Ərdoğana səs verin

 

Azərbaycan xalqının sevimlisi, Azərbaycanın prezidenti cənab İlham Əliyevin ürəkdən qardaş dediyi, ağır günlərimizdə ölkəmizə maddi və mənəvi dayaq olan, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Cümhur başqanı seçilməsi arzusuyla yazdım bu şeiri.

                          

Kürəyini söykə belə sən haqqa,

Türk qardaşım könül verməz nahaqqa,

Həqiqətə, ədalətə, ya haqqa

Doğru yola, düz ünvana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Heç bilinmir amalı , qəsdi ,

Dünya durub bu gün Türkün qəsdinə,

Aslan kimi düşmənlərin üstünə,

Gürşad olub od yağana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Əməlindən təzə xeyir doğulsun,

Şər olanı, elə vur ki, yox olsun,

Qan deyəni öz qanında boğulsun,

Can deyənə, Xan, Xaqana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Sərt baxışla neçə lider yanıdı,

O gələndən dünya Türkü tanıdı,

Növbə sənin, indi qeyrət anıdı,

"Türkəm" deyən bir cahana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Türk oğlusan, Boz qurd olub öz adın,

Azadlığın, Hürriyətin bil dadın,

İstəyirsən, xoşbəxt olsun övladın,

Gur işıqlı asimana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Musiqili, məhəbbətli dil Türkün

Qönçə Türkün, çiçək Türkün, gül, Türkün,

Türkdən başqa dostu yoxdur bil Türkün,

Tanrı haqqı, din, imana səs verin,

Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Erdoğana oy verin

 

Sırtını yaslay ver böyle sen hakka,

Türk gardaşım gönül vermez nâhakka,

Hakikate, adalete, ya hakka

Doğru yola düz unvana oy verin,

Recep Tayyip Erdoğana oy verin.

 

Hiç bilinmez amacı ne, kastı ne,

Dünya durup bugün Türkün kastına,

Aslan gibi düşmanların üstüne,

Kürşat olup ot yakana oy  verin,

Recep Tayyip Erdoğana oy verin.

 

Amelinden taze hayır doğulsun,

Şer olanı, öyle vur ki yok olsun,

"Kan" diyeni öz kanında boğulsun,

"Can" diyene,  Han, Hakana oy verin,

Recep Tayyip Erdoğana oy verin.

 

Sert bakışla kaç lider yanıdı,

O geleli dünya Türkü tanıdı,

Sıra sende, şimdi şeref anıdı,

Türküm diyen bir cihana oy verin,

Recep Tayyip Erdoğana oy verin.

 

Türk oğlusun, Bozkurt olup öz adın,

Azatlığın, Hürriyetin bil dadın,

İster misin hoş baht olsun evladın,

Gür ışıklı asimana oy verin,

Recep Tayyip Erdoğana oy verin.

 

Musikili, muhabbetli dil Türkün

Gonca Türkün, çiçek Türkün, gül, Türkün,

Türkten başka dostu yoktur bil, Türkün,

Tanrı hakkı din, imana oy verin,

Recep Tayyip Erdoğana oy verin

 

Dayandur Tağıyev (Sevgin)

 

Olaylar.- 2023.- 21-27 aprel.- S.6.