Azərbaycan sivilizasiyalararası

dialoqun məkanına çevrilib

 

Hər il həyata keçirdiyi təşəbbüslər, reallaşdırdığı layihələrlə dünya, ayrı-ayrı dövlətlərə bir nümunə olan Azərbaycan 2017-ci ildə İslam coğrafiyasına, müsəlman aləminə öz töhfələrini verməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə cari il ərzində ölkədə İslam Həmrəyliyi Oyunları keçirməyi qarşıya məqsəd qoyan lkəmiz bu ili həmçinin "İslam Həmrəyliyi İli" elan edib. Artıq bununla bağlı dvlət başçısının müvafiq sərəncamı da var. Azərbaycan Prezidentinin belə bir sərancam imzalaması təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük dəstək görüb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, cənab Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var. Komitə sədrinin sözlərinə görə, hər bir dövrün müəyyən çağırışları olur: "Hər bir çağırışa da adekvat cavablar verilməli və buna müvafiq olaraq da qərarlar qəbul edilməlidir. Siyasi xadimlərin, liderlərin də fərqli keyfiyyətlərindən biri bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyac var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsinə, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır. Fəxrlə onu da qeyd edək ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, Ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Lider Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident cənab İlham Əliyevin uğurlarının nəticəsidir". Mübariz Qurbanlı bildirib ki, bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır: "Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və İSESCO kimi mötəbər təşkilatlarda ölkəmizin özünəməxsus yerirolu vardır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, "IV İslam Həmrəyliyi Oyunları"nın təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi ilə vurğulamaq lazımdır". Komitə sədri "Multikulturalizm İli" çərçivəsində görülən işlərdən də danışıb. Bildirib ki, bu il ərzində "Multikulturaltolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edən 22 regional konfrans, "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda 27 seminar-treninq, "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda isə 25 seminar-müşavirə keçirilib: "Həmin tədbirlərdə respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, imamaxundlar, dindarlar, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəalları iştirak ediblər. Eyni zamanda, "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən tədbirlər respublikamızın dini və dünyəvi təhsil müəssisələrini, Silahlı Qüvvələri, hüquq mühafizə orqanlarını, dini icmaları, çəzaçəkmə müəssisələrini, qeyri-hökumət təşkilatlarını, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı əraziləri əhatə edib. "Multikulturalizm ili" bir sıra beynəlxalq konfrans və görüşlərlə də əlamətdar olub. Bakı, Qəbələ, eləcə də Təbriz şəhərlərində beynəlxalq tədbirlər təşkil edilmiş, ölkəmizdəki multikulturalizm ənənələrinin beynəlxalq arenada təbliği istiqamətində çoxsaylı görüşlər keçirilib. Həmçinin ölkəmizdə mövcud olan tolerantmultikultural ənənələrin təbliği, dini radikalizmə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. məsələlərlə bağlı Dövlət Komitəsinin sədri, eyni zamanda məsul əməkdaşları Türkiyə, İsveç, Sinqapur, Almaniya, İspaniya və digər ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak ediblər. Hazırda Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait varbizbundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışırıq. Bütün bu amillərə söykənərək deyə bilərəm ki, 2016-cı il ölkə tarixində səmərəli illərdən biri kimi yadda qaldı". Komitə sədri təəssüf hissi ilə onu da qeyd edib ki, İslam ölkələrini bir-birinə qarşı qaldırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu günvar: "Şübhəsiz ki, 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi İli"nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bildiyiniz kimi, bu il Azərbaycanda həm də "IV İslam Həmrəyliyi Oyunları" keçiriləcək. Buna paralel olaraq 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Bir məsələyə xüsusilə toxunmaq istəyirəm ki, ölkə Prezidentinin 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi və bu il çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə biri-birinə dəstək olması, nəzərdə tutulan fəaliyyət istiqamətləri qəbul olunacaq "Tədbirlər Planı"nda da öz əksini tapacaq".

 

S. İsmayılbəyli

 

Olaylar.- 2017.- 17 yanvar.- S.8.