Mütərəqqi milli və bəşəri inkişafa

söykənən Azərbaycan Xalq Cümhuriyyəti dövründə

elektrik təsərrüfatına strateji baxış olub

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncamları keçmişimizə, zəngin irsimizə və böyük şəxsiyyətlərimizə, istiqlal fədailərimizə hörmət və ehtiramı özündə əks etdirməklə indiki və gələcək nəsillərə dəyərli nümunə olmaqla yanaşı, müstəqil dövlətçiliyimizin tarixinə hüquqi-demokratik yanaşmanın və qlobal baxışın dərin ifadəsidir.

 

Ötən əsrin əvvəlləri və sonları Azərbaycan dövlətçilik tarixində keşməkeşli dövr olsa da, şanlı hadisələrlə tarixə həkk olunmuşdur. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, inqilablar, quruluşların dəyişməsi və hakimiyyətlərin bir-birini əvəz etməsi dünyanın siyasi xəritəsinin yenilənməsinə gətirib çıxardı, xüsusilə, 1917-ci və 1991-ci illərdə keçmiş Rusiya imperiyasını və Sovetlər ittifaqını əhatə edən coğrafiyada yaşayantarixi dövlətçiliyi olan xalqların həyatında milliidealoji nöqteyi-nəzərdən yeni mərhələnin başlanmasına rəvac verdi. Belə bir mürəkkəb şəraitdə "millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqından" istifadə edən bu xalqlar ulu əcdadlarından miras qalan dəyərlərinə sahib çıxaraq, öz milli azadlıqlarına qovuşdu, müstəqil dövlətlərini yaratdılar və beynəlxalq aləmə bəyan etdilər. 1918-ci ilin may ayının 28-də Müsəlman-türk dünyasında ilk müstəqil, hüquqi, demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə, Millətlər Cəmiyyətində, yəni, 1919-cu ildə Paris Sülh Konfransındakı aparıcı güclər tərəfindən "de-fakto" tanınsa da, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi nüansına, yəni, dövlətçilik ənənəsinə malik olduğuna görə "de-yure" tanınmasına əsas oldu.

Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti suveren dövlət kimi, 23 ay yaşasa da, milli məsələrdə, gələcək realpotensial imkanlar baxımından çox böyük işlər görə bildilər. Ən əsası isə milli məfkurə toxumunu səpdilər və zehniyyətləri dəyişdilər. Milli şüurun, milli təfəkkürün formalaşmasından başlamış milli kadr potensialının hazırlanmasına kimi. Ən mütərəqqi milli və bəşəri inkişafa doğru hesablanmış addımlardan biri isə müxtəlif sahələrdə ali təhsil almaq üçün dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbənin Avropanın ən yaxşı məktəblərinə göndərilməsi layihəsidir. Bu zamanı qabaqlayan düşünülmüş və məqsədyönli addım idi. Məhz elə AXC-nin unikallığı ondan ibarət idi ki, zamanı qabaqlayan sistem yaratmış və çağdaş ideyalar ortaya qoya bilmişlər. Bunu insan cəmiyyətinin bütün sahələrinə birmənalı şəkildə şamil etmək mümkündür.

Bununla, məqsəd və vəzifə yeni addımlayan müstəqil dövlətin müxtəlif sahələrdə kadr çatışmazlığının aradan qaldırılması idi.

Bu istiqamətlərdən birivacib əhəmiyyət kəsb edən sahə elektoenergetika idi. Ümumilikdə götürəndə sahibkarların inhisarında cəmləşən elektrik təsərrüfatı dövlət maraqları baxımından əlahiddə hesab olunurdu. Həyati vacib əhəmiyyətli sahəyə çevrilirdi.

Buna görə də, qabaqlayıcı tədbirlər görüldü ki, kadr potensialı yaradılsın və ixtisaslı energetiklər hazırlanması üçün ali təhsil almalarına şərait yaradılsın.

Məhz elə tələbələrin siyahısına baxanda bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını görürük.

Cümhuriyyət tarixi ilə bağlı   nəşrlərdə   həmin  dövrdə   elektroenergetika   sahəsində görülən işlərə geniş yer ayrılmır. Bununla belə tarixi sənədlərlə tanışlıq zamanı bu sahə ilə əlaqədar bəzi  maraqlı məqamlara rast gəlmək mümkündür. Arxiv mənbələrdə elektroenergetika ilə bağlı məlumatların azlıq təşkil etməsinin səbəblərindən biri AXC dövründə sözügedən sahənin PoçtTeleqraf   Nazirliyinin tərkibində fəaliyyət göstərməsi olub. Həmin dövrdə elektrik enerjisi müəssisələri xüsusi mülkiyyətçilərin əlində idi. Bunun bariz nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 fevral 1919-cu il tarixli 17-ci iclasında qeyd olunurdu: - "Şəhər idarəsi   ticarət   müəssisələrindən,   işıqdan      bu   kimi   yerlərdən   xüsusi   vergi almalıdır".

Bundan başqa, Parlamentin 13 oktyabr 1919-cu il 83-cü iclasında Abuzər

bəy Rzayev küçələrin işıqlandırılması haqqında deyirdi: "Yadınızdadır ki, keçən il küçələrdən keçmək olmayırdı. Hər yer zibil, topraq, dağılmış... Şimdi görürsünüz, küçələr təmiz, zibil atılmış, elektriçeski yanır, qonka işləyir, məktəblər açılır".

Parlamentin digər üzvü - Səməd ağa Ağamalıoğlu isə fikir mübadiləsinə qoşularaq   belə   demişdi:   "Hamıya   da   məlumdur   ki,   pul   olmazsa,   küçələr təmizlənməz işıq da olmaz".

Azərbaycan   Parlamentinin   üzvləri   arasında   bu   kiçik   mükalimə   AXC dövründə elektroenergetika sahəsinə diqqətin olduğunu bariz göstərir. Məhz  bu yüksək diqqətin nəticəsi idi ki, "İstiqlal Bəyannaməsi" qəbul olunduqdan cəmi bir il sonra   Azərbaycanda   elektrik   enerjisinin   istehsalı   xeyli   artırılmış,   paytaxt küçələrinin işıqlandırılması yaxşılaşdırılmışdır.

...Ölkədə   elmin    təhsilin  inkişafına   xüsusi   diqqət   yetirən Cümhuriyyət Parlamenti Hökuməti milli kadrlar hazırlanmasını sürətləndirmək üçün xüsusi səy göstərirdi. Onlar bilirdilər ki, bu sahələr bütünlükdə sosial həyatın yüksəldilməsində, iqtisadiyyatın, (bu sahənin bir qolu olan elektrik təsərrüfatı) kənd təsərrüfatının s. dirçəlişin əldə edilməsində vacib rol oynayır.

Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsis olunması ilə yanaşı, 100 nəfər   azərbaycanlı   gəncin   dövlət   hesabına   təhsil   almaq   üçün   xarici   ölkələrə göndərilməsi barədə qanun qəbul edildi.

Həmin gənclər arasında elektrotexnika elminə yiyələnmək üçün seçilənlər vardı. Onlardan biri - Firidun Əliyev 1919-cu ildə Bakı Politexnik Məktəbinin elektrotexnika şöbəsini  bitirmişdi. O, parlamentin   1919-cu il 1  sentyabr  tarixli qərarına   əsasən,   təhsilini   elektrotexnika   sahəsində   davam   etdirmək   üçün Almaniyaya   göndərdi.   Bəhram   Hüseynzadə      təhsilini   elektrotexnika sahəsində davam etdirmək üçün həmin ölkənin Darmştadt Ali Texniki Məktəbinə göndərildi. O, təhsilini   başa   vurduqdan   sonra   1926-cı   ildə   Azərbaycana qayıtmış, əvvəlcə Gəncə Toxuculuq Kombinatında elektrik təsərrüfatının   rəisi vəzifəsində çalışmış, sonra Azərbaycan SSR Xalq Torpaq Komissarlığında "Azərkəndelektrik" bölməsinin rəhbəri olmuşdur.

Avropaya   göndərilən   gənclərdən   digəri   -   Mirismayıl   Səidzadə   Kiyev Politexnik   İnstitutunun   elektrotexnika   şöbəsində   2-ci   kursadək   oxumuş,   lakin maddi   çətinlik   üzündən   təhsilini   davam   etdirə   bilməmişdi. Azərbaycan parlamentinin qərarına əsasən, o, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdi. Yusif Ağasıbəyli Drezden Texniki Universitetində, Zəkəriyyə Xiromanov isə Ştutqart İnstitutunda elektroenergetika üzrə təhsil alırdılar.

Mustafa Mustafayev təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdi. O, 1927-ci ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində 15 il mühəndis-energetik kimi bir sıra elektrik stansiyalarının tikintisində çalışmışdır. Yaqub Nərimanbəyov da dövlət hesabına elektrikləşdirmə üzrə ali təhsil almaq üçün Paris Universitetinə göndərilmiş, 1927-ci ildə təcrübəli mütəxəssis kimi Vətənə qayıtmış, Plan Komitəsində elektrikləşdirmə bölməsinin müdiri vəzifəsində çalışmışdır.

Tələbələrdən   İsgəndərxan   Rzazadə   Petroqrad   Politexnik   İnstitutunun elektrotexnika şöbəsində oxumuş, lakin o da maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. O, Azərbaycan Parlamentinin qərarı ilə təhsilini elektrotexnika sahəsində   başa   vurmaq   üçün   Fransaya   göndərilmişdi.   İ.Rzazadə   iki   il   Nansi Elektrotexnika İnstitutunda oxuduqdan sonra 1922-ci ilin əvvəllərində Darmştadt (Almaniya) Ali Texniki Məktəbinə keçmiş 1924-cü ildə həmin təhsil ocağının elektrotexnika   fakültəsini   fərqlənmə   diplomu   ilə   bitirmişdir.   O,   bir   müddət Darmştadt şəhər elektrik stansiyasında, "Azərneft"in Berlin kontorunda, Berlində özəl şirkətdə çalışmışdır. 1925-ci ilin sentyabrında Bakıya çağırılaraq "Elektrotok" İstehsalat Birliyində mühəndis-layihəçi vəzifəsində   çalışmış, "Qırmızı   Ulduz" elektrik stansiyası   ilə   leytenant   Şmidt adına   maşınqayırma zavodu arasındakı yüksəkgərginlikli elektrik xəttini   layihələndirmiş, daha   sonra Şəki, Zurnabad, Zaqatala Xankəndində elektrik stansiyalarının layihələndirilməsi quraşdırılmasına rəhbərlik etmiş, Azərbaycan SSR 2-ci beşillik (1933-1937) üçün elektrikləşdirilmə planını hazırlamışdır. O həmçinin Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuş,   kafedra müdiri işləmiş, Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcılarından biri kimi tanınmışdır. İsgəndərxan Rzazadə 1931-1933-cü   illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində energetika bölməsinin sədri olmuş, ömrünün son 4 ilini SSRİ EA Azərbaycan filialında çalışmış, 1937-ci ildən filialın energetika bölməsi rəhbərinin müavini işləmiş, bir çox ixtiraların,   elektrotexnikanın   aktual   problemlərinə   dair   elmi əsərlərin müəllifı olmuşdur.

Göründüyü   kimi,   Azərbaycan   Parlamentinin   qərarı   ilə   azərbaycanlı gənclərin dövlət   hesabına təhsil  almaq  üçün  xarici ölkələrə göndərilməsi Xalq Cümhuriyyətinin   mühüm   töhfələrindən  olmuşdur.   Avropanın  nüfuzlu   ali   təhsil müəssisələrində təhsil alan gənclər sonradan Vətənə qayıdaraq, xalq təsərrüfatının bir çox sahələrində, o cümlədən elektroenergetika sahəsində fəaliyyət göstərərək, Azərbaycanın enerjisisteminin inkişafına mühüm töhfələr vermişlər.

Təəssüf ki, bolşevik işğalı nəticəsində süquta uğrayan AXC qarşıya qoyduğu milli bəşəri dəyərlərə söykənən məramına tam  müvəffəq  ola bilmədi. 1920-ci  il  aprelin  28-də XI  Qızıl  ordu Bakını   işğal   etdikdən   sonra   "Siemens"in   Azərbaycanda   yerləşən   firmaları, "Elektriçeskaya sila" Cəmiyyəti, gərginliyi 0,4-2 kV olan paylayıcı şəbəkə digər  azsaylı  energetika  müəssisələri   Azərbaycan   İnqilab   Komitəsinin   12  iyun 1920-ci il tarixli dekreti ilə ləğv edilərək sovetləşdirildi ("milliləşdirildi") bu qurumların bazasında "Elektrotok" İdarəsi yaradıldı...

...Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir müstəqil Azərbaycan dövləti öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində yarımçıq qalmış bir sıra planlarını uğurla həyata keçirməkdədir. Hazırda ölkəmizin dünyada artan nüfuzu, sürətli inkişafı, o cümlədən enerji sistemində yeni islahatların gerçəkləşdirilməsi, əlavə generasiya güclərinin tikilib istifadəyə verilməsi, elektrik enerjisi sahəsində dayanıqlığın keyfiyyətin getdikcə artması müstəqilliyimizin bəhrəsidir.

Təkcə özünün deyil, regionun enerji təhlükəsizliyinin qarantına çevrilən və Avropanın etibarlı tərəfdaşı sayılan ölkəmiz tarixdən qaynaqlandığı mənbələr hesabına dərin dövlətçilik nümayiş etdirdiyinə görə məhz qısa zaman kəsiyində böyük uğurlara imza atmağa müvəffəq olub. Təbii ki, bunun kökündə sağlam təməllərə söykənən müdrik simaunukal ideyalar dayanır. Mübaliğəsiz demək olar ki, buna Heydər Əliyev fenomeninin ustad yaradıcılığı sayəsində mümkün olmuşdur. Məhz dahi şəxsiyyət müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu konsepsiyasını müəyyən etmişdir.

 

Yəhya M. BABANLI,

Tarix üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2018.- 5 iyun.- S.8.