Dünya səhnələrində tanınmaq üçün

daha çox çaba göstərməliyik

 

Xalq artisti Gülyanaq Məmmədova ilə sənət, zəhmət məsuliyyət söhbəti

 

Musiqi -sözlə ifadə olunmayan duyğuların, tariximizin, ruhumuzun ən incə xatirələrimizin ən səmimi tərənnümüdür. Azərbaycan musiqisi isə sadəcə notlardan ibarət deyil, o, xalqın tarixindən gələn bir nəfəs, mənəviyyatımızın aynası, hər bir azərbaycanlının qəlbində dərin iz buraxan bir xəzinədir. Bu zəngin irsi yaşadan, sənətə ömrünü həsr edənlər isə həm ənənəni qoruyan, həm onu çağdaş səhnədə yeni nəfəsə çevirməyi bacaran ustalardır. Belə sənətkarlarımızdan biri Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovadır. O, həm doğma musiqimizin zənginliyini dünyaya tanıdır, həm xalq bəstəkar mahnılarının, muğamlarımızın mahir ifa ustalığı ilə gənc nəslə ilham verir. Bu gün Azərbaycanın xalq artisti kimi tanınan sənətkar həm ölkə daxilində, həm türk dünyasında xüsusi hörmət sevgi qazanıb. Onun Özbəkistan Türkmənistan kimi qardaş ölkələrdə layiq görüldüyü yüksək mükafatlar sənətinin sərhəd tanımadığını bir daha sübut edir Bu müsahibədə Gülyanaq xanımla musiqiyə olan sevgisi, yaradıcılıq yolunda qarşılaşdığı çətinliklər uğurlu layihələrinin arxasında duran fəlsəfəsi barədə danışacağıq.

- Musiqi sizin üçün ifadə edir? Musiqi ilə əlaqəniz necə başladı bu sənətə gəlməkdə ən böyük ilham mənbəyiniz oldu?

-  Musiqi mənim üçün hər şeydir. Damarımda axan qanım, ruhum, həyatımdır. Musiqisiz, səhnəsiz özümü təsəvvür edə bilmirəm. Demək olar ki, musiqiyə sevgim elə ailəmdən başlayıb. Təbii ki, biz azərbaycanlıyıqsa, hamımızın genində, qanında musiqi var. Laylalarımızda, analarımızın söylədiyi o laylalarda elə bir gözəllik, bir sevgi var ki, biz doğulandan musiqi səsi eşidə-eşidə yatır, böyüyürük. Segahlarımız, muğamlarımız da bu ruhun bir parçasıdır. Ona görə mənim üçün musiqi-həyatdır. Musiqiyə sevgim sonsuzdur. Mənim üçün musiqi dərmandır, müalicədir. Bir sözlə, hər şeydir.

 -Xanəndə vokalist kimi musiqi texnikası, üslub ifa tərzinizdə hansı prinsiplər sizə rəhbərdir?

- Mən xanəndəyəm təbii ki, vokalistlərin öz oxuma üslubları, oxu tərzləri, səsi açma texnikaları, öz dəsti-xəttləri var. Biz xanəndələr isə fərqli olaraq öz üslubumuz, öz oxuma tərzimiz, ən xırda detallarımızla seçilirik. Muğamlarımız şifahi şəkildə, nəsildən-nəslə ötürülərək gəlib bu gün həm milli estradamız, həm mahnı janrı, həm vokal əsərləri muğamların üzərində kökləndiyi üçün onlardan doğur. Bu səbəbdən onların hər biri muğama bağlıdır. Məsələn, mahnı ifaçıları vokalistlər notlarla bəstəkarlarımızın yazdığı hazır əsərlərlə çalışır həmin çərçivədən kənara çıxa bilməzlər. Çünki bəstəkar əsəri necə yaradıbsa, ifaçı onu o şəkildə təqdim etməlidir. Vokal əsərlərini oxumaq da heç asan deyil-onun öz tərzi, çətinliyi, məsuliyyəti var. Xanəndəlikdə, muğam ifaçılığında isə xanəndənin öz oxuma üslubu, öz tərzi, dəmində, orta-zil səslərində cavab verməsi, bir dəstgahın ifasında bütün imkanlarını göstərməsi önəmlidir. Bu gün çox xoşdur ki, qədər gəncimiz muğama üz tutur, muğamı öyrənmək istəyir. Mənim düşüncəmə görə, hansı janrda ifaçı olur-olsun, hətta muğam oxumasa belə, muğam barədə məlumatlı olması çox gözəldir. Qoy bilsinlər ki, oxunan bütün əsərlər hansı muğama istinad edir

- Siz yalnız Azərbaycanda deyil, Özbəkistanda digər türk xalqlarında da mükafatlar qazanmış sevilən sənətkarsınız. Bu sizin üçün ifadə edir musiqimizin tanınmasına necə töhfə verirsiniz?

- Mən, bəli, Azərbaycanın Xalq artisti olduğum, Özbəkistan Respublikasının Xalq artisti adına layiq görüldüyüm, Türkmənistan Prezidentinin "Altun əsir - bəşəri yenicisi" mükafatını aldığım, Qələbə Günümüz münasibətilə "Türk Dünyasının Sanatçısı" "Küresel Başarılar" ödülünə layiq görüldüyüm, ​Türk Dünyası Birləşmiş Ziyalıları Təşkilatı (BZT) - Turan Akademiyasının "Fəxri doktoru",  Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Muğam sənəti kafedrasının dosenti kimi, Nazirimiz tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldüyüm üçün, Türksoy-un 30 illiyi münasibətilə medal aldığım, Vətən müharibəsi zamanı vətənpərvərlik ruhunda ifalar etdiyimə görə medalla təltif olunduğum üçün - bütün bu titulları sadaladıqca özüm fərəhlənirəm. Çox şanslıyam xoşbəxtəm ki, bu adlara layiq görülmüşəm. Mənə bu dəyəri verən dövlət başçılarına, təşkilat rəhbərlərinə bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. onu qeyd etmək istəyirəm ki, bəli, mən bu adlara, bu yüksək titullara, mükafat medallara layiq görülməmişdən öncə ölkəmi, musiqimizi, mədəniyyətimizi təmsil edərkən- istər türkdilli dövlətlərimizdə olsun, istər Azərbaycan hüdudlarından kənarda, Avropa ölkələrində, Amerikada, Rusiyada heç vaxt hansısa mükafatı düşünərək səhnəyə çıxmamışam. Mən sənətimi sevərək, səhnəni, millətimi, musiqimizi sevərək digər ölkələrin vətəndaşları qarşısında çıxış etməkdən qürur duyaraq addım atmışam. O adlar, o titullar, o mükafatlar sonradan öz-özünə gəlir, ifaçını tapır. Mən onların ardınca qaçmamışam. Sadəcə başımı aşağı salıb işimi sevə-sevə görmüşəm. İçimdən gələn sevgi, vətənpərvərlik, millətçilik, dövlətçilik ruhu, xalqıma olan məhəbbət mədəniyyətimizə olan sevgim məni bu uğurlara gətirib çıxarıb. Mən bunu səmimiyyətlə deyə bilərəm. Bu gün çox xoşbəxtəm bundan sonra da Allahdan yalnız sağlamlıq, güc, qüvvət istəyirəm ki, mənə o enerjini yenə versin ölkəmi layiqincə təmsil etməyə davam edim. Mən bundan şərəf duyuram. Ölkə daxilində durmadan çalışıram, tələbələr yetişdirirəm. Səhnələrdə, tədbirlərdə, dövlət tədbirlərində yorulmadan, sevə-sevə iştirak edirəm. Ölkədən kənarda isə heç asan olmur. Niyə bunu deyirəm? Siz türkdilli dövlətlərdən söz açdınız deyə... Mən bütün türkdilli xalqların musiqilərini oxumaq üçün zaman zəhmət sərf edirəm ki, onların dilini, deyiliş tərzini, intonasiyasını öyrənim. Hər dilin özünəməxsus səs, ahəng xüsusiyyətləri var. Bunları öyrənmək üçün insan bəzən öz sağlamlığından, vaxtından ayırmalı olur. Biz bəzən studiyadan tədbirə, tədbirdən uçuşa gecə-gündüz qaçırıq. Hər şeyin önündə zəhmət dayanır. Mən bu mahnıları sevə-sevə oxumuşam - qazax, qırğız, özbək, türkmən, tatar, uyğur hamısına zaman ayırmağa çalışmışam. Son illərdə ölkəmizdə türkdilli dövlətlərə aid çox tədbirlər keçirilir onların hər birində - xüsusən Gülyaz xanımla birlikdə ən çox iştirak edən müğənnilərdən biri oluruq. Bu mənim üçün böyük xoşbəxtlikdir. Təbii ki, bəzən toy tədbirlərə gedirik ki, maddiyyatımızı təmin edək. Qazandıqlarımızı yenidən səhnə işlərinə, səs yazmalarına sərf edirik. Çünki səhnə arxasında da çoxlu xərclər problemlər var bunları qarşılamaq lazımdır. Bu da zəhmət tələb edir-qazanıb yenidən sənətə xərcləmək. Mənə elə gəlir ki, işini sevən hər bir insan bunu edir etməlidir.

-Gülyanaq xanım, siz həm universitetdə dosentsiniz. Tələbələrinizə musiqi sənətini öyrədərkən nəyə xüsusi diqqət yetirirsiniz gənclərə örnək olmaq sizin üçün deməkdir?

- Mən bir müəllim kimi bu işimdən zövq alıram. Müəllimlik ümumiyyətlə həm gözəl, həm şərəfli, həm çətin, həm asan peşədir. mənada? Müəllim öyrədə-öyrədə öyrənir, öz biliyini təkrarlayır, yaddaşını yeniləyir, tələbəyə öyrədə-öyrədə özü yeni şeylər kəşf edir. məsuliyyətlidir. Ona görə ki, sən özünün gələcəyi olan davamçılarını yetişdirirsən. Onlar öz adına layiq, zəhmətimizə layiq olmalıdırlar, ustadımızın adına layiq olmalıdırlar. Mən bu davamçılarımı yetişdirməliyəm. Ona görə məsuliyyətlidir. Həm gözəldir, çünki bu işi sevirəm. Asanlığı necə vurğulayım sizə? Asanlığı odur ki, mən tələbələrimlə həm ana kimiyəm, dostam. Onlarla gözəl bir səmimiyyət var. Hörmətin içində, o məsuliyyətin içində, o peşəkarlığın içində bir sadəlik var ki, onu da tələbə götürməyi bacarmalıdır -səmimiyyəti, istəyi. Özünü sevdirməlisən, muğamı da sevdirməlisən. Ümumiyyətlə, bir müəllim hansı peşədən dərs deyirsə, o fənni uşaq ya tələbəyə sevdirməyi bacarmalıdır. Biz yeni nəsillə işləyirik-evli olan da var, gənc olan da var, yaş fərqi yoxdur. Ona görə biz onların hər birinin dilini tapmağı bacarmalıyıq. O məsuliyyəti, o sevgini yaratmağı bacarmaq lazımdır, mən belə düşünürəm. Bu gün xoş ki, muğamımıza qədər bir-birindən gözəl gənclər üz tutur. Özünüz görürsünüz, ölkəmizdə keçirilən Beynəlxalq Muğam müsabiqələri, Respublika Muğam müsabiqələri, digər müsabiqələrimiz var. Hətta televiziya ekranlarımızda olan müsabiqələrdə milliyə ayrıca yer ayrılırdı, həmişə ifa olurdu, bunu da alqışlayıram. Görürsünüz, hərtərəflidir. Bütün janrlara sevgi olduğu kimi, hamısı muğamdan qaynaqlanır. Muğama axın çoxdur. Demək olmaz ki, muğam bu gün yoxdur, ifa olunmur. Xeyr. Xalqımız arasında muğamsevərlər, ziyalılar, kiçik orta yaşlı nəsil var ki, onların hər birinin zövqünü oxşamaq üçün musiqi aləmimiz çox şaxəlidir. Amma bəli, onlara örnək olmaq da həm muğam ifaçılığının özündə bir mədəniyyət, xanımlıq, centlmenlik, bəylik, gözəl əxlaq, ismət dəyərləri durur. Muğam ifaçısı bu dəyərləri muğamda tapdığı kimi, geyimində, oturuşunda-duruşunda, danışığında, tələffüzündə göstərməlidir.

Bu sənətdə nələrə nail olmuşamsa, hərtərəfli şəkildə - istər ailədə, istər sənətdə hər şeyə diqqət edərək çalışıram ki, səhnə mədəniyyətinə, geyimə, danışığa necə diqqət edirəmsə, tələbələrimə onu örnək olum. O yolla, o cığırla getmələrini istəyirəm ki, onlar da həmişə örnək olsunlar. Hər yerdə yerini bilsinlər -həm ifalarında, həm davranışlarında. Bu, mənim üçün önəmli olan bir şeydir. Gülyanaq-Gülyaz adı orada durursa, mən düşünürəm ki, tələbələrimiz ən azından biz necə sevilmişiksə, qədər hörmət qazanmışıqsa, necə dəyərləndiriliriksə... Mən bu xalqımıza minnətdaram sevənlərimizə, dəyər verənlərə. Ona görə istərdim ki, necə seviliriksə, mənim tələbələrim yetirmələrim o cür sevilsinlər, həm gözəl ifaçılar olsunlar, nümunəvi olsunlar.

-Müasir dövrdə gənclərin musiqiyə marağı necədir? Sizcə, Azərbaycan musiqisi gənclər tərəfindən necə qəbul olunur onu daha da dünyaya tanıtmaq üçün hansı addımlar atılmalıdır?

- Bu günkü gənclərimizi heç tənqid etmək istəmirəm. Əksinə, onlarda hər şey var. Musiqinin bütün janrlarına sevgi var. Onu deyə bilərəm ki, qədər ki bu musiqilərimiz var... "Bayağı mahnı" sözünü sevmirəm. Toylarımızda oxunan mahnılar, o aralıq mahnılar hər zaman olub. Lakin peşəkar səhnə ifaçılığı isə tam başqa bir məsələdir. Mən özüm kənddə böyümüşəm bəli, o mahnıları sevirdim, bəyənirdim, ifa edirdim. Hansı ki bayaq dediyim müasir mahnılar -elə mənim dövrümdə öz "müasir mahnılarımız" var idi yaşımıza görə. O aralıq mahnıları toylarımızda, kasetlərdə görürdük, eşidirdik mən oxuyurdum onları. Sonralar məktəb gördükcə, musiqinin dərinliyini öyrəndikcə daha zövqlü, daha gözəl əsərlərə yönəldim.

Əlbəttə, o mahnılar toylarımızda oxunur-oxunsun. Zamanın ələyindən keçən hər şey kimi təkcə musiqi yox, istedad da özünü göstərir. deyərdim ki, gənclərimiz arasında çox ağıllı, savadlı olanlar var. Mən çox sevinirəm ki, bu günkü gənclərimizin savadı, yanaşmaları çox gözəldir. Tədbirlərdə görürəm, o qədər könüllülərimiz var ki! Onların hər biri ali təhsil alan, universitet tələbələridir. Ölkəmizdə tədbirlər olanda onlar fəal şəkildə qatılırlar. Xarici ölkələrdən gələn qonaqların qarşılanması, beynəlxalq tədbirlərdə iştirak... Hər birində bizim gənclərimiz ingilis, alman, fransız, rus dillərində elə gözəl danışırlar ki... Bizim çox gözəl yetişən gənclərimiz var. Gəlin bunları da qeyd edək. Hamısını bir neçəsinin yanlışı ilə eyni yerə qoyub tənqid etmək olmaz. Yaxşı deyək ki, daha da yaxşı olsunlar. Təkcə musiqidə yox, digər sahələrdə , məsələn, rəqsdə qədər gəncimiz var.

Görürsünüz, bizim qədər tələbələrimiz var- rəqqasəlikdə, aktyorluqda, rejissorluqda... Hərtərəfli gənclər yetişir. Hər zaman da olub, olacaq da. O az sayda olanları çoxlara qurban verməyək. Mən doğrudan da millətimi, xalqımızı sevirəm- körpəsini , gəncini , yaşlısını da onların hər birinin zövqünə uyğun mahnılar oxumağa çalışıram. Gənclərimizi çox dəstəkləyirəm. Onlar bizim gələcəyimizdir, sağlam ruhda, sağlam şəkildə böyümələri gözəl bir şeydir. Allah hər birini qorusun, gələcəkləri parlaq olsun.

-Artıq zəngin bir yaradıcılıq yolu keçmisiniz. Gələcəkdə hansı layihələr üzərində işləməyi planlaşdırırsınız Azərbaycan musiqisinin beynəlxalq səhnədə tanınması üçün kimi təşəbbüslər görmək istəyirsiniz?

- Yaradıcılıq yolunu gedirik öyrənə-öyrənə gəlmişik. Yaradıcılıq bitmir, tükənmir. Hələ o qədər etmək istədiklərimiz var ki... Yaradıcılıq bitmir, tükənmir ki. Gələcək layihələr barədə əvvəlcədən plan tutulmur. Günbəgün işləyirik - yeni bir ifa, yeni bir mahnı, yeni bir əsər. Bir çox arzularım var, amma onları hələlik açıqlamaq istəmirəm. Gərək həyata keçirəm, sonra açıqlama verim. Əvvəlcədən planlarım görəcəyim işlər haqqında danışmaq mənə düşmür. Həmişə demişəm, indi deyirəm: bu sənətdə heç planlanmır. Bir arzu, bir dəvət, bir ifadan doğulur. Çox istəyirəm ki, yeni layihələrimiz, gözəl işlərimiz olsun. Hər şeyin gözəlini arzulayıram bu yolda özümə can sağlığı diləyirəm. Azərbaycan musiqisi harda səslənsə, yeri var. Bütün əcnəbilər tərəfindən gözəl qəbul olunur. Çünki musiqimiz özü gözəl şirindir, istedadlı müğənnilərimiz, ifaçılarımız, sənətçilərimiz var. Ölkəmi təmsil edən bir xanəndə, ifaçı kimi deyə bilərəm ki, harda olmuşamsa - ölkəsindən asılı olmayaraq hər yanda Azərbaycan musiqisi sevilib, o qədər gözəl qarşılanıb. Rəqslərimiz, milli musiqimiz, muğamlarımız hər zaman böyük sevgi ilə qarşılanıb, bəyənilib. Mən bunun dəfələrlə şahidi olmuşam.

Bəzən aparıcılar bizi təqdim edərkən "dünya şöhrətli sənətçimiz", "sənətkarımız" deyirlər. Mən bu ifadəni daha çox Müslüm  Maqomayevə, Rəşid Behbudov Zeynəb Xanlarovaya aid edə bilərəm. Onların dövründə Azərbaycan üçün doğrudan da çox işlər görülüb, ölkələri dolaşıb xalqımızı layiqincə təmsil ediblər. Bu gün, bəli, biz varıq. Amma mən belə hesab edirəm ki, "dünya şöhrətli" deyəndə... Məsələn, Michael Jackson deyəndə- elə bir uşağa da dünyanın hər yerində desəniz, tanıyır. Yaxud Celine Dior, Jennifer Lopez başqaları... Biz dünya tərəfindən sevilən, hamının tanıdığı ulduzlardan danışırıq.

Bəli, biz ölkələrdə konsertlər veririk, oxuyuruq, Azərbaycan adını tanıtmağa çalışırıq. Amma yenə deyirəm: bizim istedadlarımız, sənətçilərimizin səsi, ifası həddindən artıq zəngindir, yüksək səviyyədədir. Hərdən mənə deyirlər ki, "bəlkə sən Avropa ölkələrindən birində, Amerikada yaşasaydın, bu səsinlə dünya ulduzuna çevrilərdin". Mənim özümə belə suallar verilir. Amma gəlin soruşaq: adi bir uşaq da Michael Jackson-ın adını çəkə bilir, amma dünya ulduzu deyəndə Azərbaycandan kimi çəkəcəklər? Bu, artıq bizim öz üzərimizdə çalışmalı olduğumuz məsələdir. Amma bu, o demək deyil ki, bizdə sənət, səs, potensial yoxdur. Azərbaycanda hər şey var. Musiqimiz zəngindir. Mən deyərdim ki, dünyada ən öndə gedənlərdəndir. İfaçılarımız, səslərimiz, musiqimiz-hamısı zəngin dərin məzmuna malikdir. Biz sadəcə öz dəyərimizi, öz qədrimizi bilməliyik. Allah bunu bizim millətə, bizim sənətə bəxş edib. Amma mən düşünürəm ki, razılaşarsınız, bir həqiqət var ki, Azərbaycandan kənarda - bəzi ölkələri çıxmaqla çox tanınmırıq. Bəli, Türkiyədə, türk dövlətlərində müəyyən qədər tanınırıq. Amma gəlin digər ölkələrə baxaq: Amerika, Avropa ölkələri, Fransa, Meksika başqa dünya ölkələri... Orada yüz adama sual verin, yüzündən biri bəlkə Azərbaycandan "dünya şöhrətli" hesab edilən sənətkarın adını çəkər. Bizi burada belə təqdim etmələrindən qürur duyuram, əlbəttə. Amma reallığı da görmək lazımdır. Yəni, dünya arenasında, dünya səhnələrində tanınmaq üçün daha çox çaba göstərməliyik. Burada maddiyyat da var, sərfiyyat da. Bu, təkbaşına olmur".

Gülyanaq Məmmədovanın yaradıcılığı göstərir ki, sənət yalnız ifa etməkdən ibarət deyil hər bir nota, hər bir mahnıya qatılan zəhmət, sevgi məsuliyyət onun dəyərini artırır. Hər ifaçı bu yolu şərəflə davam etdirdikcə, Azərbaycan musiqisi xalqın qəlbində yaşayır, mədəniyyətimizi gələcək nəsillərə çatdırır dünya səhnələrində öz layiqli yerini tutur. Onun öyrətdiyi yaşatdığı dəyərlər - səmimiyyət, zəhmətkeşlik, milli ruh peşəkarlıq yalnız musiqiyə deyil, həm gənclərə örnək olmaq yolunda əvəzsiz bir mirasdır.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2025.- 12-18 dekabr, ¹43.- S.20; 23.