Naxçıvan diyarının sakral-maddi

irsinin etnotarixi və morfogenetik əsasları....

və hay kilsəsinin əsassız iddiaları...

 

İblis, Şeytan xislətli hay kilsəsinin baş keşişi I Vazgen (1908-1994) 1960-cı ildə çıxışı zamanı bildirmişdir ki, biz "vətən"imizi qurmaq  üçün  Qars, Van, MuşBitlis mahallarını da birləşdirməliyik...İtaliyanın Nepol şəhərində 2015-ci ilin aprel ayının əvvəlində Qriqori məbədinin divarına (Bizans imperiyası dövründə təqiblərə məruz qalmış hay mənşəli Maarifçi Qriqorinin (252-326) burada basdırılmış nəşinin "ruhu" naminə) daş naxışlı lövhə yerləşdirilib, hay keşişləri II Qaragenin (1951) və I Aramın (1947)...iştirakı ilə.

Zəngəzur və Dərələyəz dağlıq silsilələrinin suayrıcı yüksəklikləri  (Qapıcıq-3904 m, Xaşlıdağ-2689 m, Soyuqdağ-3147 m, Əyridağ-3125 m, Aracıq-3071 m, Salvartı-3161 m, Şişqatar-3827 m, Ovucdağ-2336 m, Mehridağ-1869 m, Küküdağ-3120 m...) və Araz çayı boyunca uzanan enli vadi boyunca coğrafi mövqe tutan Naxçıvan diyarının dini-mifoloji təfəkkür qaynağı əsasında tarixləşən geomorfoloji struktur örtüyü həm də tarxi maddi-mənəvi irs zənginliyi ilə seçilən coğrafi məkandır. Siyasi-hərbi və təbii-iqtisadi baxımdan mühüm strateji əhəmiyyət daşıması bu diyarın tarixi mərhələlərində xüsusi qiymətləndirilmiş, aydın sezilmiş və silinməz izlərlə naxışlanmışdır.

Tarixi dönəmlərin Xristianlığaqədərki və Alban mədəniyyəti mərhələsinin (e.ə.II-I və I minilliklər) maddi irsinə hopan, ilmələnən, zərif oyulan həmin izlər-"naxışlı-ilməli qəbirüstü daş abidələr" Naxçıvan və Culfa şəhərləri ətrafında, Ordubad nahiyəsinin Yuxarı və Aşağı Əylis, Parağaçay, Nəsirvaz, Gənzə, Üstüpü kəndləri...hüdudlarında yayılmışdır. Bu barədə bir sıra orta əsrlər səyyahlarının (italiyalı səyyah-tacir Marko Polo (1254-1324), fransalı tacir Jan Batist Tavernye (1605-1689), ispan katoliki Avqustin Badjents...) əsərlərində qeyd edilməklə, bu əski maddi irs əski Türk-Müsəlman mədəniyyətinə, Şərq memarlığının inciləri sırasına aid edilmişdir.

Naxçıvan bölgəsinin İlandağ yüksəkliyindən (2412 m, Naxçıvan şəhərindən 20 km şərqdə) tapılan gil lövhələrin-yazı nümunələrinin həm də e.ə. III-II minilliyə aid Şumer mədəniyyətinin irsi kimi qəbul edildiyindən yazı, dil, miniatür-dekorativ sənət... meyarları baxımından əski, ortaq Türk-Oğuz mərhələsinin təkamül dövrünə uyğun gəldiyini bir çox alimlərin əsərlərindəki filoloji elmi-nəzəri mülahizələr sübut etməkdədir.

Görkəmli rus alimi, tarixçi-misirşünas, professor, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru A.L.Vassoyeviç (1954) Şumer dilinin Ural-Altay dil qrupu ilə doğmalığını, Uyğur dilinə qohumluğunu ("Klassik Şərq xalqlarının ruhani dünyası" (1998) əsəri...) bildirmişdir.

Rusiya İmperator və SSRİ Elmlər Akademiyalarının akademiki N.Y.Marrın (1864-1934) ŞumerKet dillərinin də semantik, fonetikgenetik bağlılığı mülahizəsini digər dilçi alimlər də (fin əsilli rus dilçi alimi, Uqor-Uyğur dillərinin tədqiqatçısı M.A.Kastren (1813-1852), Sibirşünas-etnoqraf N.K.Karqer (1904-1943, "Şimal xalqlarının dili və yazısı" (1934) əsəri ilə...) təsdiq etmişlər (Şumerlərin və Assuriyalıların eyni, qohum genetik kökdən ibarət olduqlarını qədim yazı və maddi irs nümunələrinə əsasən bildirmişlər) və yaxud, səyyah-etnoqraf, İmperator Akademiyasının professoru İ.İ.Qeorqi (Qotlib, 1729-1802), alman səyyahı-təbiətşünası, Peterburq EA-nın həqiqi üzvü, professor İ.Q. Qmelin (1709-1755, IV cildlik "Sibir səyahətləri"toplusu)  Uyğur dillərinin Cənubi Sibir xalqlarının dillərinə (əski Türk-Oğuz) uyğunluğu nəzəriyyəsini irəli sürmüşlər.

Şumer-Assur-Babil mədəniyyətinin mifoloji təfəkkürünün, epos irsinin süjet quruluşunun ortaq Türk-Müsəlman mədəniyyəti ilə üzvi bağlılığı məhz bu baxımdan obraz və məzmun yaxınlığı ilə seçilir. Şumer-Akkad mifologiyasının obrazları-An, Abzu, Enlil, Gibil, İşkur, Qarqara, Şamaş, Nabu, İştar..., eləcə də "Enimə eliş" eposunun həyat səhnələrinin məzmunu bu bağlılığı bir daha sübut edir.

Göründüyü kimi, eramızdan əvvəl olduğu kimi, eramızın I minilliyində də Şərqi Anadolu yaylasında, Dəclə-Fərat çayları hövzəsində, Cənubi və Qərbi Azərbaycanda, Naxçıvan bölgəsi, Kür-Araz ovalığı...kimi coğrafi məkanlar Xristianlığaqədərki, Kimmer-İskit, Sak-Oğuz, Alban, Xocalı-Gədəbəy...mədəniyyətlərinin formalaşma mərhələlərini özündə yaşatmaqla yanaşı, həm də əski maddi-yazılı nümunələrin, naxışlı-dekorativ oyma əsərlərinin, qəbirüstü, ruhani-mistik təsəvvürlərin daş rəsmlərini ifadə edən tarixi-kökənli irs zənginliyinə malik Türk-Müsəlman dünyasının əski məskunlaşma əraziləridir. Bu ərazilərdə tarixi eposlar ("Bilqamıs", "Enimə eniş"...) yarandığı kimi, Şərq memarlığı, Türk mədəniyyəti üslubunda daş naxışlı qəbir daşları, sənduqələr, qala divarları, astronomik qurğular (daş sütunlarla əhatələnmiş), müdafiə istehkamları...inşa edilmişdir.

Naxçıvan diyarının tarixi keçmişini yaşadan daş naxışlı memarlıq nümunələrinin keçən əsrin 60-80-ci illərində kütləvi şəkildə  hay kilsəsi tərəfindən qarət edilərək aparılması məhz Türk-Oğuz dünyasının maddi irsinə qarşı soyqırım siyasəti kimi qəbul edilir.

Saxta, uydurma "tarix"lərinin "qədimliyi"ni bildirmək üçün "daş silah" kimi həm də Naxçıvan diyarının CulfaOrdubad şəhərləri hüdudlarındanda, İlandağ ətrafında yayılan naxışlı-zərif ilməli daş abidələrdən (hayca "xaçkar"lardan) istifadə edilmiş, bu barədə genetik xislətlərinə uyğun olaraq dünyaya yalan, əsassız məlumatlar yaymaqda davam edirlər.

1918-1920-ci illərdə Qərbi Azərbaycanın kökənli Türk-Müsəlman əhalisinə, 1941-1945-ci illərdə SSRİ xalqlarına qarşı amansız qətliamları-soyqırım faciələrini törədən hay-daşnak qulduru Qaregin Nijdenin bacısı nəvəsi L.Q.Ayrapetyanın (1949-2018) maliyyə yardımı ilə A.V.Vardanyanın (1951) nəşr etdirdiyi "İlandağın harayı" kitabı (2010) bu sıradan sonuncu deyil, İlandağ yaxınlığındakı Gülüstan kəndinin sakral-maddi irsinə qarşı həyasız iddialar bədii dilə çevrilmişdir.

E.ə.III-I minilliklərin Ön Asiya, Yaxın və Orta Şərq, Cənubi Qafqaz... maddi-mədəni təkamül mərhələsinin coğrafi hüdudlarında yerləşən Bütöv Azərbaycanın Naxçıvan diyarındakı kallioqrafik-etipatiya məzmunlu daş-oyma qəbirüstü abidələrini, erkən və orta əsrlərin Alban mədəniyyətinin, dini-sakral irsinin maddi nümunələrini (daş lövhə və sütunlarda yazılı, naxışlı, irfani-mistik süjetlii miniatür  oymalı sənduqələr-baş daşları da həmçinin) qarət edərək "erməni xaçkarları" adı altında mənimsəmələri, uydurma tarixlərinin qədim-tarixi "maddi əsası" kimi "erməni"ləşdirmələri barədə uzaq-yaxın keçmişin faktları az deyil, təbii ki, bu sahədə hay kilsəsi başlıca rol oynamışdır.

Naxçıvan bölgəsinin sakral-irfani daş abidələrinin hay kilsəsi tərəfindən qarət edilərək gizli yolla Ü(İ)çmüəzzin şəhərinə aparılmasına SSRİ EA-nın Novosibir bölməsinin aspirantı kimi 1971-ci ildə daşnak V.M.Manukyan (1946) rəhbərlik etmişdir.

1977-ci ilin yay ayında Naxçıvan bölgəsinə giriş-çıxışın SSRİ DTK-nin ciddi nəzarətində olduğu bir dövrdə (İran Islam Respublikası ilə sərhəd mövqeyinə görə) hayların baş keşişi I Vazgenin səyi ilə Culfa şəhəri yaxınlığındakı (eləcə də Əlincə çayının sağ sahilində yerləşən Bənənyar, Saltağ, Əbrəqunus...kəndlərində) Türk-Müsəlman maddi-mədəni irsinə aid daş abidələrinin oğurlanaraq aparılmasına dair fotomateriallar yayılmışdır. SSRİ Ordusunun əsgərlərinin köməkliyi ilə 49-42 ARA nömrəli "Qaz-53" avtomobilinə yüklədikləri və Ü(İ)çmüəzzin şəhərinə aparılan qəbireüstü daş abidələrin qaərtiniəə rəhbərliyi həmin ildə İrəvan şəhərindəki Riyazi Maşınlar institutunun direktoru, texnika elmləri doktoru, akademik F.T.Sarkisyan (sonralar "Ermənistan" SSR Nazirlər Sovetinin sədri olmuşdur) etmişdir.

1980-ci illərin əvvəllində Culfa şəhəri ətrafındakı Alban və Türk-Müsəlman tarixi-maddi irsini (qəbirüstü abidələri) qarət etmək məqsədilə hayların baş keşişi I Vazgen SSRİ Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, "Ermənistan SSR" EA-nın akademiki Q.S.Xancyanı (1926-2000) Culfa şəhərinə göndərir, gizli olaraq və tapşırır ki, sərhəddə nəzarət edən SSRİ Sərhəd Qoşunlarının komandanlığına "xaçkar"ların yağışdan, qardan...qorunması üçün bu tədbir keçirilir və onları "razı" salsınlar. Belə də olur. Bir neçə dəfə gecə ikən qarət edilən daş abidələr (3,5 m hündürlüklü) Ü(İ)çmüəzzin şəhərinə gətirə bilirlər, amma sonuncu dəfə bu oğurluqdan xəbər tutulur, SSRİ rəhbərliyinə xəbər verilir, Siyasi Büroya çıxarılır, amma I Vazgenin müdaxiləsindən sonra bu məsələ "yoluna qoyulur".

Təbii ki, oğurlanan bu daş abidələr sonralar rəssamın bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilən tablolarında "erməni-xaçkarları" adı ilə təbliğ edilmişdir.

Həmin qarət-oğurluq əməlləri barədə "erməni" yazıçısı, kimya elmləri namizəsi G.X.Qəribyan-Rştuni (1943) "Əlahəzrət. I Vazgen haqqında xatirələr" kitabında (2012) ətraflı məlumat vermişdir.

Dinsiz hay kilsəsinin bu kimi mənfur əməllərinin ünvanı təkcə Naxçıvan diyarı deyil, bütöv Azərbaycanın bütün coğrafi hüdudlarında eyni soyqırım fitnələrinə yol verilmişdir.

 

(ardı var)     

 

  R.S. Naxçıvan diyarının müqəddəs İlandağ zirvəsini kafir hay kilsəsi-"Otsasar" və ya "Vişapasar", Ordubad nahiyəsinin Gilan (Gilançay) kəndini-"Azat Djiran", Culfa nahiyəsinin Saltağ kəndini-"Salitax", Xoşkeşin kəndini-"Xoşakunik"("Xoşkaşen"), Bənənyar kəndini-"Aparank", Gülüstan kəndini-"Aznaberd", Xaşlıdağ zirvəsini-"Xaşink", Soyuqdağ zirvəsini-"Qoxtansar", Əyridağ zirvəsini-"Ayrisar", Salvartı zirvəsini-"Salavard"...adlandırır.

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 19-25 may.- S.17.