Azərbaycanın intibahında tərəqqisində Mehriban xanım Əliyevanın xüsusi rolu var

 

 

Dünyada, eyni zamanda həm populyar ictimai persona, həm də nüfuzlu siyasətçi kimi tanınan, fəaliyyəti ölkəsi daxilində və dünya miqyasında böyük rəğbətlə qarşılanan şəxsiyyətlərin sayı çox deyil. Çünki yalnız fəaliyyəti öz ölkəsinin coğrafi sərhədləri ilə məhdudlaşmayan, qlobal məzmun kəsb edən, həm milli maraqlara, həm ümumbəşəri dəyərlərə əsaslanan ictimai-siyasi xadimlər belə müsbət imicə reputasiyaya sahib olur, tarixin yaddaşına əbədi həkk olunan izləri silinməyəcək parlaq nümunə yaradırlar. Eynilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva kimi.

 

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqa xidmət, millli ümumbəşəri dəyərlərə hörmət nümunəsi olmaqla humanizm vətənpərvərlik prinsiplərinə əsaslanır

 

Mehriban xanım Əliyevanın adı xeyriyyəçilik, humanizm, qayğıkeşlik, vətənpərvərlik kimi anlayışlarla assosiasiya olunur. Bu, təsadüfi deyil. Çünki onun fəaliyyəti məzmun etibarilə rəngarəng zəngin, miqyasına istiqamətinə görə çoxşaxəlidir. Azərbaycanın Birinci xanımının gördüyü işlər, ilk növbədə, xalqın rifahına, dövlətin inkişafına xidmət edir. Mehriban xanım Əliyeva bu zamana qədər müxtəlif vəzifə statuslarda öz üzərinə düşənləri layiqincə yerinə yetirərək, strateji hədəflərin gerçəkləşdirilməsinə, milli birliyin gücləndirilməsinə, Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə müstəsna töhfələr verib. O, Heydər Əliyev Fondunun prezidenti, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri kimi məqsədyönlü, faydalı səmərəli fəaliyyəti ilə həm ölkəmizdə, həm beynəlxalq müstəvidə böyük nüfuz qazanıb, ona olan inam etimadı yüksək səviyyədə doğruldub. Başqa sözlə, Mehriban xanım Əliyeva nümunəvi fəaliyyəti ilə Vətənə sonsuz sədaqət, xalqa şərəfli xidmət, milli ümumbəşəri dəyərlərə hörmət nümunəsi yaradıb. Təsadüfi deyil ki, onun milli məzmun qlobal əhəmiyyət daşıyan şəxsi nümunəsi dünyanın nüfuzlu ekspertləri, ictimai-siyasi xadimləri, elm adamları tərəfindən gələcək nəsillər üçün mühüm tarixi miras kimi səciyyələndirilir. Bu, sözün əsl mənasında, azərbaycanlı milli kimliyinin mütərəqqi nümunəsi kimi qlobal məzmunda özünütəsdiqidir.

 

Xalqın sonsuz sevgisini qazanan Mehriban xanım Əliyeva inam etimadı ən yüksək səviyyədə doğruldub

 

Azərbaycan dövlətinin inkişafında, möhtəşəm nailiyyətlər qazanaraq tarixin XXI əsr səhifəsinə öz adını qüdrətli qalib dövlət kimi yazdıran ölkəmizin milli tərəqqisində Mehriban xanım Əliyevanın xüsusi rolu var. O, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar iqtisadi siyasətin həyata keçirilməsində müstəsna rol oynayır. Ölkə əhalisinin bərabər, əlçatan keyfiyyətli təhsillə təmin olunması, insanların sağlamlığının qorunması, həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən digər xəstəliklərdən əziyyət çəkən şəxslər s.) problemlərinin həlli, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, respublikamızda ekoloji problemlərin həllinə dəstək göstərilməsi digər istiqamətlərdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox mühüm işlər görülüb uğurlu nəticələr əldə olunub. Eyni zamanda, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələrinin, tarixi ənənələrimizin öyrənilməsi, mədəni irs nümunəsi kimi qorunması dünyada təbliği ilə əlaqədar atılan addımlar böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın maddi qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilib, UNESCO ISESCO platformalarından səmərəli istifadə olunub, Azərbaycan xalqının mədəni abidələri dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb.

 

Bunlarla yanaşı, 30 ilə yaxın davam edən işğal dövründə, Vətən müharibəsi zamanı postkonflikt mərhələsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər, erməni yalanlarının ifşası, ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması, Azərbaycanın beynəlxalq müstəvidə haqlı ədalətli mövqeyinin gücləndirilməsi baxımından, xüsusi önəm kəsb edir. Hazırda Mehriban xanım Əliyevanın irəli sürdüyü bir sıra təşəbbüslər Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin qlobal miqyasda informasiya diplomatiya platformasında möhkəmləndirilməsinə, milli birliyin gücləndirilməsinə mühüm töhfədir. İşğaldan azad olunmuş torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi bu kontekstdə ayrıca vurğulanmalıdır. Eyni zamanda, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada sivilizasiyalararası dialoq, multikulturalizm tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır.

 

Mehriban xanım Əliyevanın yaratdığı güclü qadın qayğıkeş ana obrazı həm indiki, həm gələcək nəsillər üçün parlaq nümunədir

 

Mehriban xanım Əliyevanın ictimai-siyasi portretinin çox mühüm cizgilərindən biri onun Azərbaycan qadınının dünya miqyasında müsbət obrazının gücləndirilməsi ilə əlaqədar tarixi xidmətləri ilə bağlıdır. Azərbaycanın Birinci xanımı milli tariximizdə qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına, həyatın müxtəlif sahələrində onların fəallığının yüksəlməsinə xüsusi impuls böyük rəvac verib. O, ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət platformasını əhatə edir. Mehriban xanım Əliyevanın timsalında həm qayğıkeş ana obrazı görürük. Xüsusilə, onun kimsəsiz, xüsusi diqqətə ehtiyacı olan uşaqlara, qəhrəman şəhidlərimizin övladlarına böyük qayğı göstərməsi, ana nəvazişi ilə yanaşması bunun bariz nümunələrindəndir.

 

Bir sözlə, Mehriban xanım Əliyevanın yaratdığı güclü qadın qayğıkeş ana obrazı həm indiki, həm gələcək nəsillər üçün xüsusi nümunədir.

 

Mehriban xanım Əliyevanın qlobal məzmunlu fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

 

Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü, müasir qlobal çağırışlara adekvat cavab verən fəaliyyəti həm beynəlmiləl xarakter daşıyır. Onun UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri kimi dünya əhalisinin sağlamlıq təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərməsi, dünyanın maddi, qeyri-maddi irsinin bərpası onun gələcək nəsillərə çatdırılması missiyasını yerinə yetirməsi, dinlər mədəniyyətlərarası dialoq mühitinin yaradılması ilə bağlı mühüm təşəbbüslər irəli sürməsi xalqlararsı əməkdaşlığın, qlobal həmrəyliyin gücləndirilməsi, sivilizasiyalar arasında inteqrasiyanın sürətləndirilməsi dünyada sülhün, mehriban birgəyaşayışın təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva belə ümumbəşəri xarakterli fəaliyyətinə görə bu zamana qədər çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Bu, onun fəaliyyətinin əhəmiyyətinə aktuallığına qlobal miqyasda yüksək önəm dəyər verilməsinin bariz nümunəsidir.

 

Nəticə etibarilə, Mehriban xanım Əliyeva ülvi amallara məqsədlərə söykənən nümunəvi fəaliyyəti ilə tarixiliklə müasirliyin vəhdətini yaradır, bugünkü gələcək nəsillər arasında mənəvi körpülər inşa edir. Onun Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi çoxəsərlik dövlətçilik tariximizin zənginləşməsinə, ölkəmizin milli qüdrətinin artmasına verdiyi töhfələr isə Azərbaycanın qarşısında yeni perspektivlər açır.

 

Alim

Olaylar.- 2021.- 27 avqust.- 2 sentyabr.-S.4.