Barışıq, birlik və həmrəylik bayramı

 

Novruz  baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə ehtiva edir

 

Azərbaycan õalqının zəngin mədəniyyətinin öyrənilməsi və dünyaya tanıdılmasında, kamillik səviyyəsinin müəyyənləşdirilməsində, qədim mifik görüşlərindən tutmuş adət-ənənələri, həyatı barədə aydın təsəvvürlərin formalaşmasında şifahi õalq ədəbiyyatı, folklorla yanaşı, õalq bayramlarımızın da rolu olduqca böyükdür. Bəşər sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan õalqının, ümumən türk dünyasının tariõi formalaşma, milli özünüdərk və inkişaf proseslərindən söz düşdükdə ilk növbədə qədim adətlərə, mərasimlərə əsaslanan mənəvi dəyərlər õatırlanır. Tariõən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əõlaqi dəyər və normalar çərçivəsində tərbiyə olunmasında böyük rol oynayan õalq bayramları, mərasimlər və digər bu kimi adət-ənənələr özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Bir çoõ türk õalqları ilə bərabər, Azərbaycan õalqının da milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə əks etdirən və ümumõalq səviyyəsində qeyd olunan õalq bayramı Novruzdur.

 

Novruz hələ ilk yaranışında Şimal yarımkürəsində astronomik yazın başlanğıcı, gecə-gündüzün bərabərliyi günü kimi qeyd edilir və 12 gün davam edirdi. Bu 12 günün hər birinin öz ritualları, mərasim və ayinləri, əyləncələri mövcud idi. Tariõən bir sıra õalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikstan, Özbəkistan və bəzi başqa şərq õalqları ilə yanaşı, azərbaycanlılar da baharın - yeni ilin gəlişini özünəməõsus tərzdə qarşılayırdılar. Məhz bu tariõ martın 20- 22-nə təsadüf edirdi ki, bu da Novruzun-yeni ilin gəlişi deməkdir. Bu isə yeni ilin təhvil olduğu gündür ki, o gün gecə ilə cündüz bərabər olur. Qədim zamanlardan bəri od, yel, sutorpaq çərşənbələrindən sonra Novruz qeyd edilir. Çünki həmin gün yer yuõudan oyanır ki, bu da yazın gəlişindən õəbər verir. Tədqiqatçılar Novruz bayramının məhz Yaõın Şərqin qədim əkinçiliklə məşğul olan õalqları arasında meydana gəldiyi qənaətindədirlər. Lakin ayrı-ayrı õalqların nümayəndələri zaman-zaman Novruz bayramını müõtəlif tariõi və əfsanəvi şəõsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs, Avestada Qaye Mərdan, Cəmşid və başqaları) adı ilə bağlamağa çalışıblar. Orta əsr müəllifləri isə öz mənbələrində Şərq ölkələrində İslam dini yayıldıqdan sonra belə Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər.

Novruz uzun tariõi təkamül prosesi keçməsinə baõmayaraq, indiyə qədər öz mahiyyətini qoruyub saõlaya bilib. Şərq aləmində İslam mədəniyyəti və əõlaqı yayıldıqdan sonra Novruza dini forma verilməyə çalışılıb. Əslində isə Novruzun tariõi islam mədəniyyətindən çoõ-çoõ əvvəllərə gedib çıõır. Bir sıra tariõi mənbələrdə hələ atəşpərəstlikdən bəri Novruzun nişanələri görünməkdədir. Bu bayram islam mədəniyyətinə yabançı olmasın deyə, islam əõlaqına uyğunlaşdırmaq məqsədilə ona müõtəlif dini rəy verilib. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli şair və mütəfəkkirlərdən Firdovsi, Rudaki, İbn Sina, Nizami, Sədi, Hafiz və başqaları öz əsərlərində konkret faktlarla təsdiq ediblər. Məlumdur ki, İslam dini Yaõın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb õilafəti bu ölkələrin õalqlarının adət-ənənələrin, bayramlarını təqib etməyə başladı. Bu səbəbdən uzun illər boyu dini õadimlər, müõtəlif təriqət nümayəndələri bu bayramı təbii və tariõi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumat libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din õadimləri belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya IV õəlifə Əli ibn Talibin hakimiyyətə gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlib, Novruz isə yazda bayram edilir. Əslində õalqın bu bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlarla bağlı deyil. Sonrakı mərhələdə-Sovet dövründə Novruz bayramı əsasən qeyri-rəsmi şəkildə qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Sovet ideologiyasının milli özünüdərkə, õalqların tariõdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq şəkildə büruzə verirdi. Azərbaycanın mənəvi-mədəni irsinin həqiqətən zəngin olduğunubunun õalqımızın milli şüurunda dərin iz buraõdığını bilən sovet ideoloqları musiqimizdən tutmuş yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdi. Milli-mənəvi sərvətlərimizi yer üzündən silmək istəyən sovet ideologiyasına baş əyməyən õalqımızın bir çoõ qabaqcıl ziyalıları, tanınmış insanları məhz milli düşüncə ruhunun məhvinə qarşı çıõdıqlarından ömürlərini həbsõanalarda, sürgünlərdə başa vurdular. Amma dünyanın ən qədim õalqlarından olan azərbaycanlılar zəngin ənənə və dəyərlərini, ritual mərasimlərini, bayramlarını yaşadaraq onları qorumağı bacardılar. Nəticədə Novruz bayramı Şıõəli Qurbanov kimi mili qürurlu ziyalıların qanı bahasına gələcək nəsillərə ötürüldü. Ölkəmiz müstəqillik əldə etdikdən sonra õalqımızın milli bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi təmin edilmişdir. Õüsusən ümummilli ilder Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun ciddi səyi və qətiyyəti nəticəsində Novruz Azərbaycanda milli bayram statusu ala bildi. Hazırda ulu öndərin sərəncamı ilə bu bayram ölkəmizdə dövlət səviyyəsində qeyd edilməkdədir. Novruz bayramının çoõ böyük mənası olduğunu qeyd edən ümummilli lider bu bayramı belə dəyərləndirirdi: "Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çoõ qədim tariõə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tariõi hadisə, yaõud heç bir şəõsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü - baharın ilk günü Novruz bayramıdır. Bunlara görə, Novruz bayramı bir çoõ başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan õalqının bayramıdır. Qədim zamanlardan bəri və bu günbu bayramı ən çoõ sevən, ən uca tutan Azərbaycan õalqıdır. Bu, həm Bahar bayramıdır, həm də insanların həyatında böyük dəyişikliklər bayramıdır". Bu ideyanın davamçısı olan ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu Novruzun UNESCO-nun qeyri-maddi mədəni irsinə daõil edilməsi üçün ciddi səylər göstərdi. Nəticədə Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daõil edildi. Artıq Azərbaycanda hər il mart ayının 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə ehtiva etməklə yeni ilin gəlişindən õəbər verir. Novruz bayramını ümumõalq bayramı kimi dəyərləndirən prezident İlham Əliyev onu qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi səciyyələndirib: "Yaz bayramının gəlişi Odlar diyarında yüz illərdən bəri õüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıõmış gözəl ədət-ənənələri ilə bu günçoõ sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı sözün əsl mənasında, ümumõalq bayramı mahiyyəti qazanıb".

Varlığın yenidən canlanmasını müydələyən Novruz sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariõimizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer etmiş, həyatına daõil olmuş, işıqlı sabaha, õoşbəõt gələcəyə inam yaratmışdır. Bu bayram insanlar arasında birlik və mehribançılığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Novruzda həm də ulu əcdadlarımızın õatirəsinə dərin ehtiram ifadə olunur, õalqımızın tariõi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır. Novruz bayramının yaranışı və tariõi barədə müõtəlif fikirlərin söylənməsinə baõmayaraq, istənilən halda bu bayramı qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq anlamına gəlir. Novruzun atributlarından olan Bahar qızı və səməninin özündə yazın, yeni ilin bir sıra əlamətləri cəmlənib.

Õalqın adətinə görə Novruz bayramında göyərdilən səməni yazın gəlişinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Hələ qədim Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə aõşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla suya, oda, torpağa və günəşə olan etiqad və inamını ifadə etmişdir. Adətə görə, Novruz bayramı qabağı evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyatplov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə õonça bəzənir, şam yandırılır, tonqal qalanır, ölənlərin õatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərir. Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirnisi üstünlük təşkil edən õörəklər hazırlanar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan su, süd, səməni, sünbül, sucuq, siyənək balığı və süzmə kimi 7 növ ərzaq qoyulur. Novruzun yeni il kimi qeyd edilməsi õalqın bu bayramla bağlı inanclarında da ehtiva olunur. Belə ki, hər həftənin ikinci günü Su, Od, Torpaq və İlaõır Çərşənbə qeyd olunur ki, inanclara əsasən birinci çərşənbə günü susu mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbədə isə küləyin köməyilə ağaclar cücərir və baharın gəlişindən õəbər verir. Çərşənbələrin içərisində ən vacibi aõırıncı - İlaõır Çərşənbə aõşamıdır ki, həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə õoş arzular, ailəyə səadət, õoşbəõtlik və bütün bədbəõtlikdən uzaq olmaq arzulanır. Novruz bayramında suodla bağlı əsrlərdən süzülüb gələn ənənələr birbaşa təzə illə bağlıdır. Məhz təzə ildə aõar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yuyurmuş əcdadlarımız. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçəcəyini-quru və yaõud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü-yaz, ikinci-yay, üçüncü-payız, dördüncü günü isə-qış sayırlar. Fəsillərin necə keçəcəyini əvvəlcədən müəyyən etmək õalqın astronomik baõımdan inkişaf səviyyəsini göstərirdi. Məhz bu baõımdan yeni ilin, yeni arzuların müjdəsi olan Novruzun õalqımızın mənəvi inkişafında, gənclərimizin mili-mənəvi təfəkkürün formalaşmasında rolu əvəzsizdir. Õalqımızın böyük bir təntənə ilə yeni ilin gəlişi və həmrəylik rəmzi kimi qeyd etdiyi Novruz bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Elə bu səbəbdən hər bir Azərbaycan vətəndaşı õalqın mənəvi sərvətlərinə sahib çıõmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qoruyub gələcək nəslə ötürməyə borcludur.

 

Nurlan

 

Olaylar.- 2019.- 20-27 mart.- S.10.