Bizim Zəfər bayramımız

 

Şəhidlərə vəfa olsun,

Qazilərə şəfa olsun.

Vətənimə səfa olsun,

Bizim Zəfər bayramımız.

 

***

 

Sevinc dolu ifa olsun,

Yağılara cəfa olsun.

Əsgərlərə dua olsun,

Bizim Zəfər bayramımız.

 

***

 

Şərəflərə əda olsun,

Düşmənimiz fəda olsun.

El-obaya səda olsun,

Bizim Zəfər bayramımız.

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist.

 

Olaylar.- 2022.- 4-10 noyabr.- S.24.