Daim  sənətin  zirvəsində

olasınız, böyük  sənətkar...

 

Görkəmli  muğam  ifaçısı, Respublikanın  xalq  artisti  Arif  Babayevin  80  yaşı  tamam  oldu. Onun  musiqi    muğam  sənətində  əvəzolunmaz  xidmətləri  var. Böyük  sənətkar, mahir  muğam  ifaçısı  kimi, təkcə  doğma  Azərbaycanda  deyil, bütün  Şərq    Türk  ölkələrində  məşhurdur.

 

Hörmətli Arif müəllim!

Sizin ifanızda  səslənən  "Şur", "Rast", "Bayatı Şiraz", "Cahargah","Mirzə  Hüseyn  Segahı", "Zabul  Segahı", "Segah"  muğamları, təsniflər, xalq    bəstəkar  nəğmələri, artıq  musiqi  tariximizin  salnaməsinə  çevrilib. Sizin  yaradıcılığınızda  "Arazbari", "Qarabağ  şikəstəsi", zərb  muğamları  xüsusi  əhəmiyyətə  malikdir.  Seyid  Şuşinski, Xan  Şuşinski, Zülfü  Adıgözəlov  ənənələrinə  sadiq  qalaraq, yüksək  peşəkarlıq  nümunəsi  göstərmisiniz. XX  əsr  Qarabağ  xanəndəlik  məktəbinin  layiqli  ifaçılarındansınız. Əvəzolunmaz  muğam  ustası  kimi  həm də  istedadlı  ifaçıların  üzə  çıxmasında  Sizin  böyük  xidmətləriniz  var.

Azərbaycan  Dövlət  Opera    Balet  Teatrının  səhnəsində  bir-birinin  ardınca  Məcnun, Kərəm (Ü.Hacıbəyov,"Leyli    Məcnun", "Əsli    Kərəm"), "Aşıq  Qərib" (Z.Hacıbəyov - "Aşıq  Qərib)  Camal (Ş. Axundova  - "Gəlin  qayası") kimi unudulmaz  obrazlarla  qədirbilən  xalqımızın  qəlbində  möhtəşəm  sənət  abidəsi  yaratmısınız.

1990-cı  ildən  etibarən  muğam  professoru  adını  şərəflə  daşıyırsınız. Sizin  pedaqoji  fəaliyyətiniz    uğurludur. 1982-ci  ildən  Bülbül  adına  orta  ixtisas  musiqi  məktəbində  ilk  muğam  müəllimi, 1984-cü  ildən  indiyədək  ilk  muğam  müəllimi  kimi  Azərbaycan  Dövlət  Milli  Konservatoriyasında  çalışırsınız. Gənc  nəsilin  təlim  tərbiyəsi    musiqi  mədəniyyəti  ilə  məşğulsunuz. Həmişə  ilkə  imza  atan  sənətkar  olmusunuz.

Bu  xidmətlərinizə  görə  zaman-zaman  ölkə  prezidenti  tərəfindən  "Şöhrət", "İstiqlal"  ordenləri  ilə  təltif  edilmisiniz.

Baki  Elmi-Tədqiqat  Göz  Xəstəlikləri  Klinikasının  əməkdaşları    direktoru, tibb  elmləri  doktoru, professor  Kərəm  Kərimov  sizi  80  illik  yubileyiniz  münasibətilə  təbrik  edir, sizə  yeni-yeni  sənət  uğurları, möhkəm  can  sağlığı    uzun  ömür  arzulayırlar.

Daim  sənətin  zirvəsində  olasınız, böyük  sənətkar...

 

Olaylar.- 2018.- 30 mart.- S.13.