Şəhid ölmür!

 

Azərbaycan Silahlı Qüvvələrinin baş  leytenantı,

Vətən Müharibəsinin şəhidi Vüsal Babayevin timsalında

bütün şəhidlərimizin ruhuna rəhmət diləyi ilə.

 

Şəhid Vüsal, sən zirvəsən,

Vətənimçün  qan tökmüsən.

Yurdumuzun qüdrətisən,

Qürurusan, şərəfisən.

 

***

 

Aynur xanım, fəxr elə sən,

İgid oğul zövcəsisən.

Düşünmə ki, ölüb zövcən,

Şəhid ölmür, bunu bil sən!

 

***

 

Vüsalın əmanətisən,

Uşaqların ümidisən.

İki övlad böyüdürsən,

Sən xanımlar örnəyisən!

 

Əlibalayeva Gülnarə

 

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist.

 

Olaylar.- 2022.- 7-13 oktyabr.- S.24.