İlham Əliyev: Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır

 

 

Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən, bu sahəyə dövlət xüsusi diqqət verdi. Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratikhüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikirsöz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir".

Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü: "Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".

Məlum olduğu kimi, müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsası dəyərlər fikir, söz və məlumat azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya-informasiya sistemləri, habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas vəzifələrindən biri "Kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatın və texnoloji tədbirlərin müəyyən edilməsidir".

Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziyaradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiyainformasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

İstər müxalifət, istərsə də iqtidar kütləvi informasiyaları bir amalda - dövlətçiliyi möhkəmləndirmək, milli ideologiyaya xidmət etmək, milli mənafeyi qorumaq, informasiyanı çatdırmaq məqamında birləşməlidir. Azərbaycanın azad mətbuatı təkcə informasiya vermək, ölkəyə və dünyaya həqiqətləri çatdırmaq, ictimai rəyi formalaşdırmaq və ictimai şüuru milli istiqamətdə inkişaf etdirməklə kifayətlənməməli, xalqın maariflənməsində, milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlət siyasətinin əsas mahiyyətinin xalqa çatdırılmasında, cəmiyyəti düşündürən problemlər haqqında məlumatın verilməsində, milli mənəviyyatın inkişafında da mühüm rol oynamalıdır. Ölkənin iqtisadi qüdrətinin artdığı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki dövrdə mətbuatın üzərinə daha ciddi məsuliyyət düşür. Milli təəssübkeşlik, problemlərə vətəndaş mövqeyindən yanaşma hər bir mətbuat orqanının keyfiyyət göstəricilərinə çevrilməkdədir. Ölkə Prezidenti İlham Əliyevin azad medianın inkişafı sahəsində gördüyü tədbirlər hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına da əsaslı təsirini göstərməkdədir".

Bütün azadlıq ların təmin edildiyi, demokratik ölkə imicinə malik olan Azərbay canda söz, fikir və özünüifadə azadlığı təkcə çap - klassik mət buatı əhatə etmir, ölkəmizdə inter net azadlığı da tam təmin olunub. Respublika əhalisinin 80 faizi in ternet istifadəçisidir. İnformasiya resurslarına sərbəst çıxış imkanları mövcuddur. Bir sıra hallarda Azər baycanın müstəqil siyasət həyata keçirməsindən, beynəlxalq mövqe yinin davamlı olaraq möhkəmlən məsindən ciddi narahatlıq keçirən müəyyən dairələr ölkəmizə qarşı "qara piar" kampaniyası aparırlar.

Bu məqsədlə Azərbaycanda guya insan hüquqlarının pozulduğuna, Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində. 2017-ci il may-iyun 2019 81 söz, fikir ifadəazadlığının məhdudlaşdırıldığına dair iddialar irəli sürür, respublikamızın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa çalışırlar. Amma reallıq həmin qərəzli dairələrin iddia etdikləri kimi deyil. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğur lardan biri kimi dəyərləndirilir.

Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi mKonstitusiya və digər hüquqi sənədlərlə təsdiq olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər mmüvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Son 16ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib vəmühüm nailiyyətlər əldə edilib. Bu gün Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyrihökumət təşkilatı (4min dən çox qeyri kommersiya təşkilatı), 5min dən artıq kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycanda həm demokratik, həm sosial iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiy yətimizdə islahatlar təkamül yolu ilə aparılır dərinləşir. Siyasi iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heçbir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri hökumət təşkilatları tənqid edir, hətta itti ham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdanazadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur təmin olunacaqdır".

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 12-13 mart.- S.15.