Ədəbiyyatşünas - tənqidçi Təyyar Salamoğlu:
DÜNƏN,
BU GÜN,
SABAH
TƏYYAR
SALAMOĞLU 65
Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırdığımız
məfhum - bizim arxada qoyduğumuz vaxtın ölçüsüdür. Bizdən
asılı olmadan həyatımızın
hər anı o keçmişlə əlaqələnir, mübarizəmiz, fəaliyyətimiz, əməllərimiz o keçmişin içərisində
çox zaman yaddaşlara
yazılanı, bəzən isə yazıya alınanı xatirəyə çevirməyə "can atır".
Ömrümüzdəki bütün yuvarlaq rəqəmlər
dönüb geriyə
baxmağımıza, yol
alıb gəldiyimiz dar cığırlara , sərt enişlərə,
çətin
yoxuşlara nəzər salmağımıza
, həm özümüzə,
həm də bizi tanıyanlara
hesabat
verməyimizə imkan yaradan bir fürsətdir.
Bəzi insanlar üçün keçmiş
keçməmiş qalır,
gələcək isə
qorxulu görünür
deyə onlar bu günə töhfə verə bilmirlər və demək ki, özləri
ilə qarşılaşmaqdan
da çəkinib hesabat
verməkdən boyun qaçırırlar. Çox
güman ki, imzasını
həm elmi-nəzəri
fikir materiallarından, həm də mətbuatdan yaxşı tanıdığımız ədəbiyyatşünas
-tənqidçi, professor Təyyar
Salamoğlu da 65 yaşın
astanasında belə bir dəyərləndirmə
aparıb. Hətta mən deyərdim ki, o, yuvarlaq rəqəmləri
gözləmədən də özünə
tez-tez belə hesabatlar verir. Onun xalqı qarşısındakı hesabatı
isə elmi-pedaqoji fəaliyyətindəki böyük uğurları və nailiyyətləri ilə sərhəd tapır. Təyyar Salamoğlunun həm alim, həm
müəllim kimi fəaliyyətini addım-addım
izlədiyimiz zaman göz
önündə yüksələn
bir xətlə ucalan, şərəflə
yaşanan mənalı
bir ömür görünür. Yüzlərlə
elmi əsər, minlərlə gələcəyin müəllimi, filoloqları - bu ömrün parlaq səhifələridir.
Ədəbiyyat tarixçisi, tənqidçi,
pedaqoq - hər üç qütbdə görünən,
sözə sədaqəti
ilə seçilən
qələm adamı,
ədəbiyyat aşiqi,
elm fədaisi... Onun 65
illik yubileyi yalnız bir insanın ömür hesabatı deyil, həm də çağdaş Azərbaycan
elmində, humanitar fikrin metodologiyasında imzanın məsuliyyətini daşımağın
bir örnəyidir. Mən də professor Təyyar Salamoğlunu yaxından tanıyan çevrəsindəki
onlarla insandan biri olaraq keçdiyi bu çətin və şərəfli yola sözlə nəzər salmaq istədim. O, milli ədəbiyyatşünaslığımıza
nəsrin, poeziyanın,
tənqidin, tənqid tarixinin, ədəbiyyat nəzəriyyəsinin tədqiqinə
dair onlarla qiymətli əsərlər
qazandırıb. Həmin
əsərlərdə Azərbaycan
ədəbiyyatının tarixi
və müasir problemləri yüksək
məsuliyyət hissilə
araşdırılıb, ləyaqətlə
çağdaş elmi-nəzəri
fikir müstəvisinə
çıxarılıb. B. Nəbiyev, N.Cəfərov,
Q.Kazımov, A. Hacıyev,
B.Babayev, H. Qasımov,
Ə. Tanrıverdi, S. Rzasoy,
S.Sadıqova, Y.Babayev,
M. Allahmanlı, Ə. R. Xələfli,
N. Nəcəfov, R. Məmmədov və
daha neçə-neçə
dəyərli ədəbiyyatşünas
alimlərin, dilçilərin,
tənqidçilərin Təyyar
Salamoğlunun ədəbiyyatşünas-tənqidçi
məntiqinə, nəzəri-analitik
təfəkkürünə yüksək dəyər verən məqalələri
ilə yanaşı mənim də bu günə kimi müxtəlif mətbuat orqanlarında onun coxcəhətli elmi araşdırmalarına
həsr etdiyim məqalələrim çap
olunub.
Lakin indi bir az tərəddüd içindəyəm;
haradan başlayım, necə edim ki, oxucuya bu böyük alimin gördüyü işlərin, coxcəhətli fəaliyyətinin, fundamental elmi araşdırmalarının hamısına toxuna bilən bir yazı təqdim edim? Elmi həyatımın bələdçisi olan Təyyar müəllimlə
mütəmadi apardığımız ədəbiyyat
söhbətləri yaddaşımın
silinməyən səhifələrində
yer alır. Hansısa əsərin müzakirəsi ilə başlayan söhbəti ustadi- əzim hər
dəfə
məzmun -mündəricəli
diskussiyaya çevrirər
, proloqlu-epiloqlu ciddi elmi fikirləri ilə söhbətin diapazonunu genişləndirər, yeni faktlar, yeni mülahizələr, tanış
olmayan təfərrüatla
söhbəti
dərinləşdirər və tamamlayar. Bu saydıqlarım Təyyar
müəllimin ədəbiyyat
söhbətlərinin ümumi xarakterini şərtləndirir. Alim ədəbiyyata
da, tənqidə də zəngin ideya-estetik dünyasının
fövqündən baxdığına
görə istər ali bir kürsüdə
olsun, istər auditoriyada, istərsə də ikili söhbətlərdə
onun nitqinin pafosu dəyişməz qalır.
Bu cəhəti
ilə də dinləyicisini,
həmsöhbətini dərhal cəlb edib ardınca apara bilir. Təyyar Salamoğlunun müddəa və mülahizələrindəki kоnkrеtlik, mükəmməl
məntiq və pоlеmikaya açıqlıq,
еləcə də idrak-təfəkkür miqyası , mеtоdоlоji xarakterli mühakimələri
, еlə bilirəm
ki, hər bir ədəbiyyat insanı üçün
maraqlı bir еnеrji qaynağıdır.
Bu yerdə hörmətli
alimin artıq ədəbiyyatşünaslara yaxşı tanış olan,- "xarakter millidirsə, deməli, o, yaşarıdır,
heç vaxt "ölümə məhkum"
ola bilməz, yox,əgər
"ölümə məhkum"dursa,
onda milli deyil",- tezisini xatırlatmaq istəyirəm. Bu mülahizə
bizə həm də o fikri təlqin edir ki, cəmiyyətin ən dəyərli sərvəti elə insan özüdür. Bir xalqın
sərvəti bu
sosial mühitin içində yetişən, elə onun özündən var olan şəxsiyyətlərdir. Bu şəxsiyyətlər
isə elmin və mədəniyyətin
inkişafına xidmət
edən insanlardır.
Yaşadığımız mürəkkəb və ziddiyyətli epoxada meydana çıxan
bu insanların milli-mənəvi tərəqqidə
yeri və rolu bəzi məqamlarda subyektiv müdaxilə, süni şişirtmə, yersiz və əsassız qiymətlər "bolluğ"u
ilə müşayiət
olunur. Lakin
bu həqiqi elm təmsilçilərinin dəyərini
heç vaxt aşağı salmayıb.
Humanitar fikrimiz son onilliklərdə
"şüarlarla", populist mülahizələrlə "zəngin" olsa da , elmi mühitdə həqiqi axtarışlarda olan Təyyar Salamoğlu kimi nadir istedada malik mütəfəkkirlərin elm və əxlaq dərslərinə
qayıtmaq, öyrənmək,
bu sərvətin novatorluğunu müəyyənləşdirmək,
ənənə yaratmaq
gücünü qorumaq
zərurətə çevrilir.
Alim özünəməxsus düşüncədən
qidalanan üslub, fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı
sayəsində bədii-estetik
fikri ədəbi meyl və axtarışlarla zənginləşdirir. O, kitabları
yaratdıqca kitablar da
onu yaradır. Çünki 65 il əvvəl dünyaya hələ yolu, gələcəyi
naməlum
bir insan gəlmişdisə,
məhz 35
il əvvəl
nəşr
olunan
ilk kitabı ilə ədəbiyyatşünaslıq elmində bir alim öz ilk addımlarını
atdı. Və elmimizə
"Pedaqoji mühit və uşaq ədəbiyyatı" ( M.Məmmədov,
Y.Babayevlə birgə.
1992 ) kitabı ilə birgə yeni bir imza daxil oldu. Həmin vaxtdan etibarən bütün bu keçən bir qərinədən çox müddətdə alimin qələmi susmayıb, onun özünün və yaratdıqlarının
taleyi, pedaqoji fəaliyyəti bir an da olsun xalqın, vətənin taleyindən ayrı dərk olunmayıb. Milli müstəqillik
dönəmindən başlayaraq
elmi tədqiqatlar aparan alim təzə
metodoloji baxış,
bədii materiala yeni nəzəri prinsip və tələblərlə
yanaşmaq ehtiyacından
doğan "Yenidən
oxu" konsepsiyasını
yaradır və bütün axtarışlarına
bu konsepsiyanın təməl prinsipləri ilə həyata keçirdiyi möhkəm
bir zəmin formalaşdırır. Bu zəmin
üzərində Təyyar
Salamoğlunun ilk monoqrafiyasından sonra "Faciəli talelər (Azərbaycan mühacirət və repressiya şeirinə dair portret-oçerklər)"
(1998), "Müasir Azərbaycan
romanı: janr təkamülü (XX əsrin
80-ci illəri)" (2007), "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri"
(2008), "Tarixi və
cağdaş ədəbi
prosesə dair araşdırmalar" (2009) kitabları
ardıcıl olaraq işıq üzü görür.
Milli roman
haqqında fundamental araşdırmalarının nəticələri
isə
"Müasir Azərbaycan
romanının poetikası
(XX əsrin 80-ci illəri)"
(2008) monoqrafiyasında
ortaya qoyulur. Müəllif burada konseptuallığı ilə
fərqlənən, müasir
ədəbiyyatşünaslıq təfəkkürü ilə
səsləşən qənaətlərini
elmi-nəzəri düşüncə
müstəvisinə yönəldərək roman poetikası
ilə bağlı özünün məxsusi
baxış bucağını
ifadə edir. Müəllif Azərbaycan
romanının keçdiyi
tarixi inkişaf yolunu dərindən araşdırmış və
janrın poetikasını
tarixilik və müasirlik kontekstində lokal müstəvidən qlobal müstəviyə çıxarmağa nail olur.
Az sonra nəşr
etdirdiyi "Ədəbi
tənqid tarixinə dair portret-oçerklər"
(2011) əsəri T.Salamoğlunun intellektual düşüncə tərzinə
malik olan ədəbiyyatşünas-tənqidçi
obrazını bütövləşdirir.
Bu elmi xarakter onun estetik zövqündə,
bədii dünyaduyumunda
və təhlil üslubunda bir daha özünü
aydın şəkildə
göstərir. Onuncu illər alimin elmi yaradıcılığının
çox məhsuldar dövrüdür. Ard-arda "Müasir Azərbaycan ədəbiyyatı"(2012) ),"Ədəbi tənqid tarixinə dair portret-oçerklər"(2014), "İsmayıl Şıxlının
bədii nəsri"
(2014), "Mirzə Ələkbər
Sabirin milli intibah idealı" (2015), "Qarlı
aşırım"dan keçən
yollar" (2016), "Mir Cəlal
nəsri və müasirlik" (2018) kitabları
nəşr olunb elmi-ictimaiyyətə təqdim
edilir. "Azərbaycan
ədəbiyyatının müasir
problemləri"(2014) kitabında
isə ədəbiyyat
tarixinə, çağdaş
ədəbi prosesə
baxışlarını, həm
də publisistik düşüncələrini ifadə
etdiyi materiallar toplanıb. Bu çoxsaylı
elmi yaradıcılıq
məhsullarını birləşdirən
əsaslı cəhət ondan ibarətdir ki, professorun vardığı
düşüncə hüdudları,
qeyri-adi fəhminin gücü ona təqib etdiyi məsələlərə
hadisələrin fövqündən
baxmağa imkan verir. Müxtəlif mövzulu tədqiqat istiqamətlərini özündə
ehtiva edən bu elmi-metodoloji vəsaitlərdə
alim ədəbiyyatşünaslıq
və tənqidin problemlərini yüksək elmi-nəzəri
mövqedən təhlilə
çəkir, onlardan
milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs açır. Ədəbiyyatşünas alimin "Azərbaycan
ədəbiyyatı: mübahisələr,
həqiqətlər" (2016) ,"Azərbaycan tənqidi realizminin estetikası"
(2018), "XIX əsrin sonu,
XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının
aktual problemləri"
(2021) kitabları Azərbaycan ədəbi-nəzəri fikrinin
ən sanballı nümunələrindən sayılır.
Bu kitablarda yer alan Azərbaycan
ədəbiyyatı nümunələrinin
elmi- nəzəri şərhi
milli bədii düşüncənin
nailiyyətlərini bəşəri
ideallarla vəhdətdə,
qarşılıqlı əlaqədə
götürməyi tələb
və tövsiyə edir.
Tənqid
tariximizi ardıcıl
araşdırmış, ədəbiyyatşünaslığımızın
və tənqidimizin nəzəri-metodoloji inkişaf
mərhələlərini dərindən
öyrənib, onun aktual problemlərini
şərh edən alimin estetik zövqü, ədəbi faktı, nümunəni bədii fikrin yarandığı tarixi dövrün fonunda qiymətləndirmək istedadı heyrət və qibtə doğurur. Ədəbiyyatımızın
elə sanballı nümunəsi yoxdur ki,
professor Təyyar Salamoğlunun diqqətindən
kənarda qalsın.
Milli mənəviyyata yanaşmada
tarixi vətəndaşlıq
tutumu, onun müasir siyasi-ictimai mənası Təyyar müəllim üçün
həmişə önəmli
olub.
İsmayıl Hikmətin 1928-ci ildə
yazdığı "Azərbaycan
ədəbiyyatı tarixi" ikicildliyini
(Yədulla Dadaşlı
ilə birlikdə) əski əlifbadan transliterasiya
etməsi və 2022-ci
ildə kitab halında
nəşr etdirməsi
Təyyar müəllimin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi ən böyük töhfələrdən
hesab olur. Ümumən humanitar düşüncənin ciddi
metodoloji problemlər qarşısında dayanması
fikrinin ortaya qoyulduğu "Ön söz"də
İslam və türk
dəyərləri, onların
şərtləndirdiyi bədii-estetik
amillər fonunda ədəbiyyat tariximizi yenidən araşdırmaq
zərurətinə dair
konseptual fikirlər İsmayıl Hikmətin tədqiqatlarını tamamlayaraq
XIII-XVII əsrləri əhatə
edən elmi araşdırmaların yeni istiqamət
almasına rəvac verdiyi üçün qiymətlidir.Yüz ilə
yaxın bir müddətdə
müxtəlif səbəblərdən,
tək-tək əsərlərdə
adının keçməsini
hesaba qatmasaq, əsasən, oxuculara naməlum qalmış
fundamental araşdırmanın kütləvi oxucunun ixtiyarına verilməsi nə tez-tez rast gəlinən hadisə, nə də hər kəsin öhdəsindən
gələcəyi iş
deyil.
""Qarlı aşırım"ın
tənqid variantları"(2024)
monoqrafiyası isə
ustadımla birlikdə həmmüəllif
olaraq yazdığımız onun 25-ci, mənim isə ilk kitabımdır.
Bu kitab tənqidçi olaraq
ustadi-əzimin izi ilə ilk
böyük addımımın ifadəsi kimi mənim üçün xüsusi
anlam kəsb edir. Hiss etdiyim qürur və məsuliyyəti həmin kitabda yer alan "Professor Təyyar Salamoğlunun
"Yenidən oxu"
konsepsiyası" adlı
yazımda ifadə etməyə çalışmışam.
İstər "XIX əsrin sonu,
XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının
aktual problemləri"
kitabı, istərsə
də ""Qarlı
aşırım"ın tənqid variantları"
monoqrafiyası, eləcə
də Təyyar müəllimin onlarca digər konseptual tədqiqat əsərlərinin
oxusundan bir qənaət hasil olur: alim yalnız ədəbiyyatın
tarixini deyil, həm də insanlığın tarixini,
onun mənəvi-ədəbi
irsdə kodlaşan dəyərlərini
milli sərvət kimi
reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasını
yerinə yetirir. Tənqidçi-alimdən ötrü emosional yaddaş heç də tarix kitablarından və onların göstərdiyi
dəqiq
xronoloji tarixdən
geri qalmır. Bədii ədəbiyyat elə tarixin özü qədər vacibdir.
Öz erudisiyası, elmi fəhmi, nadir təhlil üsulu ilə seçilən tənqidçi-alim
tarix baxımından
olmasa da, ruhu baxımından oxucunu eyni ovqata kökləyən bədii əsərlərdəki sovet ədəbiyyatşünaslığının həqiqi qiymətini vermədiyi
milli tale və ideal uğrunda
mübarizənin
qəhrəmanları olan Cahandar ağanın ( İ.Şıxlı"Dəli kür") da , Böyük bəyin (İ.Əfəndiyev "Mahnı
dağlarda qaldı")
də, Kərbəlayı
İsmayılın (F.Kərimzadə
"Qarlı aşırım")
da mənəvi müdafiəçisinə
çevrilmiş, qələminin
dalğasına sarılıb mübarizəyə
qalxaraq ədəbiyyat
tənqidçisi obrazı
ilə yanaşı milli təəssübkeş,
əsl vətəndaş
mövqeyini
ifadə etmişdir.
Alim bədii mətn həqiqətlərinə söykənərək
sübut etmişdir
ki, Kərbəlayı İsmayıl
da, Böyük bəy də, Cahandar ağa da ölümə məhkumluğun
yox, eyni ideologiyanın yaratdığı
"sinfi mübarizə"
adlı illətin diktəsilə
ölümə məhkum
edilmənin aqibətini
yaşayır. Bütün
bunları yazarkən həm də düşünürəm ki, sovet
ədəbiyyatşünaslığının
hördüyü qalın
divarları uçurub
yerində yenisini inşa etmək kifayət qədər əzablı və ağrılı bir işdir (O, böyük ədibimiz Mir Cəlalla bağlı monoqrafiyasında
aşağıdakı fikri
heç bir tərəddüd etmədən
ədəbi dövriyyəyə
buraxır: "Bizim ədəbiyyatımızla ədəbiyyatşünaslığımız
arasında sovet rejiminin ədəbiyyat siyasəti Cin səddi kimi dayanır"). Lakin alimin
həm yazıılı,
həm də şifahi nitqində onun bu əzablı
işi nə qədər zövqlə həyata keçirdiyi aydın sezilir. Demək ki, insan çəkdiyi iztirabın
nisbətində zövq
alar; nə qədər
ac olsa, yeməkdən , nə qədər yorğun olsa, dincəlməkdən, nə
qədər axtarsa, o qədər tapmaqdan zövq alar.
Keçmiş dövr professor Təyyar Salamoğlu qələmində
süzgəcdən keçirilir
və gələcəyə,
gələcək nəsillərə
ötürülür. Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının, elminin keçdiyi inkişaf yolları tənqidçi -alimin qələmində
əsrarəngiz bir dünya kimi gözlərimiz önündə
canlanır. Onun elmi əsərləri dövrün, epoxanın, son əsrlərin bədii mətnlərdə yatan həqiqətlərini
cəm halında, kitab şəklində oxucuya təqdim edir. Bütün elmi kitabları onun
gələcək nəsillərə,
gələcəkdə yaşayacaq
insanlara əmanətidir,
ərməğanıdır.
Ustad, əsasən,
XIX əsrin sonu və XX əsrin bütün onilliklərinin
ədəbi-bədii təsərrüfatını
tədqiqata cəlb etməsinə baxmayaraq , eyni zamanda,
yaşadığımız dövrün də ədəbi prosesi ilə sıx bağlıdır. Ədəbiyyatşünas
və tənqidçi
Təyyar Salamoğlu Azərbaycan ədəbiyyatının
yalnız tədqiqatçısı
deyil, həm də təbliğatçısıdır.
Ədəbiyyat canlı bir prosesdir. Ədəbi tənqid isə bütün vəziyyətlərdə
ədəbi prosesin, böyük ədəbiyyatın
yol yoldaşıdır.
Ona görə də mühitə, bədii düşüncə
materiallarına fəal
tənqidçi mövqeyinin
nümayişi, eləcə
də tənqidin bədiiliyə və reallığa münasibəti
ən önəmli məsələdir . O, ədəbi tənqidimizin
müasir inkişaf meyllərini işıqlandırarkən
bədii ədəbiyyatımıza bələdçilik
etmək missiyasını
da yerinə yetirmiş olur.
Bu ilin mart ayında işıq üzü görən "Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı" (2025) kitabının elmi-ədəbi
mühitdə maraq doğuracağını, həm
də öz layiqli qiymətini alacağını
düşünürük. Bu kitabda yer
alan yazıları yeni
metodoloji prinsiplərlə
qələmə alınmış
ədəbiyyat tarixi də adlandırmaq olar. Kitabda yeni
ədəbiyyat tarixi yaratmağın nəzəri
eskizləri ilə yanaşı, davam etməkdə olan müstəqillik dönəmi
tarixi, onun ədəbi-estetik və ictimai-fəlsəfi mərhələlərini,
bədii-poetik keçidlərini
izləməyə imkan
verən məqamlar, müşahidələr və
ümumiləşdirmələr yer alır.
Bir zamanlar
böyük yazıçı-alim İsmayıl
Şıxlı tənqidçiləri
üç qrupa ayırırdı.
Birinci qrupa aid edilən "... tənqidçilərimizin bir
qismi həyatda baş verən ictimai-siyasi prosesləri izləyir, yazıçı
ilə bərabər yanır, ədəbi prosesə qaynayıb-qarışaraq,
onun qüsurlarına qəzəblənir, müvəffəqiyyətlərinə
sevinir, müsbət cəhətlərin inkişaf
və istiqamətləndirilməsinə
çalışır. Bu
cür tənqid yüksək nəzəri
səviyyədə olmaqla
bərabər vətəndaşlıq
ehtirası ilə daha da zənginləşir".
İsmayıl Şıxlıya
görə, "ikinci
qrup tənqidçilər
adi seyrçilərdir.
Onları ədəbi
prosesdəki problemlərdən
daha çox meydana gələn əsərlərin miqdarı
maraqlandırır. Bu
cür tənqidçilər
hesablayıcı maşın
kimi hər şeyi qeyd edir, bütün yazıçılar, bütün
əsərlər haqqında
eyni soyuqqanlıqla, eyni qəliblərlə, standart və şablon ifadələrlə
soyuq mühakimələr
söyləyirlər. Bu
cür tənqidin nə müəllifə, nə də ədəbi prosesə xeyri var". Görkəmli ədibə
görə "... üçüncü qrup
tənqidçilər də
var ki, bunları
bədii yaradıcılığın
ümdə məsələləri
yox, yazıçının
avtoriteti maraqlandırır.
Bu cür tənqidçilər yalnız
ədəbi avtoritetlərə
xidmət etməyə
cəhd göstərir
və bu ədəbi avtoritetlərin
ən zəif əsərlərini belə
şedevr kimi qiymətləndirirlər. Bunun
da nəticəsində
yalançı təriflər
və yaltaq tənqidlər yaranır.
Beləliklə də
saxta etalonlar, toxunulmaz "müqəddəslər"
meydana çıxır".
Görkəmli yazıçının
tənqidlə bağlı
təlaşı
bizə bunları
deməyə əsas verir ki, getdikcə
əlvanlığını itirib boz rəng
alan, əqidəsizlik , etibarsızlıq, mənəviyyatsızlıq
sindromuna düçar
olan dünyamızda
daha çox həqiqi ziyalıya və ziyalılığa
ehtiyacımız var! Təyyar müəllim özünün
də çox sevdiyi müəlliminin - böyük ziyalının
ümidlərini doğruldan
xələfi, günümüzün
işıqlı insanlarındandır!
Tərəddüd etmədən
deyə bilərik ki, o, İ.Şıxlı
təsnifatının birinci
qrupunda yer alır.
Yaradıcılığının
kamillik, müdriklik , məhsuldar dövrünü yaşayan, Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı,
milli ictimai fikrinə töhfə dəyərində çoxcəhətli
elmi axtarışlarını
inamla davam etdirən Təyyar Salamoğlunun 65 illik şərəfli ömür
yolunun daha da uzanmasını
uca Yaradandan təmənna edərək dərin duyğularla dilə gətirir, sağlam ruhla yeni-yeni yaradıcılıq
uğurları arzulayıram!
MƏHRUX DÖVLƏTZADƏ
Filologiya üzrə fəlsəfə
doktoru
ADPU-nun
müəllimi
Olaylar.-
2025.- 11-17 aprel, №12.- S.17-18.