Cavid yaradıcılığını öyrənən dəyərli əsər

 

"Dünya romantizm ənənələri və Hüseyn Cavid" kitabı Cavid şəxsiyyətinə verilən böyük qiymət kimi

 

Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun yaradıcılığında Hüseyn Cavid irsini öyrənmək, onu tədqiq etmək xüsusi yer tutur. Hətta qətiyyətlə demək olar ki, Əjdər Tağıoğlu Hüseyn Cavid irsinin gözəl tədqiqatçılarından biridiro, Cavid yaradıcılığının bütün parametrləri ilə cəmiyyətə çatdıra bilib. Bu mənada Əjdər Tağıoğlunun "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adlı kitabı xüsusi vurğulanmalıdır. Məlumat üçün qeyd edək ki, Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü il kiril qrafikalı nəşri əsasında oxucuların tələbini nəzərə alaraq latin qrafikasında Cavid İsmayılovun redaktorluğuideya müəllifliyi ilə yenidən çap olunub.

Kitabın birinci fəslində, "Cavid romantizminin ilkin tarixi qaynaqları demonizm problemi haqqında" yazarkən müəllif qeyd edir ki, Şərqin klassik şeiri, öz dövrünün ideoloji cərəyanları, fəlsəfəsi ilə, özündən əvvəl əldə etdiyi mədəni nailiyyətlərlə, o cümlədən mifoloji görüşlərlə təmasda inkişaf etmişdir. Əjdər Tağıoğlu yazır ki, Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Müəllif "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adlı kitabında bir məqamı xüsusi vurğulayır ki, o da zərdüştlükdür. Bu mənada Əjdər Tağıoğlu yazır: "Cavid şeiriyyətində zərdüştilikn əks-sədası qabarıq şəkildə özünü göstərir. Burada hər zaman işığa, parlaq ideala can atmış ulu babalarımızın saflığı və mərdanəliyi ilə yanaşı onların ərlikdən gələn psixoloji mürəkkəbliyi, dərinlik, kamillik və ləngərliyinin təsviri də diqqəti cəlb edir". Əjdər Tağıoğlu yazır ki, Cavid insanlığın ilk çağlarından başlayaraq yaranmış mifoloji sistemlərə, dünyaya baxışlara bələdliyini sadəcə bildirmək, bəyan etmək niyyətindən daha dərin məna aşılamaq istəyir: "O zərdüştilik inamının öz ilkin saflığının getdikcə necə dəyişdiyini, sonralar necə başqa ehkami təsəvvürlər, dinlər şəklinə düşdüyünü, əslindən uzaqlaşdığını anlatmaq istəyir. İblisin dili ilə hurimələyə etiqadı inkar edəndə Cavid bir həqiqəti nəzərə çatdırmağa çalışmışdı. Bu etiqad zərdüştilikdə deyil, ondan mayalanmış sonrakı dünya dinləri ilə bağlıdır". Müəllif yazır ki, bütün varlığı, bəşəriyyəti, kainatı, hətta "məbədxilqəti" atəşdən ibarət hesab edən Cavid İblisi lənətlənmiş son tarixi çağların deyil, zərdüştiliyə ocaq olmuş DevuşZarvan səcdəgahına, onun varlığına ilkin bağlılığı göstərir. İblis obrazı tarixin son çağlarında geydirilmiş qiyafəsinə baxmayaraq, bu nöqtədə Devuşun eyninə çevrilir, günəşin yerdə varisiatributu kimi diqqəti cəlb edir".

Əjdər Tağıoğlu kitabın "İblisə çevrilən insanlar" adlı üçüncü fəslində isə qeyd edir ki, insanın mənəvi şikəstliyini işa və tənqid, ictimai kateqoriya kimi, lap qədim dövrlərdən başlayaraq, bugünədək dünya ədəbiyyatının həll etməyə çalışdığı problemlərdəndir. Sənətkarlar bu ideyanın təcəssümünü bəzən real insan şəxisyyətlərində, bəzən şərti-mifik rəmzlərdə, başqa müxtəlif bədii-idraki vasitələrdə verməyə çalışıblar. Əjdər Tağıoğlu daha sonra qeyd edir: "Sənətdə bu keyfiyyəti nəzərə alan mütəxəssis alim R.M.Samarin klassik sənətkarlardan, məsələn Marlo və Şekspirdən nümunələr gətirərək yazır ki, mənsəbpərəst və görkəmli fateh Teymur "şeytantək ağıllı III Riçard, riyakar Yaqodüşkün Klavdi, eləcə də başqaları-budur Satana ilə eyni bilik almış, şər ehtirasın möhürü ilə damğalanmış bir dəstə personaj". Bu baxımdan Cavidin yaratdığı İblisin mühüm bir aspektini araşdırmaq, aydınlaşdırmaq xeyli əhəmiyyətlidir".

Müəllif Cavid poeziyasını təhlil edərək yazır ki, Cavid poeziyası, xüsusilə onun yaratdığı İblis obrazı, Şərq, Azərbaycan ənənələrindən qidalanmaqla yanaşı, dünya romantizm poeziyasının zəngin ənənələri ilə bağlı olub. İşıqla zülmətin fəlakətli toqquşmalarını bütöv bir görüş sistemi halında təqdim edən ulu Zərdüştdən başlamış insanın özünü işıq heykəli kimi ilahiləşdirən, insanı tanrı səviyyəsinə ucaldan Nəsimiyə qədər, burjua münasibətləri dövrünün romantik səönətkarları olan Miltondan, Şellidən tutmuş Şillerə, Höteyə, Puşkinə, Lermontova qədər inkişaf yolu keçmiş demonizm poeziyası Cavid sənətində sintezləşib, yeni bədii təsdiqini tapıb. Cavid romantizmi Şərqlə Qərb romantik sənətinin tarixən əldə etdiyi nailiyyətləri əsasında ucalan, eyni zamanda öz fərdiliyi, bənzərsizliyi ilə seçilən yaradıcılıq nümunəsidir".

Əjdər Tağıoğlu Cavid romantizminə olan ziyalı yanaşmasına da toxunaraq onu dərindən təhlil edir. Müəllif kitabda qeyd edir ki, Cavid romantizmi əsrin əvvəllərində Azərbaycan ziyalılarının təfəkküründə yaranmış özünəməxsus inqilabiliklə, zəhmətkeşlərin mübarizə və azadlıq idealı ilə, bundan başqa ölkədə baş verən mənəvi oyanışla, bir qədər sonralar vətəndaşların psixologiyasında partlayışla baş verən dəyişikliklə əlaqədar meydana gəlirdi: "Bu romantizm dünya dünya ədəbiyyatının istifadə etdiyi sənət vasitələri ilə xalqımızın əsrlərlə uğrunda mübarizə apardığı işıqlı ideal təsvir etmiş, nəhatə xalqın özünün bəşəriliklə birləşən, ümumiləşən, vahidləşən simasını özünəməxsus yeni sənət duyumu ilə yaratmışdı. Cavid poeziyasında olan xəlqilik də, bəşərilik də özünü bu mövqedə üzvi şəkildə büruzə verir".

Müəllif "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adlı əsərində Cavidin poetik sənət taleyinin dünya romantizm poeziyasının bir sıra görkəmli şəxsiyyətlərinin sənət taleyinə bənzərliyindən də yazır. Bu mənada Əjdər Tağıoğlu qeyd edir ki, mütəfəkkir şair öz üsyankar şəxsiyyəti, işıqlı idealı, odlu həyat ehtirası ilə insanı alçaldan bütün mənəvi və ictimai qanuna, əxlaqa qarşı çıxarkən, həmin sələflərinin müdrikliyindən və sənət döyüşkənliyindən də öyrənmişdi: "Cavid əsrimizin əvəllərində zamanın tufanına sinə gərərkən, bir tərəfdən comərdliyi, şəxsi ləyaqəti ulu əcdadlarından qazanmışdısa, digər tərəfdən tirana qarşı ayağa qalxan azadlıq fədailəri ilə bir səngərdə vuruşan Bayron, Şelli, Milton, Şillerbaşqa söz-sənət dahilərinin, azadlıq və səadət əsgərlərinin həyat yolundan öyrənmişdi. CavidQaliley, Cordano Bruno, Həllac Mənsur, Nəsimi və başqa ideya mücahidləri kimi öz tale ulduzu ilə barışmayıb, nəcib idealların fövqünə yüksəlib. Bu titanik nəhənglərin şəxsiyyətində özünü göstərən mürəkkəblik və ziddiyət də bu ləyaqətlə bağlı canlı proses idi. Bu azmanların faciəsini də, titanikliyinə də şərtləndirən yeganə amil bu idi. Bu nəhənglər dövrün faciəsini keçirirdilər. Csvidin fəlsəfi-estetik irsində şair-vətəndaş döyüşkənliyi publisist dilin çılpaqlığı ilə deyil, dünya romantizminin istifadə etdiyi ənənəvi boya və vasitələrin zərifliyində və lirizmində öz əksini tapır. İnsan təbəssümü naminə ölümün gözünün içinə baxan, tufana sinə gərən çılğın, narahat, nifrətdə də, məhəbbətdə də ehtiraslı üsyankarCavid nəinki fəlsəfi estetik irsi ilə, şəxsiyyəti ilə də bənzərsiz idi".

Əjdər Tağıoğlu həmçinin qeyd edir ki, Cavid demonik çılğınlığa bənzər həyatsevər ehtirası ilə zaman sığmayan, cəmiyyət inkişafını öz idealı ilə qabaqlayan romantik sənət nəhəngləri kimi öz dövrünümilli mikromühitin sərhədlərini çoxdan aşmış, bütün bəşəriyyətin, insanlığın xidmətində dayanmışdı. Cavid müdrikliyi zamanın müdrikliyindən tərbiyə almış, hətta onu ötmüş, "cəmiyyət və şəxsiyyət" probleminin həllində onu qabartmışdı. Zaman müdrikliyi real cəmiyyət hadisələrində insanın xilas yolunu arayarkən keçilməz sədlərlə üzə-üzə dayanmış, bəzən əlləri yanına düşmüşsə də, Cavid müdrikliyi real hadisələri qəti subyektivləşdirərək, eybəcərliklərin fövqünə qalxmış, inaminadla səadət dolu gələcəyə üz tutmuşdu. Bütün dünya romantiklərində real gerçəkliyə qarşı ideal həqiqəti və ideal gözəlliyi qoymaq meyli çox qüvvətli olub. Bu estetik meyil romantik sənət dünyasında ənginliklərə açan, zirvələr fərh edən, oradan mübhəm uzaqlara-gələcəyə baxan qartalın qanadına çox bənzəyir. Sanki təbiət onları qoşa yaradıb. İdeal gələcəyə dikilən sənətkar gözləri, biruzaq-uzaq üfiqlərdə alışan dan qızartısına zillənmiş qartal nəzərləri. Cavid romantizmi gözəlliyin poetik aləmini, şəxsiyyətin və cəmiyyətin intelektual və bədii inkişafında baş verəcək inqilabiliyi özünəməxsusluqla kəşf edən maraqlı bir dünyadır. Bu romantizm odlu bir vətəndaşın fikir iztirabını, ruhi çoşğunluğunu, üsyankar idealını ümumiləşdirir, şairin real həqiqətə inqilabi münasibətini şərtləndiri. Mütəfəkkir şair bu poeziyada birbaşa çılpaq şəkildə inqilab mıfhumunu bayrağa çevirməsə də, dərin mündəricəli problemlərin həllində gəldiyi nəticələrlə ruhən dövrün böyükciddi hadisələrinə bağlı idi".

Müəllif Əjdər Tağıoğlu yazır ki, Cavid qəhrəmanlarının ehtiraslı düşüncələri Bayronda olduğu kimi, fikir və duyğuları bəzən kədərli, qüssəli səslənir. Lakin insandünya haqqında olan şair kədəri ümidsiz və cəsarətsizlikdən uzaq bir coşğunluqla yaşayan qüdrətli bir şəxsiyyətin kədəridir: "Cavid öz lirikpoetik kədəri ilə dövrün titanik şəxsiyyətinə çevrilir. Çünki mübarizə, döyüşkən xarakterə çevrilən bu kədər şairi titanik bir qüdrət kimi, insanı şərəfsiz edən sosial əxlaqa və ədalətsizliyə, habelə bütün fəlakətlərə səbəb olan diktatora-yergöy tiranına qarşı qoyur. Bu da XX əsr Azərbaycan romantizminin inqilabi həyatdan gələn vətəndaşlıq pafosu ilə bağlı keyfiyyətləridir". Müəllif sonda qeyd edir ki, Cavidin şərə qarşı xeyiri, iblisliyə qarşəı insanlığı, zorakılığa qarşı haqqı, azadlığı təsdiqləyən peziyası bəşəri mahiyyətli problemlərin həllinə yönəldiyi üçün həmişə aktualdır. Hər yeni nəsil bu poeziyada öz dövrünü narahat edən mənəvi-əxlaqi məsələləri anlamaq baxımından gərəkli fikirlər kəşf edir, Cavid sənətinin əzəmətinə, ölməzliyinə inam bəsləyir.

 

Süleyman

 

Olaylar.- 2017.-17-19 iyun.- S.13.