Xatirə

 

Payız  səhifəsini  varaqlayanda,

Mən səni axtarıb  soraqlayardım.

Yarpaqlar ağaclar  altda qalanda,

Görmədən, bilmədən ayaqlayardım.

 

xxx

 

İncitmək nə lazım düşən yarpağı?

Əzib incitməyin mənası var?

Bəlkə əzilən həmin yarpağın,

Kiminsə qəlbində xatirəsi var.

 

Əsarə Rəşidqızı

 

Olaylar.- 2022.- 3-9 iyun.- S.24.