Sevgi deyilmi?

 

"Sevgi yoxdur, inanmıram, yalandır..."

-Söyləyən kəs, sizcə doğru deyirmi?

Vətən, ana, övlad yadda qalandır,

Onların sevgisi, sevgi deyilmi?

 

***

 

Sevgi məfhumunun çox mənası var,

Başa düşməyənin düşüncəsi dar...

Yaxşı insan, təmiz vicdan, saf qəlb var,

Bunların hamısı, sevgi deyilmi?

 

***

 

Tanrımıza inam, dindəki iman,

Torpağa bağlılıq, həsrətli güman.

Yağışlı havada göydəki duman,

Allaha olan sevgi, sevgi deyilmi?

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist

 

Olaylar.- 2022.- 6-12 may.- S.24.