Beyrəkpyesində postmodernlə

antik mətnlərin dialoqu

 

Xor yum dekonstruktiv kontekstdə

 

Postmodernizm bütün sakrallaşmış narrativləri şübhə altına alır, miflərlə, dastanlarla, antik mətnlərlə postmodern oyun quraraq oynayır, onları yenidən şərh dekonstruksiya edir. Mətnə bu cür postmodern yanaşma müəllifə zamanın doqmatik qavrayışlarından azad olmaq onun yeni şərhlərini yaratmaq imkanı verir. Azərbaycan postmodern ədəbiyyatında aparıcı mövqedə duran Kamal Abdulla yaradıcılığında bu məqamlar yalnız nəsr poeziyada deyil, dramaturgiyada da öz parlaq əksini tapır.

Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu var imiş", "Ruh", "Pis kişi", "Yağmurlu gecələr" "Elə bil qorxa-qorxa", "Bir,iki-bizimki!","Casus", "Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır" kimi dram əsərləri Azərbaycan postmodern dramaturgiyasının mərkəz xəttini təşkil edən əsərlərdir. Kamal Abdulla yeni "Beyrək" adlı pyesində "Kitabi Dədə Qorqud" motivlərinə yeni zamanın - XXI əsrin mətn tendensiyaları ilə yanaşaraq postmodern Azərbaycan dramaturgiyasının növbəti nümunəsini yaratmışdır. "Beyrək" dramında ilk diqqəti cəlb edən şaman rəqsidir. Belə ki, qara çadıra etiraz edən Baybura ilə Baybecan dastanda Dədə Qorqudun məsləhəti ilə yetim sevindirməklə, qurban dua ilə övlad sahibi olurlar. Pyesdə bu məqam bir qədər fərqli təqdim olunur. Kamal Abdulla tanrıdan övlad istəmə ritualına şaman rəqsi daxil etməklə orijinal dastan mətninin bizə çatan yazılı mətndən daha qədim olduğuna dair mesaj verir: "Qazan. (naiblərə) Gedin, çağırın dədə gəlsin. (Bəylərə) Siz tanıq olun, o da tanıq olsun. Gəlin, gəlin tanrıya dualar edək. Bəlkə Allah-taala Baybecan bəyə bir qız övlad, Baybura bəyə bir oğlan övlad verə. Bunlar dəxi muradlarına yetişsinlər. Bəylərdən bir-ikisi səhnədən çıxır. Digər bəylər rəqs edə-edə dua edirlər."

Pyesdə orijinal mətnin incə bir şəkildə dekonstruksiyası bir çox məqamda qarşımıza çıxır. Biz bu yazımızda pyesdə diqqət cəlb edən belə məqamlardan birinin - pyesə milli dramlar üçün qeyri-ənənəvi olan xorun daxil edilməsi üzərində dayanacağıq. Öz kökünü qədim yunan faciəsindən başlayan xor həmin dövrdə əsərdə keçmişin əks-sədası olduğu qədər, gələcəyin xəbərçisi kimi çıxış edirdi. Daha sonrakı dövrlərdə xor elementinin qədim yunan dramaturgiyasındakı funksiyasında daha az istifadə edilsə da, onun əsərin məğzinə təsir potensialı sonralar da öz əhəmiyyətini saxlaya bildi. Məsələn, Bertolt Brextin "Kuraj ana uşaqları" əsərində xor hadisələri şərh edir tamaşanın müharibə əleyhinə mesajını vurğulayırdı. Müasir dramatik mətnlərdə xor tamaşaçını mətnin alt qatına yönləndirərək geniş sosial siyasi kontekstlərə diqqət çəkir. Postmodern dramaturgiyada xor tam yeni gözlənilməz rolda çıxış edərək milli ədəbiyyatda möhkəmlənmiş ənənəvi formanın quruluşunu dekonstruksiya etmək üçün istifadə edilir. Kamal Abdullanın "Beyrək" pyesində biz xorun əsərin teksturasında yalnız formal element kimi qalmadığını, əksinə əsərə birbaşa müdaxilə edərək müxtəlif funksiyaları yerinə yetirdiyini müşahidə edirik. Əsərin əvvəlində xor Dədə Qorqudun kəlamlarını ifa edir, Baybura Baybecanla birgə xudaya dua edir.Pyesin kulminasiya nöqtəsinə yaxınlaşdıqca xor daha da aktivləşir, presmologiyaya keçir, gələcək taleyi haqqında Beyrəyə xəbər verir. Maraqlıdır ki, pyesdə qəhrəmanla xorun qarşılıqlı dialoqu da önə çıxarılır. Bu dialoqun yaranmasının səbəbkarı da məhz xor olur. Belə ki, "Beyrək " pyesindəki xor yalnız gələcəyi xəbər verməklə öz işini bitmiş bilmir, qəhrəmana məsləhət vermək üçün onunla birbaşa dialoqa girir. Belə ki, gələcəklə bağlı xorun xəbərdarlığına Banuçiçəyə sevdasından əl çəkmək məsləhətinə Beyrək qəti şəkildə etiraz edir:

" Xor:

.....

İgid Beyrək!

Bəlkə sən bu sevdadan əl çəkəsən?!

Bir kənara çəkiləsən?!

Bu yolda səni gözlər, bilməzsən.

On altı il qürbət eldə həbslərdə çürürsən,

Oğuza geri gəlməzsən.

İgid Beyrək, bəlkə sən

bu sevdadan vaz keçəsən, çəkiləsən?!

Beyrək. (Banuçiçəyə bir daha diqqətlə baxır, sonra Xorun qarşısına gəlir, Xora) Yox! Yox!! Bir dəxi yox!!! Vaz keçməm".

Daha sonrakı bölümlərdə xorun Bayburdla dialoqundan onun nəinki gələcəyi görmək, qəhrəmana məsləhət vermək, hətta əsərdə konflikt yaratmaq funksiyası da meydana çıxır. Casusla birgə nifaq yaratmaq üçün hərəkətə keçən xor bu məqamda əsərin əsas mənfi qəhrəmanlarından birinə çevrilir:

Casus. Olarmı, Bayburd məliyim, sözlə yox, hərəkətlə söyləyim?!

Bayburd. O necə olur?!

Musiqi səslənir. Casus rəqs edir. O rəqs etdikcə...

Xor. Bayburd bəyi, bilirmisən, nələr oldu?!

İç Oğuzda qanlı düyün quruldu.

Beyrək sabah gecə gərdəyə girir

Bayburd. Girsin. Mənə ?!

Xor. Baybura oğlu Beyrək

sabah gərdəyə girir.

Bir sor kiminlə girir?!

Bu funksiyası ilə xor həm gələcəkdə baş verəcək İç Oğuz Dış Oğuz konfliktinin başlanğıcını qoyur, həmin konfliktdə öz rolunu məharətlə ifa edir. Burada bir məqamı da vurğulamaq yerinə düşər. Xorun pyesdə bu şəkildə aktivliyi antik dramaturgiyadan gələn məqamlarla yanaşı postmodern poetika ilə əlaqəli bir məqamdır. Klassik dramaturgiyada mövcud olan aktyorlar tamaşaçılar arasındakı görünməz "dördüncü divar" postmodern dramaturgiyada çöküşə uğrayır aktyorlar birbaşa tamaşaçılara müraciət, baş verənləri şərh, hətta müəlliflə mübahisə kimi üstünlüklər əldə edirlər.

Əsərin sonunda Dədə Qorqudun yum yumlaması ilə xorun nəğməsi sintez şəklində təqdim edilir. Kamal Abdulla bu məqam vasitəsilə Kitabi Dədə Qorqud boyları ilə yunan mif-dramları arasındakı oxşarlığı poetik element səviyyəsində oxucuya çatdırır.

Beləliklə, postmodernizmdə dramla epik mətnin kəsişmə nöqtəsində insan, eləcə onun tarixdə, mədəniyyətdəki yeri haqqında yeni narrativ yaranır. Bu narrativ müəllifin ironiya, parodiya oyundan istifadə edərək xaosda kosmosu axtarmaq cəhdidir. Kamal Abdullanın "Beyrək" pyesində isə bu postmodern axtarış yalnız epos dram kontekstində deyil, həm antik yunan mətni, qədim türk epos ənənəsi müasir postmodern poetika kontekstində reallaşır. Kulis.az

 

Elnarə  Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

"Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi

Fil.f.d., dosent

 

Olaylar.- 2025.- 18-24 aprel, №13.- S.19.