Regionlarda turizm inkişaf etdirilir

 

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində turizm sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda da son illər ərzində turizm sahəsində mühüm addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib.

Məhz görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz xarici turistlərin üz tutduğu cəlbedici məkanlardan birinə çevrilib. Xüsusilə, Azərbaycanın müntəzəm olaraq beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərə evsahibliyi etməsi ölkəmizə olan marağı birə-beşə artırıb. Elə yay turizmi mövsümündə biz bunun əyani şahidi olduq. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycana üz tutan xarici turistlər təkcə paytaxt Bakıda olmaqla kifayətlənmir, eyni zamanda regionlardakı turizm istirahət mərkəzlərinə üz tuturlar. Regionlarda turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər də öz növbəsində xarici turistlərdə ümumən Azərbaycan barədə müsbət rəy formalaşdırır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi, turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya Mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin 2 fevral,.2015-ci il tarixli əmri ilə İsmayıllı Turizm İnformasiya mərkəzi yaradılıb. İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz habelə informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə ətraflı məlumatlar göndərir, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisini və yerləşməsini təmin edir. İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov qeyd edir ki, ötən il bölgənin turizm potensialını əks etdirən flayerlər, bukletlər hazırlanaraq çap olunub. Bukletdə tarixi abidələr, tarix diyarşünaslıq muzeyləri,rayonun görməli yerləri, regionun mədəni irsi, regionun mətbəxi, ailəvi istirahət mərkəzləri, xalq sənətkarlığı əks olunub. Magistral yol kənarlarına reklam banerləri vurulub. Ayrı ayrı vaxtlarda Göygölə, Şəkiyə, Qəbələyə turlar təşkil edilib: "Regionda fəliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə əlaqə qurulub,müəssisələrin təklif etdikləri qiymətlərlə tanış olunub və məlumat mübadiləsi aparıb..Mərkəz fəaliyyətə başladığı müddətdən elektron səhifəsi yaradılıb, regionun turizm potensialı elektron səhifə üzərindən mütəmadı olarq yayımlanır. Mərkəzin fəaliyyətə başlaması ilə ümumi məlumat hazırlanmış və xəbər agentliklərində yayımlanıb". Mərkəz rəhbəri qeyd edib ki, təmsil etdiyi qurum 27 avqust 2016-cı il tarixdə keçirilən Qəbələ IV Beynəlxalq Mürəbbə festivalında müəssisəmiz yaxından iştirak edib, Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi və Azərbaycan Turizm Menecment Universitetnin təşkilatçılığı ilə 10 günlük "Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi" kursları keçirilib, müəssisənin 2 işçisi həmin təlim kursunun attestasiyasını uğurla keçərək İsmayıllı rayonunda turizm bələdçisi kimi fəaliyyət göstərməyə hüquq qazanıb: "Aprel ayında Bakı Ekspo mərkəzində keçirilən 15-ci Yubley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində İsmayıllı Turizm İnformasiya Mərkəzi iştirak edib və rayonun turizm potensialını təbliğ edib.H əmçinin rayonda fəaliyyət göstərən bir neçə İstirahət mərkəzinin sərgidə iştirakı təmin olunub. Eləcə də aprel ayında Şəkidə "Türk Dünyasının Mədəniyyət paytaxtı-Şəki 2016" ilinin təntənəli açılış mərasinmində İsmayıllı TİM-i iştirak edib və əl işlərindən ibarət nümunələr sərgilənmiş, regionun təbliğ edən bukletlər paylanıb. İsmayıllı TİM iyul ayında keçirilən I Beynəlxalq Dolma festivalında iştirak edib. Regionun turizm xəritəsi hazırlanaraq çapdan çıxarılıb. Region üzrə 8 istiqamətdə turist marşurutları hazırlanıb. Regionda kənd turizmi ilə məşğul olan şəxslərlə görüşlər keçirilib, ev sahiblərinə bir sira tövsiyyələr verilmiş və evlər haqqinda ümumi məlumat bazası yaradılıb. "Kənd yaşıl turizmin inkişafına dəstək" İctimai birliyinin təşkil etdiyi kiçik sahibkarlığın inkişafı məqsədi ilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı layihəsində İsmayıllı TİM-in işçiləri iştirak edib. Bundan əlavə olaraq "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti"nin təşkil etdiyi "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırma" mövzusunda İsmayıllı TİM işçilərinin iştirakı ilə 1 günlük təlim təşkil olunub. Təlim prosesində ümumi müzakirələr aparılmışdır. İsmayıllı ayrı ayrı vaxtlarda televiziya və kino çəkilişlərinə köməklik göstərib. Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının il dönümü ilə əlaqədar "İsmayıllı-Çuxur Qəbələ-Tufandağ" turu təşkil olunub". Səbuhi Süleymanovun szlərinə görə, İsmayıllı rayon ərarizində 23 istirahət mərkəzi vardır ki 1 gecə üçün 1143 qonaq yerləşməsi mümkündür: "2010-cu ildə rayona 25 000 turist gəlmişdirsə, bu göstərici 2015-ci ildə 99500 nəfər, 2016-cı il ərzində isə regiona 101755 nəfər olub. Bundan əlavə olaraq 100000 dən çox turist gecələmədən istirahətini rayonda keçirib. 2010-cu illərdə 4 nəfərlik kottecin qiyməti 120-150 manat arası dəyişirdisə, bu rəqəm hal hazırda 60-80 manatdır. Rayonda infrastrukturun yaradılması, yolların təmir olunması, qiymətlərin aşağı salınması turizm sahəsində ixtisaslı kadrların çalışmasının nəticəsi olaraq günü gündən qonaqların sayı artmaqdadır. Gotoİsmailli.az saytının rayon turizminə böyük təsiri oliub. Belə ki istirahətini rayonumuzda keçirmək istəyən qonaqlar bu sayt vasitəsilə də lazim olan məlumatları əldə edə bilirlər. Rayonda Kənd yasil turizmi ilə məşgul olan 20-ə yaxın ev sahibi vardırsa, bu göstərici 2016-ci ildə 150 -ə yaxın rəqəmdir. 1 gecə üçün 800 - ə yaxın qonağın kənd evlərində qalması mümkündür.Bu da yerli əhalinin sosial rifah halının yaxşilaşması üçün bir istiqamətdir". Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, mədəniyyət və turizm nazirinin sərəncamına əsasən İsmayıllı rayonun mərkəzi meydanında 01 iyundan yeni Turizm Bazarı fəaliyyətə başlayıb. Bu bazarın fəaliyyəti 01 sentyabr 2016-cı il tarixə kimi nəzərdə tutulmuşdu: "Bazarda regionu əks etdirən əl işləri sərgilənib və satışı həyata keçirilib, hər günün sonunda mədəniyyət müəssisələrinin musiqili proqramı təşkil olunub. Hər həftənin 6-ci günləri mədəniyyət müəssisələrinin rəhbərliyindən ibarət toplantı təşkil edilib,növbəti həftənin proqramı tərtib olunub, Turizm İnformasiya Mərkəzi tərəfindən həmin proqramlar mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərinə göndərilib. Əlavə olaraq növbəti həftə sonlarında istirahət mərkəzlərində İsmayıllı TİM tərəfindən Azərbaycan filmləri nümayiş olunub. Bu addım istirahət edən qonaqlar tərəfindən xoş qarşılanıb. Hazırda regionun bələdçi kitabçası hazırlanır. Bu da qonaqların regionun turizmi haqqında məlumatlanmasına kömək olacaq. Rayon mərkəzində tikintisinə yeni başlanılan otelin rayonda turizmin inkişafına böyük təsiri olacaqdır. Buynuz və Cülyan kəndlərində şəlalə, Talıstan kəndinin şimalında dağlıq ərazidə yerləşən Qaranohur gölü rayonunun gələcək turizmi üçün əlverişli təbiət gözəllikləridir. Hazırda da bu təbii gözəlliklərə maraq göstərənlər çoxluq təşkil edir. Ümumilikdə götürsək, kimin hansı mövqedən yanaşmasına baxmayaraq İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir".

 

S. İsmayılbəyli

 

Olaylar.- 2017.- 27 yanvar.- S.11.