Qərbi Azərbaycanın sakral coğrafiyasının səhifələri - Zəngibasar hövzəsinin maddi və mənəvi, dini-irfani irsi

 

(XVI məqalə)

 

Göyçə gölündən başlayaraq Araz şayına qovuşanadək Zəngi çayı hövzəsi boyunca (141 km-lik məsafədə) əski antik dövrü (e.ə.II-I minilliklər), qədim Alban mədəniyyəti və İslam dini dünyagörüşünü əks etdirən maddi-mənəvi irs abidələri geniş yayılmış, sonrakı mərhələdə düni-irfani özgürlüyün qorunub-saxlanılması istiqamətində yeni İntibah dövrünün (XIV-XIX əsrlər) təşəkkülü və yüksəlişi üçün maddi-mənəvi zəmin olmuşdur.

 

Qərbi Azərbaycanın Arazboyu vadisinədək, Ağrı (5137 m) və Alagöz (4090 m) dağları hüdudlarını tutan, Zəngi çayının hövzəsini (Ağrı vadisiya Arazdöyən düzənliyi daxil olmaqla) əhatə edən Zəngibasar mahalı (təqribən 4,5-5 min kv.km sahə) əski Alban-türk-müsəlman məskənlərinin təbii-coğrafi zənginliyi, türkdilli xalqların sıx məskunlaşması, onların maddi-mənəvi irs nümunələrinin paylanması baxımından digər bölgələrdən fərqlənir. Xüsusilə, regionda şərq-qərb istiqamətindən keçən beynəlxalq əhəmiyyətli "İpək yolu" minilliklər boyunca yadellilərin (yunanların, romalıların, farsların, rusların...) hədəfində olduğundan ərazidəki həm də İslam-Şərq memarlığı üslubunda inşa edilən çoxsaylı sakral-ruhani abidələrin (Göykümbəz kəndində "Göy məscid", Cəfərabad kəndində "Pir Hüseyn xanəgahı", Qara Həmzəli kəndində Alban məbədləri), ziyarət ocaqlarının, qədim məzarlıqların (İrəvan şəhərində "Toxmağan qəbirstanlığı"), mühüm tarixi hadisələri özündə yaşadan yaşayış məntəqələrinin ("Karvansaray", haylar adını dəyişib "İcevan"qoyub), maddi-irs nümunələrinin (İrəvan şəhərində Xan sarayı, Zəngi çayı üzərində Xan körpüsü) xeyli hissəsinin (dərəcədə) dağıdılması, bilərkdən sıradan çıxarılması (1948-1950-ci illərdə Zəngibasarda 10-a yaxın kənd tamam boşaldıldı), qarət edilməsi, sonda yadlaşdırılması ilə nəticələnmişdir.

 

Dinsiz-imansız, mürtəce-terrorçu hay kilsəsi tərəfindən sürülən ibtidai insan-hay sürüsü hərəkət etdiyi yollar (ərazilər) boyunca kökənli xalqlara məxus dini-irfani, sakral-tarixi abidələrin (xristianlığa qədərki və Alban-İslam mədəniyyəti nümunələrindən olan məbədlər, karvansaraylar, məscidlər, ibadət-ziyarət ocaqları, mədrəsələr, qəbirstanlıqlar, qəbirüstü sənduqələr, totem təsvirli baş daşları...) dağıdılması, məhv və talan edilməsi həm də ona görə aparılmışdır ki, özlərinin uydurmasaxta "tarixləri"nin ifşasına tarixi-maddi əsas olmasın, qondarma-olmayan dinlərinin təbliğinə geniş meydan açılsın. Bu cür mürtəce olaylar Bütöv Azərbaycanın hər yerində olduğu kimi Qərbi Azərbaycanda, eləcə də Zəngibasar mahalında da yüzilliklər boyunca baş vermişdir.

 

Hay kilsəsi Qərbi Azərbaycanda əski-tarixi Türk-İslam mədəniyyətinin izlərini saxtalaşdırmaq, ünvanını yayındırmaq məqsədi ilə 1960-1970-ci illərdə "türkman" adından, adı çəkilən tarixi-maddi abidələrin yaranmasında Türkmənistan SSR-nin yerli əhalisinin heç bir elmi-nəzərə əsaslanmadan rolunu qabardırdılar, hətta 1961-ci ildə oradan xüsusi ekspedisiya da dəvət etmişdilər. Gələnlər Zəngibasar mahalında dini-maddi abidələrlə, qəbirüstü daş təsvirlərlə, miniatür təsvirli sənduqələrlə, məscid və Alban abidələrinin memarlıq-arxitektura üslubu ilə, eriqrafik daş lövhələrlə tanış oldular, yerli ziyalılar-din xadimləri ilə fikir mübadiləsi apararaq bildirdilər ki, bu tarixi-mənəvi irs Türk mənşəli, İslam təriqəti ilə ("baxmayaraq ki, bizetnik-dini baxımdan eyni kökdənik") ilə sıx bağlıdır, amma Türkmənistan dövlətinin və xalqının tarixinə aid deyil.

 

Bu hadisədən sonra hay kilsəsi və hay sürüsü bu abidələrin "fars" mənşəli olduğu barədə növbəti saxta iddiaları dövriyyəyə buraxmağa başladılar və bu uydurmalar indiyədək davam etdirilməkdədir.

 

Ümumiyyətlə, hay kilsəsi nəinki Qərbi Azərbaycanın, eləcə də Bütöv Azərbaycanın dini-sakral mədəniyyətinin "farslaşdırılması" istiqamətində davamlı beynəlxalq-mürtəce əməlindən heç vaxt əl çəkmir. Bu hala son nümunə kimi İrəvan şəhərində Qacarlar sülaləsindən olan Irəvan xanı Hüseynəli xan Ziyadoğlu (1810-1883) tərəfindən 1764-1768-ci illərdə inşa etdirilmiş Göy məscidlə (minarəsinin hündürlüyü 25 m, sahəsi 7000 kv.m) və XVIII-XIX əsrlərdə Şuşa şəhərində Mir Möhsün Nəvvabın (1833-1918) layihəsi əsasında memar Kərbəlayı Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa edilmiş Yuxarı Gövhər Ağa məscidi ilə bağlı hayların həyasız təbliğatını göstərmək olar.

 

Qərbi Azərbaycanın Zəngibasar hövzəsinin bütün yaşayış məntəqələri (36 müsəlman-türk kəndi) Alban-türk etno-morfogenezisinə aid dini-irfani, maddi-sakraltarixi nümunələrlə zəngin olduğundan hay kilsəsinin və hay sürüsünün həmişə hədəfinə tuş gəlmişdir. Belə ki, Cəfərabad kəndində (300 evli) 1413-cü (hicri 816-cı) ildə Əmir Səid və Pir Hüseyn tərəfindən inşa edilmiş "Pir Hüseyn xanəgahı"nı (ətrafındakı at, dəvə, qoç, buğa təsfirli əski qəbir daşları ilə birlikdə) XIX əsrin sonu, XX əsrin əvvəllərində haylar dağıtmış, artıq 1950-ci ilədək tamamilə yox etmiş, yalnız göy kaşı naxışlı, yarı uçurulmuş bir divarı qalırdı, əsrin sonlarınadək.

 

"Pir Hüseyn xanəgahı"ilə bağlı məşhur epiqrafçı-tarixçi alim, şərqşünas M.S.Nemətova (1924-2016) tədqiqat aparmış, Moskva şəhərində çıxan "İrs" jurnalında isə məqalə dərc edilmişdir.

 

Məbəd kəndin kənarındakı (50 m aralıda) yolun yanında idi, bu yol təqribən 10 kənddən keşərək Uluxanlı (haylar indi Masis adlandırır) şəhərinə gedib çatırdı.

 

1879-cu ilin Qafqaz Statistika Komitəsinin məlumatına görə Uluxanlı kəndində 2568 nəfər əhali yaşayıb, 1912-ci ildə 3232 nəfər, hamısı müsəlman-türk mənşəli və kənddə 3 məscid olub, kənd qəbirstanlığında Mir Möhsün Ağanın soyundan olmuş kəramət sahibinin qəbri üzərində kümbəz-məqbərə inşa edilmişdir. Amma... Uluxanlı şəhərində əsası 1991-ci ildə qoyulmuş, 2005-ci ildə tikintisi başa çatdırılmış Müqəddəs Faddey kilsəsi 2015-ci ilin oktyabr ayında yenidən qurulub ("Qrand Holdinq" şirkətinin başçısı Qrant Vardanyanın maliyyə vəsaiti ilə, törəmələri MikaelKaren işi başa çatdırıblar), hay keşişi II Qaregin mərasimdə çıxış etmişdir.

 

1936-1937-ci llərdə Zəngi çayının (bu çay Zəhmət kəndinədək gur, selli axırdı, sonra "lallaşırdı", sakit idi) yatağında baş verən güclü zəlzələ nəticəsində kəndin qərbində və mərkəzində yaşı 200 ildən çox olan məscidlər ciddi halda zədələnmiş, biri isə salamat qalmışdır. Sonra onlardan biri bərpa edildi (ölçüsü 18 m x 25 m, hündürlüyü 5 m, gümbəzli, qırmızı tufdan tikilmişdi), 1988-ci ilədək fəaliyyət göstərirdi.

 

Çayın sel suları kənardakı qədim qəbirstanlıqda mərtəbəli qəbirlərin bir hissəsi yuyulub aparmışdı (3-5 m dərinlikdə aydın görünürdü), bu hissə sakinlərdən Əhəd İsa oğlunun, Seyid Həsən Ələkbərovun evlərinə yaxın idi.

 

Kənd qəbirstanlığında Mir Qafar ocağı (ilanlar oylağı) ziyarətgah kimi mühafizə edilirdi.

 

1970-ci illərin əvvəllərində kənd sakini Salman Həşim oğlu (1925-1985) bu ocağı bərpa-təmir etmək istəyir, hay sürücüsündən bir maşın qum alanada, xərcində güzəşt etməyi xahiş edir. Hay razı olmur, dediyi qiymətə satır. Axşam evdə onu bərk ağrı tutur, dəşhətli sancıdan səhərədək qıvrılaraq qalır, anası soruşur ki, bu gün başına nə gəlib?

 

O, Salman Həşim oğlu ilə arasında olan söhbəti anasına deyir. Arvad məsələni başa düşür, ona səhərisi təcili bir qoyun almağı, kəndə aparmağı, ziyarətgah ocaqda kəsdirməyi tapşırır. Hay elə də edir, hətta 20 göyərçin də alıb ocağın üstünə buraxır. Deyilənə görə, göyərçinlər heç vaxt ocağı tərk etməmiş, başqa yerə uçmamışlar.

 

İslam dini mərasimlərində Arbat kəndinin hay ailələri (əsasən Suriyadan köçənlər, bu kənddə 12-13 ailə azərbaycanlı idi) də Zəhmət kənd məscidində ziyafət məclisləri təşkil edirdilər, qurban kəsdirirdilər, niyyətləri üçün dualar edirdilər.

 

Kənd mədrəsəsi yaradaraq dini-irfani təlimləri keçən, Şərq dillərini mükəmməl bilən və tədris edən Mustafa Hacı Axund oğlu 1937-ci ildə Qazaxıstana sürgün edildi (onun şagirdləri Tiflis şəhərindəki Qafqaz Universitetinin məzunları olub), bir çoxları təqiblərdən qurtulmaq üçün Türkiyə və Cənubi Azərbaycana mühacirətə getdi. O biri məscidin (1 km cənub-şərqə, Qarıqışlaq kəndinə tərəf olan) dağılmış divarları qalırdı, Hacıellərli kəndindən köçüb gəlmiş Məhəmmədəli Molla Hüseyn oğlunun evindən 50 m məsafədə.

 

Zəlzələdən sonra kənd 500 m aralı, quzeyə tərəf çəkildi, əski yerdə köhnə məscidin qalıqları, yurd yerləri qalırdı.

 

Zəhmət kəndinin din xadimlərindən Molla Hüseyn (1895-1985) 1947-cildə Gəncə şəhərində İmamzadə camesinin baş axundu olmuş, sonra Naxçıvan şəhərinə köçərək orda da 23 il ali-dini vəzifə daşımışdır, ondan əvvəl bu pillədə irəvanlı Hacı İbrahimxəlil olmuşdur.

 

Cəfərabad kəndindən (İrəvan-Üçmüəzzin yolunun solununda) 1 km, Zəhmət kəndindən 3 km məsafədə olan, İrəvan şəhərinə yaxın Göy Gümbəz kəndinin (500 ev olardı, əksəri haylar idi, məşhur Topçubaşovlar nəslinin nümayəndələrinin dədə, ulu baba ocağı-məşhur cərrah, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Tibb EA-nın akademiki, Bolqarıstan EA-nın müxbir üzvü M.A.Topçubaşov (1895-1981) burada doğulub, bu kəndi ana babası, İrəvan bəyi qızı - Fatimə xanıma cehiz veribmiş, çox təəssüf ki, kəndin adı səhvən Göykümbət, Göyküm deyilir) adı burada tikilən və göy məqbərəsinin, binanın üst hissəsinə vurulan göy kəmərin uzaqdan aydın şəkildə görünməsini ifadə edir.

 

Cəfərabad kəndindən çıxan yolun üstündə salınmış, yaşı min ildən artıq olan qəbirstanlıqda at, qoç, dəvə, buğa təsvirli baş daşları, naxışlı sənduqələr daha çox idi. Bu cür qəbir daşlarına Reyhanlı, Göykümbəz, Zəhmət...kənd qəbirstanlıqlarında rast gəlinirdi.

 

İrəvan şəhərinin cənub hissəsində, 150-200 m məsafədə, Zəngi çayı üzərində Xan körpüsü XVIII əsr yadigarı idi (çay daşlarından idi, eni 8 m, uzunluğu 20 m-ə qədər, hündürlüyü 10 m), amma 1980-ci illərin əvvəllərində haylar onu söküb dağıtdılar. Daha sonra, çayın sağ sahilində XIX əsrin ortalarında qurulan su dəyirmanını (Köhnə İrəvan-Qala yaxınlığında, 2 km aralıda idi) 1960-cı illərdə uçurtdular, yox etdilər. Bu dəyirmanı Zəhmət kənd sakini Ramazan Abbas oğlu icarə qaydasında işlədirdi.

 

Zəhmət kəndinin qədim tayfalarından olan "Dərvişlər məhəlləsi" soy-şəcərə baxımından dini-irfani dünyagörüşünün, sufiliyin daşıyıcıları, davamçıları olub. Onlardan Hacı AxundMolla Mustafa qardaşları dini mərasimlərin keçirilməsində yaxından iştirak edir və aparıcısı olurdular. 1918-ci il hayların törətdiyi qırğınlar zamanı onlar da amansızcasına qətlə yetirilmişlər.

 

İrəvan şəhərinə tərəf Zəhmət kəndindən 9-10 km aralıda Məscidli kəndinin adını dəyişib Çingizabad qoydular, 1970-ci illərdə...

 

Zəngibasar bölgəsinin dini-irfani zənginliyi qonşu Vedibasar-Dərələyəz və Şərur-Çuxur böğlgələrinin irfani-sakral mədəniyyətinin təşəkkülünə və düni dünyagörüşünün yayılmasına böyük təsir göstərmişdir.

 

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Uluxanlı nahiyəsinin Haçaparaq (Zəhmət) kəndinin sakinləri Əli Allahverdi oğlu Rzayevin (1947), Abbas Qurban oğlunun (1954) və nahiyə mərkəzindən olan Kərəm İsmayıl oğlu İsmayılovun (1949) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət Yunusoğlu,

 

Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

 

Olaylar.- 2021.- 19-25 fevral.- S.20.