Cahangir Hüseynov: “Qarabağ Azərbaycanın

milli düşüncəsinin nüvəsidir”

 

Hər il müstəqilliiyin bərpası günü ərəfəsində bir mövzu, 90-cı illərin əvvəllərində parlamentdə səsvermə zamanı hansı deputatların müstəqillik əleyhinə səs verdiyi müzakirə predmetinə çevrilir. Bəsən isə bir sıra KİV-lərdə müstəqllik əleyhinə səs vermiş deputatlar barədə yalnış informasiyalar dərc edilir, Hətta həmin vaxt deputat fəaliyyəti ilə məşğul olmayan şəxslərin də qərəzli olaraq müstəqillik əleyhinə səs verdiyi iddia olunur. Elə sabiq millət vəkili, yazıçı-publisist Cahangir Hüseynov da məhz bir sıra KİV-lərdə barəsində yalnış informasiya yayılan siyasilərdəndir.  "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov 30 il əvvəl cərəyan edən proseslərə bir daha nəzər salaraq onun adının müstəqillik əleyhinə səs verən deputatlar sırasına daxil edilməsinin yalnış olduğunu dilə gətirib. Müsahibimiz günümüzdə baş verən proseslər, şanlı Zəfər tariximiz, eləcə də bu günlərdə işıq üzü görən yeni kitabı barədə də danışıb.

-Cahangir müəllim, hər il müstəqillik günü ərəfəsində həmin dövrdə müstəqillik əleyhinə səs vermiş deputatların adı hallanır, yazılı və elektron KİV-lərdə onların adları dərc edilir.  Siz həmin dövrü, o ərəfədə cərəyan edən prosesləri necə xarakterizə edərdiniz?

-Əlbəttə ki, bu mövzu ətrafında çox danışmaq olar. 80-ci illərin sonunda ölkədə gedən aşkarlıq, yenidənqurmadan sonra böyük təlatümlər yaşandı. Almatı şəhərində,  Pribartika respublikalarında, Gürcüstanda bir sıra münaqişələr ortaya çıxdı. Şərqi Avropada  Varşara müqaviləsi dağıldı.  Almaniya birləşərək vahid Almanya dövləti yarandı. Bütün bunlardan bəhrələnərək 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətində separatçılıq ideyaları ortaya atıldı.  Tezliklə buna qarşı Azərbaycanda "Meydan" hərakatı başlandı. Ölkəni bürüyən iqtisadi böhran baş alıb gedirdi. Demək olar ki, SSRİ deyilən ittifaq mövcudluğunu itirmək üzrəydi.  Belə bir şəraitdə Rusiya? UkraynaBelarusla birlik sazişi bağladı.və həmin saziş tarixə Belovejski sazişi kimi düşdü.

Azərbaycan da həmin ərəfədə çətin durumlar dövründəydi.  SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da, Azərbaycan Xalq Cəbhəsi Hərakatı başlamışdı. Müstəqillik uğrunda Milli Respublikalarda kommunist rejimə qarşı xalqın deyə bilmədiklərini Milli Azadlıq Hərakəti "AXC" nümayəndələri səsləndirirdilər. Dağlıq Qarabağda isə erməni separatçılar, Dağlıq Qarabağın Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-yə birləşməsi barədə Xalq Deputatları Sovetinin qərarlarını çıxarmışdılar. Bu dövrdə  çox kəskin proseslər başlamışdır, 1990-ccı ilin oktyabr ayında Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. Həmin seçkilər əvvəlki seçkilərdən fərqli olaraq nisbətən azad, demokratik ruhda baş tutdu. O dövrdə Ali Sovetə konstitusiyaya uyğun olaraq 450 dairə üzrə, 450  deputat seçilməli idi. Bəzi darələr yetərsay olmadığına görə əlavə seçkilər keçirilirdi. 1991-ci ilin mart ayında Ali Sovetin sessiyası çağırıldı. Həmin sessiyada Moskvadan gəlmiş tapşırıq əsasında SSRİ-nin qalıb-qalmayacağı barədə referendum keçırilməsi təklif olunurdu. Sessiyada referendumun keçirilməsi barəsində qərar qəbul olundu. Səsvermə zamanı səhv edmirəmsə 450 deputatdan 43-ü SSRİ-nin saxlanmasının əleyhinə, 254 nəfər isə lehinə səs verdi. 6 nəfər bitərəf qaldı,  47 deputat isə səsvermədə iştırak etmədi.

Əlbəttə, həmin dövrdə SSRİ-nin saxlanmasının əleyhinə səs verən deputatlar, bu gün özlərini istiqlalçı deputatlar adlandırırlar və mən də bununla tamamilə razıyam, Lakin, mən bir hüquqşunas, tarixi araşdırmaçı kimi demək istəyirəm ki, həmin dövrdə olan deputatların əksəryyəti Azərbaycanın müstəqil olmasının əleyhinə deyildilər. Sadəcə o vaxtkı məkan və şəraıt buna tam uyğun deyildi. Həmin vaxt Heydər Əliyevin Ali Məclisin sədri olduğu Naxçıvan Muxtar Respublikasında sözügedən referendum keçirilmədi.

SSRİ deyilən bir məkənda artıq hakimiyyətsizlik baş alıb gedirdi. Yenidənqurma,  aşkarlıq nəticəsində  70 il qanla, zor gücünə qurulmuşittifaq adı ilə 15 respublikanın birliyini təmin edən qurum süquta uğrayırdı. Belə bir vaxtda SSRİ-nin vitse-prezidenti Yanayevbir sıra Siyasi Büronun üzvləri 1991-ci ildə Avqust çevriliişi edmək istədilər. Lakin, həmin vaxt Moskva şəhərində qiyama qarşı yüz minlərlə insan etiraz olaraq, SSRİ Ali Ssovetinin binası qarşısına toplaşdılar. Tezliklə qıyamçılar həbs olundularYeltsinin başçılığı ilə Rusiya dövləti SSR-dən ayrılaraq öz müstəqilliyini elan edi. Onun ardıca ittifaq respublikaları da SSRİ-nin tərkibindən çıxaraq öz müstəqilliklərini elan etdilər. Azərbaycan Respublikası 18 Oktyabr tarixində  öz müstəqilliyini Ali Sovetdə bəyan edi. Sessiyada iştirak edən bütün deputatlar bunun lehinə səs verdilər. Tezliklə dekabr ayında SSRİ deyilən ittifaq öz süqutunu elan edi.

-Maraqlıdır ki, bəzi KİV-lərdə Sizin də adınız müstəqillik əleyhinə çıxan deputatlar sırasında qeyd olunur.

-Hesab edirəm ki, bu cür yanaşmadoğru olmayan informasiyanın dərc olunması, onun cəmiyyətə ötürülməsi həmin dövrdə baş verənləri, yaxın tariximizi kifayət qədər bilməməkdən irəli gəlir.  Mən həmin ərəfədə,  1987-ci ildə Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin akademiyasının dinləyicisi idim. Həmin bu prosesləri Moskvada daha yaxından izləmək mənə nəsib olmuşdu. O dövrdə ermənilər xeyli fəallaşmışdılar və Heydər Əliyevin Siyası Bürodan uzaqlaşdırılması üçün çox fəal mübarizə aparırdılar. Sonda baş kətib Qorbaçovun dəstəyi ilə 1987-ci ilin okyabr ayında Heydər Əliyev Siyası Bürodan və SSRİ Nazirlər Sovetinin birinci müavini postundan kənarlaşdırıldı. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağda separatçılıq baş qaldırdı. Daha sonra baş verən hadisələr nəticəsində torpaqlarınızın 20 faizi ermənilər tərəfindən zəbt olundu.

Onu da oxucuların diqqətinə çatdırım ki, 1987-ci ilin sentiyabır ayında DİN-in kollegiyasının qərarı ilə Akademiyanın məzunu kimi Ağdaş rayon daxili işlər şöbəsinin rəisi vəzifəsinə təyin olundum. 1988-ci il,   fevral ayında  Dağlıq Qarabağda gedən hadisələrdə iştirak etdimBirinci Qarabağ muharibəsində öz şəxsi heyətim ilə 1993-cü ilin Cəbtayılın süqutuna gədər həmin proseslərdə  iştırakçı  oldum.

Bir daha sualda mənə aid olan məsələyə qayıdaraq bildirmək istəyirəm ki, 1991-ci ilin mart ayının 19-da Ağdaş şəhəri 139-cu dairədən Ali Sovetə deputat seçilmişəm. 1991-ci ilin may ayında mən və mənimlə bərabər üçüncü turda deputat seçilən 5 nəfərin mandatı Ali Sovetin sessiyasında təstiq olundu. Ona  görə də mart ayında keçirilən həmin sessiyada mən iştirak etməmişəm. 1991-ci il, oktyabrın 18-də müstəqillik aktıının qəbul olunmasında iştirak etmişəm və həmin gün Azadlıq Meydanında xalqımızı müstəqillik günü münasibəti ilə təbrik etmişəm.

-Bəs istiqlalçı deputatlara xüsusi imtiyazların verilməsi ilə bağlı təşəbbüslərə necə baxırsıız?

- 1990-cı ildə seçilən Ali Sovetin depudatlarının hər birinin müstəqillik yolunda əldə ediklərimiz,  Dağlıq Qarabağın statusunun ləğv olunması, ulu öndər Heydər Əliyevin hakimyyətə qayıdışında, eləcə də yüzlərlə qanunların qəbul olunmasında, ölkədə olan iki vətəndaş müharibəsinin qarşısının alınmasında  çox böyük xidmətləri olub. Onların bu xidmətləri Azərbaycan dövləti tərəfindən qiymətləndirilməlidir. İnşallah, Allah ömür versə gələcəkdə qələmə alacağım kitabımda bütün bunlar, həmin dövrün deputatlarının fəaliyyəti barədə geniş bəhs edəcəm.

-Cahangir müəllim, tarixdən söz düşmüşkən bu günlərdə yeni bir kitabınız işıq üzü görüb. Şanlızəfər tariximizdən bəhs edən "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabını yazmaq hansı zərurətdən meydana gəldi?

-Qarabağ müharibəsi Zəfərlə sona yetdikdə belə qərara gəldim ki, Azərbaycanın döyünən nəbzinə, yaşam kredosuna çevrilmiş Qarabağ barədə yeni bir əsər yazım. Çünki Qarabağ Azərbaycanın milli düşüncəsinin nüvəsidir. Həm də Qarabağ mənə çox doğmadır. Orta məktəbi Ağdam şəhərində bitirmişəm. 1960-70-ci illərdə uşaqlıq və gənclik illərimi Şuşada, Ağdamda keçirmişəm. O zaman Aran və Dağlıq Qarabağ ərazilərini qarış-qarış gəzmişəm. Mədəniyyətimizin beşiyi olan Şuşaya və Qarabağın digər yerlərinə yaxından bələd olmuşam. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağda separatçıların baş qaldırdığı ilk gündən işlədiyim Ağdaş rayonunda milis (polis) rəisi kimi şəxsi heyətlə birlikdə 1993-cü ilin sentyabr ayınadək Qarabağ ərazilərində hərbi əməliyyatlarda iştirak etmişəm. Birinci Qarabağ müharibəsinin bütün ağrılı-acılı hadisələrinin canlı şahidi və iştirakçısı olmuşam. Birinci Qarabağ müharibəsinin uğulu əməliyyatlarından sayılan 1990-cı ildə Göygöl rayonunun Çaykənd əməliyyatında, 1992-ci ilin avqustunda Gədəbəy rayonunun Başkənd ərazisində hərbi əməliyyatlarda iştirak etmişəm. Təəssüflər olsun ki, Birinci Qarabağ müharibəsində Ermənistanın işğalçı ordusu Rusiya ordusunun Cənubi Qafqazda olan hərbi birləşmələrinin gücündən istifadə edərək Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını işğal etdi. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, şəhər və rayonlarımız dağıdıldı, talan edildi. Şükürlər olsun ki, 30 ilə yaxın olan işğal hadisəsinə Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyev və güclü Azərbaycan Ordusu tərəfindən son qoyuldu. 27 sentyabr, 2020-ci ildə ermənilərin növbəti təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətindən sonra hərbi əməliyyatlar başladı və 44 günlük İkinci Qarabağ müharibəsində qalib gələrək işğal olunmuş ərazilərimizi erməni qəsbkarlarından azad etdik. Bütün bu tarixi ardıcıllıqları. eləcə də uzaq keçmişimizdə baş verən tarixi hadisələri, ermənilərin Cənubi Qafqaza köçürülmısi, burada planlı şəkildə məskunlaşdırılmalarını "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabımda oxucuların diqqətinə çatdırmışam.

-Bu həm də tariximizin daha dərindən öyrənilməsi baxımından da vacib bir əsərdir

-Hər halda buna oxucular özü qiymət versə yaxşıdır. Mən bacardığım qədər çalışıram ki, yaxın və uzaq tariximizi xalqımıza, xüsusilə gənclərə çatdırım. Çünki tariximizi bilmək olduqca vacibdir. Düzdür, tariximizin müxtəlif dövrləri Azərbaycan tarixçiləri tərəfindən araşdırılıb yazılsa da, bütün halda bu sahədə bizim əsərlərimiz olduqca azdır. Ermənilər Dağlıq Qarabağ, qondarma soyqırım barədə dünyanın əksər ölkələrində 30 min adda kitablar nəşr ediblər. Təəssüflər olsun ki, Azərbaycanda, eləcə də qardaş Türkiyədə bu istiqamətdə 200-300-dən artıq əsər yoxdur. Son dövrlərdə təbii ki, hər bir yazar, vətəndaş müxtəlif vasitələrdən istifadə edərək öz sözünü deyir və həmin fikirlər, ortaya qoyulan əsərlər də maraqlıdır onlardan da istifadə edilməlidir. Lakin tarixi əsərlər nə qədər çox yazılsa, bunlar gələcəkdə  həm Azərbaycan xalqı, həm də dünya ölkələri üçün çox önəmli olar. Mən də zəruriliyi nəzərə alaraq belə bir kitab nəşr etdirdim.

-Cahangir müəllim, kitabın sonundakı müraciətiniz maraqlıdır. Bu müraciət Sizcə necə qarşılanacaq?

-Qeyd etdiyiniz kimi "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabımın sonunda Azərbaycan və Ermənistan rəhbərləri, parlament üzvləri, siyasi partiya və QHT-lər, dini liderlər, eləcə də KİV-lərə müraciətim yer alıb. Müraciətimin ana xətti ondan ibarətdir ki, hər bir müharibənin sonu sülhlə bitdiyi kimi, bu müharibəyə də son qoyulmalıdır. Hər iki dövlət arasında sülh müqaviləsi bağlanmalıdır. Beynəlxaılq hüquq səviyyəsində sərhədlərin toxunulmazlığı prinsipi qorunmalıdır. Azərbaycan Respublikası ərazisində yaşayan bütün millətlərin və xalqların hüquqları, dini azadlıqları. adət-ənənələri, milli xüsusiyyətləri, ana dilləri və mədəniyyətləri qorunmalıdır. Azərbaycan dövləti hər zaman bütün vətəndaşla üçün bunun qarantı olub və olacaqdır.

Onu da qeyd etmək istərdim ki, Cənab prezident İlham Əliyev də bir müddət əvvəl BMT-nin 76-cı sessiyasında çıxışı zamanı bildirdi ki, sülhün alternativi yoxdur. Yəni, artıq biz sülh danışıqlarına hazırıq və Azərbaycan ölkənin birinci şəxsi səviyyəsində siyasi iradəsini ortaya qoyub. Ümid edirəm ki, Ermənistan tərəfi də sülhün alternativinin olmadığının fərqinə varacaqonu imzalayacaq. Çünki Ermənistanın bundan sonrakı inkişafı, tərəqqisi Azərbaycanla dinc, qonşuluq münasibətləri çərçivəsində yaşamasından keçir.  Sonda onu da qeyd edim ki, bu müraciət ingilis, fransız, türk, rus, erməni dillərində çap olunaraq həm də dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılacaq.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2021.- 5-11 noyabr.-S.19.