Novruz Aslanov: “Bədii Şura yox,

Ekspertlər Şurası yaradılmalıdır”

 

Müsahibimiz tanınmış bəstəkar, millət vəkili Novruz Aslanovdur.

 

- Novruz müəllim, 11 aprel 2018-ci il seçkilərindən, dövlət başçısı İlham Əliyevin növbəti müddətə prezident seçilməsindən bir ilə yaxın vaxt keçir. Ötən bir ili mədəniyyət sferası baxımından necə dəyərləndirirsiniz?

- Ötən bir ilə yaxın dövr bir daha xalq-prezident birliyini, prezidentin daim öz xalqı ilə bir yerdə olmasını təcəssüm etdirdi, göstərdi.  Özü  bu birliyi, bu vəhdəti biz hər gün, hər saat, hər dəqiqə görürük. İstər fövqəladə hallar, hadisələr baş verəndə, istər regionların sosial-iqtisadi inkişafında, istər hansısa regionaltransmilli layihələrin icrasında, istərsə də beynəlxal forumların, tədbirlərin keçirilməsində bu  məqamların şahidi oluruq. Cənab Prezident bu gün təkcə Azərbaycanda yox, bütün dünyada bir lider nümunəsini göstərir və bu bizim  fəxr mənbəyimizdir. Açığı deyim ki, bu, hələ başlanğıcdır və inanıram ki, üzümüzə gələn illərdə möhtərəm  Prezidentimizin islahatlar siyasətinin növbəti mərhələlərinin, onun insanlara daha yaxın, daha açıq olmasının, daha müsbət və önəmli hadisələrin şahidi olacağıq.

-Yeri gəlmşikən, üstündən bir qədər keçsə də, ölkə prezidentibirinci xanım Mehriban Əliyevanın sənət, mədəniyyət xadimlərinin bir qrupu ilə görüşü məsələsi ətrafında müzakirələr səngimək bilmir. Bu görüş barədə nə demək istərdiniz?

- Onu qeyd etmək istəyirəm ki, təkcə bir görüş bəs etdi ki, nə qədər məsələ öz müsbət həllini tapdı. Orada qaldırılan bütün məsələlərin yüz faizi demək olar ki, həll olundu. Həmin görüşdən dərhal sonra kinomuzun inkişafına, o cümlədən, iki dövlət teatrına "akademik" statusunun verilməsi ilə bağlı sərəncam verildi. Həmçinin, cənab Prezidentin başqa bir sərəncamı ilə Yazıçılar Birliyinə,  Bəstəkarlar İttifaqına,  digər yaradıcılıq birliklərinə  maddi vəsaitlər ayrıldı. Bu vəsaitlər hesabına onlar öz fəaliyyətlərini daha da gücləndirəcək, müasir tələblərə uyğun işlərini quracaqlar. Bütün bunlar, hadisələrə operativ şəkildə reaksiya vermək deməkdir.

- Əgər Siz özünüz həmin görüşə dəvət edilsəydiniz, hansı məsələni və ya məsələləri qaldırardınız?

- Bunu bir dəfə qeyd etmişdimbir daha təkrar etmək istəyirəm: təklifim ondan ibarət olacaqdı ki, televiziyalarda bədii şuraların yaradılması  çox vacib məsələdir. Amma istəmzdim ki, bu, Sovet hakimiyyəti formatında olsun. Yəni, bədii şuralar senzura formatında olmamalıdır. Bunun adını da dəyişdirmək olar, misal üçün Ekspertlər Şurası. Ekspertlər Şurasının üzvləri təkcə mədəniyyət və incəsənət sahəsi ilə bağlı  fikirlərini, rəylərini bildirməklə yanaşı, digər sahələri də əhatə etməlidirlər. Daha doğrusu, üzvlərin tərkibində iqtisadçı ekspertlər, siyasi analitiklər də olması yaxşı olardı.  Onlar öz tövsiyələrini versinlər ki, televiziyalarda hansı verilişlərin və yaxud hansı layihələrin həyata keçirilməsini daha məqbul sayırlar. Burada milli-mənəvi dəyərlərimizin qorunması, əxlaqi məsələlər ön plana çəkilməlidır. Bu tövsiyə xarakterli Ekspertlər Şurası olmalıdır. Televiziyalar da, onların rəhbərliyi də, onların aparatı da həmin tövsiyələri nəzərə almalıdırlar.

Həmçinin, çox istərdim ki, Ekspertlər Şurası (əgər gələcəkdə belə adlandırılacaqsa)  çox şəffaf və ictimaiyyətə açıq olsunlar.  Onlar konkret  şəxsə, hansısa mahnının, yaxud, əsərin müəllifinə yox, əsərin özünə qiymət versinlər. Bunun üçünçox rahatasan bir yol var, o da anonim səslənmədir. Yəni, hansısa bir layihə səslənilir və ona qiymət verilir. Ondan sonra bilinəcək ki, musiqinin, əsərin müəllifi kimdir. Ekspertlər şurası ancaq musiqi üzərində qurulmamalıdır. Orada  aparıcıların səviyyəsi və başqa təşkilati məsələlər də yer almalıdır. Amma birmənalı olaraq qadağa prinsipi, senzura yanaşması olmamalıdır, ancaq tövsiyə xarakterlı fikirlər olmalıdır. Təbii ki, orada müəyyən qaydalar formalaşmalıdır. Ola bilər ki, bir tövsiyə, iki tövsiyə kifayət etməsin, üçüncü tövsiyədə artıq qadağa məsələsi ortaya çıxsın. Bunlarla da bağlı  hansısa bir sistem qurulmalı və müvafiq təlimatlar hazırlanmalıdır.  Bir sözlə, cəmiyyətimizə, inkişafımıza zərər gətirə biləck nə varsa, biz onların qarşısını almalıyıq.

- Onu da xatırlatmaq yerinə düşər ki, sovetlər dövrünün özündə belə bəzən Bədii Şura üzləri tərəfindən yanlış qərarlar verilir, daha çox subyektiv mülahizələr əsas götürülürdü. Məsələn, korifey cazmen, mərhum Vaqif Mustafazadənin əsərlərinə, Azərbaycan milli estradasının yaradıcısı Niyaməddin Musayevin bəzi məşhur mahnılarına qadağaların qoyulması nümunələri hələ də yaddaşlardan silinməyib...

-Bəli, fikirlərinizlə razıyam. O dövrlər böyük bəstəkarımız Ramiz Mirişlinin  məşhur "Dalğalar" mahnısına qadağa qoyulmuşdu.  Bədii Şura tərəfindən o zamanlar böyük bəstəkarımız Ələkbər Tağıyevin bir çox məşhur bəstəsinə qadağa qoyulmuşdu.  Ona görə deyirəm ki, bu şuralar şəxsi münasibətlər, kiminsə düşmənçiliyinin üzərində qurulmamalıdır. Şəffaf, təmiz və peşəkarcasına qurulan bir qurum olmalıdır. Ona görə buna çox həssas yanaşmaq lazımdır. Bədii və ya espertlər şurası irəliyə və müasirliyə atılan bir addım kimi qəbul olunmalıdır. Bunun üçün beynəlxalq təcrübədən də istifadə etmək tam yerinə düşərdi.

- Novruz müəllim, çox təəssüflər olsun ki, məlum görüşdən sonra tanınmış, korifey sənətkarlarımızı, məsələn, Zeynəb xanımla Afaq xanımı, Rasim Balayevlə Şəfiqə xanımı qarşı-qarşıya qoymaq cəhdləri oldu. Siz bu cəhdlərlə bağlı nələri demək istərdiniz, ümumiyyətlə, həmin şəxslərin fikirlərinin hansını daha məntiqli hesab edirsiniz?

- Əvvəla, hər bir şəxsin subyektiv fikir söyləmək haqqı var. Bu, onun vətəndaş mövqeyidir.  Bu baxımdan, açığını deyim ki, Afaq xanımın da,  Zeynəb xanımın da hər ikisinin çıxışlarını məntiqli sayıram. Ona görə onların arasında heç bir seçim etməzdim. Hər kəs öz şəxsi,  subyektiv fikrini söyləyir. Bir məsələyə bir neçə baxış ola bilər. Bir  məsələyə siz ayrı cür baxa bilərsiniz, mən ayrı cür baxa bilərəm, yaxud həlli yollarını müxtəlif cür görə bilərik.  Biz "A" nöqtəsindən "B" nöqtəsinə çatmaq üçün düz xətt üzrə də gedə bilərik, ziqzaqla da gedib "B" nöqtəsinə çata bilərik. Ona görə yanaşma müxtəlifdir. Ən əsası odur ki, cənab Prezident  səslənən bütün fikirlərə diqqətlə, qayğı ilə yanaşdı və  nəzərə aldı. Elə məsələlər var ki, onlar birdən-birə həll oluna bilməz, bunun üçün müəyyən zaman tələb olunur. Məsələn, küçə adlarının verilməsi məsələsini götürək.  Bunun üçün müvafiq qərarlar olmalıdır, müəyyən sənədlər hazırlanmalıdır. Amma mən tam əminliklə deyə bilərəm ki, orada  qaldırılan məsələlərin hamısı öz həllini tapacaq. Cənab Prezidentbirinci xanım, birinci vitse-prezident bu işlərə çox diqqətlə, qayğı ilə yanaşırlar və biz bunu gündəlik həyatımızda görürük...

-Fəxri adlar, titullar məsələsi ilə də bağlı birmənalı olmayan fikirlər var, bəziləri deyir qalsın, bəziləri deyir yığışdırılsın. Siz bir millət vəkili və sənət adamı olaraq, burada hansı mövqeyin tərəfindəsiniz?

- Bilirsiniz ki, bir çox ölkələrdə, ümumiyyətlə, fəxri adlar məsələsi yoxdur. Artist elə artistdir, müğənni  elə müğənnidir. Amma bununla belə deyərdim ki,  fəxri adların, titulların verilməsi illər ərzində görülən işlərə, zəhmətə verilən bir qiymətdir. Obrazlı şəkildə desək, əgər sizin övladınız hansısa bir  yaxşı görürsə, təbii ki, ona təşəkkür edirsiniz, çox sağ ol övladım deyirsiniz. Bunun özü  insanın uzun illər həsr etdiyi, yaratdığı əsərlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. Amma  bunlar birmənalı olaraq obyektiv, qərəzsiz, şəffaf şəkildə  həyata keçirilməlidir. Çünki bizim nə qədər sənətkarımız  var ki, ömürlərini  mədəniyyətimizə sərf ediblər, Azərbaycanımızı bütün dünyada tanıtdırıblar və tanıtmaqda da davam edirlər.  Ona görə həmin sənətkarla digərləri arasında bir fərq olmalıdır.  Mənə elə gəlir ki, bu fərqlilik o biri insanları daha da yaxşı çalışmağa sövq edəcək. Onlar əməkdar, xalq artisti olmaq üçün daha çox çalışacaqlar, daha çox konsertlər, çoxlu yaradıcılıq tədbirləri keçirəcəklər. Dövlət tədbirlərində daha çox iştirak edəcəklər, yaxşı əsərlər yaradacaqlaryaxud yaxşı əsərləri ifa edəcəklər. Bu, onlara bir yol açacaq. Mənə elə gəlir ki, stimullaşdırmaq  çox gözəl bir ənənədir. Mən bunun lehinəyəm.

 

Nurlan

 

Olaylar.- 2019.- 4-5 aprel.- S.10.