Hay kilsəsinin gözü yaşlı saxta Şuşa fəryadı

 

"Eçmiəzdin" jurnalının 1956-cı il may ayının nəşrində məlumat verilmişdir ki, bütün ermənilərin katalikosu I Vazgen Moskva şəhərində SSRİ Nazirlər Sovetinin sədri N.A.Bulqaninlə görüşmüşdür. Görüşdən əvvəl baş hay keşişi bu ünvana iki məktubla (12 may 1956-cı il tarixli -Q.Y.)) müraciət etmişdir. Birinci məktubda qeyd edilmişdir ki, Azərbaycan hüdudlarında (Qərbi Azərbaycan ərazisi nəzərdə tutulmur - Q.Y.) 500 min nəfərdən artıq erməni yaşasa da, cəmi iki kilsələri fəaliyyət göstərir, Bakı və Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərlərində.

 

Daha sonra bildirilirdi ki, Qarabağ Dağlıq Vilayətində 200 min nəfərə qədər erməni yaşadığı halda cəmi bir kilsə var, o da ucqar bir kənddə..."

 

Göründüyü kimi, dünya miqyasında irticaçı struktura malik təcavüzkar hay kilsəsi Azərbaycanın Qarabağ bölgəsində cəmi bir kilsənin olduğunu rəsmən təsdiq etmişdir, çox güman ki, baş hay keşişi indiki Kəlbəcər rayonunun inzibati-ərazi vahidliyinə aid edilənvvəllər Ağdərə rayonunun tabeliyindəki) Vəngli kəndində XIII əsrdə inşa edilən Alban məbədi kompleksini ("Gəncəsər məbədi") nəzərdə tutmuşdur. Maraq doğuran cəhət odur ki, hay kilsəsi və hay sürüsü dünyanın hansı yerinə köçünü sürərək "mıxını çalmazdan, çadırını qurmamışdan əvvəl" kilsə tikinisinə adətkərdədirsə (ərazi iddialarına don geyindirmək üçün ən etibarlı vəsilə kimi), amma... Qarabağda cəmi bir "kilsə"ləri var, o da saxta, uydurma...hansı ki, onun da ibtidai hay sürüsünün olmayan dini dünyagörüşü ilə heç bir bağlılığı yoxdur.

 

Azərbaycan hüdudlarında xristianlığaqədərki və müsəlman-türk mənşəli dini, ibadət abidələrinin öz adlarına çıxmaq istəyi hay kilsəsinin uydurma xəyalları və irticaçı əməlləri sırasında yeni deyil.

 

Minilliklər, əsrlər boyunca bu sayaq təcavüzkar əməllərini Şərqi Afrikada, Aralıq dənizi hövzəsində, Kiçik Asiya Ərəbistan yarımadasında, Hindistanda..., ən nəhayət, bütün Azərbaycanda, o cümlədən həmişə düşmən hədəfinə tuş gəlmiş Qərbi Azərbaycan və Qarabağ ərazilərində çirkin niyyətləri ilə həyata keçirə biliblər.

 

Qarabağın dağlıq bölgəsində, ona bitişik məkanlarda yayılmış, yaşı minilliklərlə, yüzilliklərlə ölçülən müsəlman-türk dünyasının dini-ibadət, ziyarət ocaqlarının, əski qəbirstanlıqlarının saxta hay "dini" təlimi ilə heç bir əlaqəsinin olmadığı bir sıra amillərlə bağlıdır. İlk növbədə həmin maddi-irs abidələrinin etnik-morfoloji mənşəyi və sakral-mənəvi təlimlərin təşəkkül tapması, formalaşması mərhələləri ilə. Bu müqəddəs ibadət ocaqlarının, dini-təlim mərkəzlərinin, onların yerləşdiyi coğrafi məkanların adları (teotoponimləri) da sırf əski müsəlman-türk adlarını ifadə edir və saysız-hesabsız qədərdir.

 

Dağlıq Qarabağ bölgəsinin Kirs dağı ətəklərinə bitişik Laçın nahiyəsinin Müsəlmanlar kəndinin adı, yaranma məşəyi (etno-morfoloji əsası),toponimik strukturu əski Alban dini-ibadət təriqətinin müsəlmanlıqla bağlılığını ifadə edir.

 

1749-1751-cı illərdə Qarabağ xanı Pənahəli İbrahimxəlil ağa Saracalı-Cavanşir (1693-1758) Şuşa qalasının tikinisini aparanda Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə ilk növbədə həm də daşdan və əhəngdən məscid inşa etdirmişdir. Bu yerlər yaylaq yeri olduğundan və tərəkəmə elatının istifadəsində olduğundan Pənahəli xan halallıqla bu yerləri qızıl pulla almışdır. Həmin yerlərdə Qala tikintisində Vərəndə məliyi Şahnəzər öz yardımı üçün Xandan icazə istəyir, acizanə halda xahiş edir. Sonralar Azərbaycan dövlətçiliyi üçün təhlükə ocağına çevrilmiş bu nəsilin əcdadları 1820-ci illərdə Cənubi Azərbaycandan köçürüləndə əvvəlcə Qərbi Azərbaycanın Çuxur-Səəd bəylərbəyliyinin idarəçiliyində olan Göyçə mahalında, İstisu hövzəsində yerləşmiş, 1840-cı illərdə isə Qarabağın dağlıq hissəsinə köçmüşlər.

 

Şahbulağı ərazisində Qala tikintisi başa çatdıqdan sonra Şuşa şəhərinin bir məhəlləsində ailəsi, qohum-əqrəbası ilə məskunlaşmağına Xandan icazə istəyir məlik Şahnəzər. Ürəyi yumşaq və uzağıgörməyən Xan ona Şuşa şəhərinin qədim Alban məbədinin səkkizguşəli bünövrəsi duran yerin ətrafındakı məhəllədə bir neçə özünəoxşar hay ailəsi ilə binə qurmasına razılıq verir. Aradan bir müddət keçdikdən sonra hay keşişləri həmin məbədin bünövrəsi üzərində tikili ucaldaraq hay kilsəsi kimi istifadə etməyə başlamışlar.

 

İllər keçdikcə Şuşa şəhəri və onun ətraf kəndlərində tədricən, asta-asta yığnaq edən hay sürüsü eyni zamanda Qarabağ bölgəsinin yer-yurd adlarında, maddi-tarixi irs nümunələrində, müqəddəs ziyarət ocaqlarında, mədəni tikililərində... "hay imzasını" yerləşdirməyi yaddan çıxarmamışlar.

 

Təbii ki, hay kilsəsi olaraq bu üsuldan elə istifadə edilmişdir ki, heç "ruhumuz da inciməmişdir".

 

... 1950-ci illərdə Xankəndi şəhərindən 500-600 m aralı yerləşən, İbrahimxəlil Pənahəli xan oğlunun (1732-1806) Qaraqar çayının sahilində saldırdığı məşhur "Xan bağı"nın ərazisi (10 hektara qədər sahə) şəhər hay rəhbərliyinin məkrli niyyəti ilə dağıdıldıqda, bu maddi-tarixi yerdə inşa edilən müxtəlif təyinatlı tikililərdən biri də dəmirçi emalatxanası idi, orda hay ustaları işləyirdi. Və hazırladıqları bütün əmək alətlərində (dəryaz, oraq, balta, kotan, dəhrə...) adlarını yazmağı, hay naxışını vurmağı da unutmurdular.

 

Şuşa nahiyəsində müsəlman-türk mədəniyyətini özündə minilliklər ərzində yaşadan qutsal-duyğusal, sakral-dini ziyarət ocaqları, qədim Alban məbədləri və insan yaşayış məskənləri... digər yaşayış məntəqələrində (Zamanpəyəsi, Kosalar, Mirzələr, Xəlifəli, Sarıbaba, İmamqulular, Ağbulaq, Paşalar...) olduğu kimi, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Ucan, Meşəli kəndlərində az olmamışdır.

 

Nahiyənin Malıbəyli kəndindən şimala 4-5 km aralıda yerləşən "Palıdlı meşəsi"nin qırağında yaşı minildən çox olan "Oğuz qəbri" əski oğuz-türk maddi mədəniyyətinin nümunəsi idi. Qəbir daşlarının uzunluğu 2 metrə çatırdı, yerə basdırılmış iki yan daşlarının arası boş torpaq sahəsi ilə örtülmüşdü.

 

Qarabağın məşhur memarı və mühəndisi Kərbəlayi Səfixan Qarabağinin (1817-1910) tərəfindən öz layihəsi əsasında Malıbəyli kəndinin mərkəzində 1860-cı ildə inşa edilmiş Cümə məscidi 4 sütunluqoşa minarəli idi. Məscidin giriş qapısının üstündəki daş lövhədə ərəb əlifbası ilə abidənin müəllifinin adı və inşa tarixi yazılmışdı.

 

Kəndin ərazisində kol-kosla örtülü qədim Alban məbədinin yeri də 1990-cı illərədək qalırdı.

 

Yuxarı Quşçular kəndinin şərqindəki açıq sahə olan "Uzun tala" qədim insan ocağının cənub-şərqindəki "Sığnaq yeri" bir neçə yeraltı otaq-mağara halındaydı, 1985-1986-cı illərdə oradan mis bəzək əşyaları, rəngli qolbaqlar, gümüş kəmər hissələri, əski sikkələr... tapılırdı.

 

Aşağı Quşçular kəndindən 2 km, Malıbəyli kəndindən 4 km aralı olan "Gədik dağı"nın ətəyində yerli xalqların qutsal-sakral inanclarından doğan teotoponimlərdən biri yaranmışdı - əski Pirməki kəndi. Bu kənd Malıbəyli-Abdal yolu üstündə yerləşib, onun qədim yurd yerlərində 1960-cı illərdə Əsgəran rayonunun haylar yaşayan Şuşikənd təsərrüfatı üzüm bağları salmışdı.

 

Meşəli kəndinin cənub hissəsində Alban məbədi (içində 3 qəbir) və ətrafında qədim qəbir daşları var idi. Baş daşlarının boyu 1,2-1,5 m olardı, üzərində səkkizguşəli naxışlar, döyüşçü rəsmləri, saz, zindan-çəkic təsviri, üzüm yarpağı və nar şəkili həkk olunmuşdu.

 

Məbəd dairəvi idi, daş tağlı və hündürlüyü 7-8 metr olardı. 1980-ci illərdə daşnaklar məbədin içərisindəki qəbir daşlarının birini oğurlayıb İrəvan şəhərinə aparmışdılar...

 

(Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəyli kənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957) və Yuxarı Quşçular kənd sakini Allahverdi Balakişi oğlu Balakişiyevin (1953) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət Yunusoğlu,

 

Bakı Dövlət Universietinin müəllimi (050.372.60.08.)

 

Olaylar.- 2020.- 14-15 may.- S.12.