Dərdimizin göynərtisi misralarda
Təranə Dəmir yaradıcılığından
bir məlhəm...
Hər bir insan ömür
yolunda müxtəlif məhrumiyyətlərlə, ağrı
və acılarla qarşılaşır. Bu
təcrübələr ayrı-ayrılıqda
fərqli görünsə
də, ümumiləşdirəndə
hamısının təməlində
eyni mənzərəni
sezirik. Sanki bütün bunlar, Çeçenistanın ilk
prezidenti Cövhər
Dudayevin adından tez-tez qarşıma çıxan bir fikrin təsdiqi kimidir. Dudayev deyirdi:
"Əgər indiki ataların qorxaqlığını "ehtiyatlılıq"
adlandırırlarsa, elə
bir zaman gələcək ki, uşaqların köləliyini
də "sadiqlik"adlandıracaqlar."
Yazıya bu
qədər uzaqdan başlamağımın xüsusi
bir səbəbi var: bizim tərbiyə
metodlarımızda kök
salmış gerilik anlayışının, ədəbiyyatımızda
- xüsusilə şairlərimizin
yaradıcılığında - necə əks olunduğundan bəhs etmək niyyətindəyəm.
Çünki yuxarıda qeyd etdiyim kimi, fərd
olaraq yaşadığımız
hər bir ağrını ümumiləşdirib poetik çalarlarla oxucusuna çatdırmaq əsil ziyalılıq və istedad tələb edir.
Hələ XX əsrin əvvəlində
Mirzə Ələkbər
Sabir yazırdı ki, "Qeyrətimiz bəlli bütün millətə", amma ardınca sərt bir həqiqəti də üzümüzə
vururdu:
Dindirir əsr
bizi - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ
avtomobil minməyiriz...
Sabirin bu
fəryadından sonra
dayanıb düşündükcə
anlayırsan ki, üzərimizə çökmüş
gerilik yalnız bir əsrə aid deyil; bu
gün də başqa adlarla, başqa biçimlərlə qayıdıb
bizi tapır. Nə qədər zaman keçsə də, dəyişən yalnız görünüşdür,
mahiyyət isə eyni qalır: aldadılmağın, yalan
ümidlərlə yaşamağın
nəsillərdən-nəsillərə ötürülməsi.
Elə buna
görədir ki, ötən gün çağdaş ədəbiyyatmızın
öncül şairindən
biri olan Təranə Dəmirin
"ALDATDI BİZİ" şeirini oxuduqca misralar məni eyni sızıltı ilə göynətdi:
Balım, şəkərim
dedilər,
Noğullar aldatdı
bizi.
Göydən üç alma düşmədi,
Nağıllar aldatdı bizi.
Uşaqlıqdan dilimizə hopdurulan "balım, şəkərim"
kimi nəvazişli sözlər, nağılların
bəzəkli axarı
bizi reallığın
sərtliyindən uzaqlaşdırır.
Şair burada çox sadə görünən bir həqiqəti açır:
bizə həqiqət
yox, gözəlləşdirilmiş
təskinlik öyrədilib.
Bu təskinlik isə illər sonra aldanışa çevrilir.
Düşdük fələyin dalınca,
Suyun, çörəyin
dalınca,
Ac qaldıq,
çapdıq qılınca,
Cığırlar aldatdı bizi.
Bu misralarda
Sabirin "əsr bizi dindirir - dinməyiriz" gileyinin davamını görürük.
Hərəkət var,
mübarizə var, çarpışma var - lakin istiqamət yenə səhvdir. Cığırların aldadıcı
olması, əslində,
bizə yön verənlərin, bizi yetişdirənlərin, tərbiyə
edənlərin yol göstərməkdə yanılması
deməkdir. Hərəkət
etmək kifayət deyil; doğru istiqaməti görmək lazımdır.
Dərədən, təpədən keçdik,
Dənizdən, ləpədən keçdik,
Neçə cür zirvədən keçdik,
Çuxurlar aldatdı bizi.
Tarixin bütün
sınaqlarından keçən
bir xalqın yenə də eyni çuxurlarda ilişib qalması təsadüfi deyil. Burada şair çox incə bir məqamı göstərir: biz çox zaman görünən təhlükələrdən
qorunmuşuq, amma görünməyənlərə hazırlıqsız olmuşuq.
Bu da tərbiyənin
nəticəsidir - bizə
qəhrəmanlıq öyrədilib,
amma ayıqlıq yox; dözüm öyrədilib, amma düşünmək yox.
Yalanlara
arxalandıq,
Bar verdikcə uralandıq,
Medal-medal
qaralandıq,
Uğurlar aldatdı bizi.
Burada isə cəmiyyətin yanlış dəyərlər
sistemi açılır.
Həqiqətin əvəzinə
görüntüyə inanmağımız,
mahiyyətin yerinə
medalı üstün
tutmağımız - bunların
hamısı uşaqlıqdan
formalaşan tərbiyənin
nəticəsidir. Görünənin
arxasında boşluq olanda uğur belə aldatmacaya çevrilir.
Ürək qaldı, gözə
qaçdıq,
Sükut
qaldı, səsə qaçdıq,
Sevgidən həvəsə qaçdıq,
Sığallar aldatdı bizi.
Ən ağrılı sonluq budur: dəyər dəyişməsi. Ürəyi
qoyub gözə qaçmaq - daxili mahiyyəti qoyub zahirə sarılmaq - bu gün tərbiyənin
ən böyük itkisidir. Sükutu, dərinliyi, düşüncəni
itirib səsliliyin, görüntünün, ötəri
həvəsin arxasınca
qaçmaq - bu, yalnız cəmiyyətin deyil, fərdin də taleyini alt-üst edir.
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi
Birliyinin
və "Ağsu Yazarları"
Ədəbi Birliyinin üzvü.
Olaylar.- 2025.- 12-18 dekabr, ¹43.-
S.23.