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin və status-kvonun dəyişməsinin zəruriliyini vurğulaması da olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın uğurlu xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal xarici siyasət həyata keçirir. Bunun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini xüsusi olaraq bəyan edirlər. Bu kontekstdə Avropa İttifaqına daxil olan ölkələr də mühüm yer tuturlar. Bütövlükdə isə, Aİ Şurasının prezidentinin bəhs olunan fikirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə beynəlxalq hüquq normaları əsasında, obyektiv yanaşmanın ifadəsidir. Münhen Təhlükəsizlik Konfransında da dövlətmizin başçısı Aİ ilə münasibətlərə xüsusi önəm verildiyini bir daha vurğuladı".

 

Füzuli

 

Olaylar.- 2017.- 22 fevral.- S.14.