Bəzi insanlar

 

Həyatda maraqlı məqamlar da var,

Qoyunlar həmişə qurdlardan qorxar.

Amma çox qəribə təzadlar da var,

Qoyun ətin çox vaxt yeyər insanlar.

 

***    

 

Düşdüyü vəziyyət olarsa da dar,

Bir-birinin ətin didər insanlar.

Bəlkə də  ən qorxunc varlıqlar ki, var,

Ən dəhşətlisidir, bəzi insanlar.

 

***   

 

Birisi ucalıb zirvəyə qalxar,

O biri qıçından tutub saxlayar.

Gücü çatmayanda nifrətlə baxar,

Belə xislətlidir, bəzi insanlar.

 

Əlibalayeva Gülnarə

 

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist    

 

Olaylar.- 2022.- 8-14 iyul.- S.23.