Xəzər sahillərində sükutun səsi

 

Ölən suitilər yaşayan ekoloji böhran

 

Dekabrın əvvəllərindən etibarən Xəzər sahillərində narahatedici mənzərə hökm sürür: daşlıq sahillər, qamışlıq kolları dayaz çökəkliklər boyunca suiti cəsədləri. Yerli nəzarət orqanları ilkin mərhələdə 322 cəsəd qeydə alıb. Lakin sahil xətti boyunca axtarışlar davam etdikcə, rəqəmin çox daha yüksək olduğu üzə çıxdı. Bəzi sahələrdə cəsədlərin sayının 400-dən yuxarı olduğu bildirilir.

Bu, Xəzər suitisi üçün təkcə faciə deyil; Xəzər dənizinin ekoloji sisteminin çarəsizliyini açıq göstərən bariz bir işarədir.

Rəsmi qurumların verdiyi ilkin açıqlamalar suitilərin miqrasiya dövrünə işarə edir. Bu aylarda minlərlə suiti dənizin şimal qərb sahilləri boyunca hərəkətdə olur onların davranışı, qidalanması, hətta tənəffüs ritmləri belə dəyişir. Müşahidələr göstərir ki, suitilər suyun dibində yerləşən təbii qaz çıxışlarının yaratdığı oksigen çatışmazlığı ilə qarşılaşa bilirlər. Bu, onların boğularaq tələf olmasına səbəb ola bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: bir səbəbə bağlanmaq sadəlövh yanaşma olardı.

Son iki il ərzində aparılan tədqiqatlar göstərib ki, bir sıra suitilərdə sinir sistemi zədələyən "neuroinfeksiya" izləri aşkarlanıb. Bu, virus mənşəli ola  immuniteti zəifləyən heyvan sürülərində sürətlə yayıla bilər. Xəzərin ekosistemi son onillikdə kəskin dəyişdiyindən, suitilərin adaptasiya imkanlarının artıq tükənməyə başladığı fikri güclənir.

Ekoloqlar bildirirlər ki, su səviyyəsinin azalması, xüsusən 2020-ci illərdən etibarən sürətlənmiş proses suitilərin məskunlaşma çoxalma ərazilərini daraldıb. Suyun temperaturundakı artım, oksigen səviyyəsinin azalması balıq ehtiyatlarının tükənməsi onların həyat dövrünə mənfi təsir göstərir.

Xəzər suitisi planetdə yalnız bir yerdə - Xəzər dənizində yaşayır. Bu məməli dəniz üçün təkcə biomüxtəliflik göstəricisi deyil, həm qida zəncirinin ən vacib həlqələrindən biridir. Suitilərin azalması balıq populyasiyalarının dinamikasını dəyişir, planktonların yayılmasına təsir edir dəniz ekosisteminin tarazlığını pozur.

XX əsrin əvvəllərində Xəzərdə təxminən bir milyon suiti olduğu bildirilirdi. Bu gün isə onların sayı 80-100 min arasında qiymətləndirilir. Hər kütləvi tələfat hadisəsi bu populyasiyanın daha da sürətlə azalmasına səbəb olur bərpa prosesini çətinləşdirir.

Son illər Xəzər dənizinin səviyyəsi rekord həddə düşüb. Limanlarda gəmilər əvvəlki dayanacaqlardan uzaqlaşıb, suyun çəkilməsi ilə sahillər genişlənib, dayaz zonalar daha geniş əraziləri əhatə edir. Bu dəyişikliklər yalnız iqtisadi nəticələr yaratmır; dəniz canlıları üçün ölü zonalar formalaşır. Suitilər, xüsusən balası olan dişilər, dayaz sahillərdə istirahətə çıxır burada daha zəif müdafiəsiz olurlar. Suyun geri çəkilməsi onların ənənəvi məskənlərini dağıtdığından, hər il növbəti sürülərin daha uzaqlara getməsi, daha dərin sularda çimməsi tələb olunur. Bu yüklənmə onların immunitetini zəiflədir xəstəliklərə həssaslığını artırır.

Xəzər dənizini çirkləndirən çoxsaylı mənbələr var: sənaye tullantıları, neft-qaz hasilatı, gəmiçilik məişət çirkabları. Bu çirklənmə suitilərin qidalandığı balıq növlərini onların sağlamlığını sarsıdır.

Bir çox ekoloqlar bildirir ki, bu gün Xəzərdə suitilərin vəziyyəti dənizin "ekoloji göstəricisidir". Əgər onlar tələf olursa, deməli, ekosistemin digər hissələri təhlükə altındadır.

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Olaylar.az-a danışıb. Ekoloq bildirib ki, Xəzər suitilərinin son illər ərzində sürətlə azalması kütləvi şəkildə məhv olması təkcə mətbuatın deyil, ekologiya sahəsində çalışan mütəxəssislərin, bioloqların, ekoloqların, ümumiyyətlə, region dövlətlərinin diqqətində olan ən ciddi ekoloji problemlərdən birinə çevrilib. Əslində, bu proses uzun illərdir hiss edilirdi, lakin son hadisələr bu azalmanın kritik bir mərhələyə qədəm qoyduğunu göstərir. Suitilərin hər kütləvi ölümü xəbəri həm elmi ictimaiyyəti, həm ətraf mühit mövzularına həssas olan insanları narahat edir. Çünki suitilərin taleyi tək bir canlı növünün yox olması deyil, bütün Xəzər ekosisteminin gələcəyinə dair ciddi xəbərdarlıqdır. Bu populyasiya tamamilə yox olarsa, bu, təkcə region üçün deyil, həm dünya üçün böyük ekoloji elmi itki olacaq.

"Əslində, Xəzər dənizində təkcə suitilər deyil, bir çox digər canlı balıq növləri ya tamamilə məhv olub, ya da ciddi şəkildə tükənmək təhlükəsi ilə üz-üzədir. Keçmişdə Xəzərdə bol şəkildə rast gəlinən nərə balığı, kütüm, kefal kimi növlərin sayı dramatik şəkildə azalıb. Xəbərlərdə hər dəfə bu məzmunda bir məlumat yayılanda insanlar bir daha anlayır ki, Xəzərin bioloji müxtəlifliyi sanki sakit görünməyən şəkildə əldən gedir. Bu prosesin durdurulmaması yalnız bir növün deyil, bütöv bir ekoloji zəncirin sıradan çıxması deməkdir. Xəzər suitilərinin son kütləvi ölümü ilə bağlı məlumatı eşitdiyim zaman yenidən çox üzüldüm. Bu xəbərlər, təəssüf ki, heç kəsi sevindirmir ekosistemdə gedən tənəzzülün davam etdiyini göstərir," - deyə ekoloq əlavə edib.

Q. İbrahimli qeyd edib ki, məsələnin iqlim dəyişiklikləri ilə əlaqələndirilməsi isə  inandırıcı görünmür. Bəli, iqlim dəyişikliyi bütün planetdə su hövzələrinə, canlıların yaşayış mühitinə təsir edir. Lakin Xəzər dənizinin xüsusiyyətlərini, burada yaşayan suitilərin biologiyasını nəzərə alsaq, iqlim dəyişikliyi onların belə kütləvi şəkildə qırılmasına səbəb ola biləcək əsas faktor kimi görünmür. Suitilər həm isti, həm soyuq mövsümlərdə uyğunlaşma qabiliyyəti olan canlılardır Xəzərin temperatur rejimi onların bioloji davamlılığını kəskin şəkildə dağıdacaq səviyyədə dəyişməyib. Eyni zamanda Xəzər dənizinin səviyyəsinin azalması da bu kütləvi ölümü tam izah etmir. Səviyyə aşağı düşdükcə bəzi sahil zonaları darala bilər, bəzi qida mənbələri azalır, lakin bu proses suitilərin birdən-birə belə intensiv qırılmasına səbəb ola biləcək faktor deyil.

Ekspertin fikrincə, bu məsələyə Xəzəryanı beş dövlət - Azərbaycan, Rusiya, İran, Qazaxıstan Türkmənistan birgə şəkildə yanaşmalıdır. Çünki Xəzər dənizi paylaşılmış su hövzəsidir burada baş verən hər bir ekoloji problem regional məsuliyyət tələb edir. Suitilərin ölümü ayrıca bir ölkənin deyil, bütöv Xəzər regionunun problemidir. Buna görə hər beş dövlətin elmi ekoloji qurumlarının bir araya gəlməsi, müştərək tədqiqat mərkəzləri yaratması, məlumat mübadiləsi aparması, dənizdə monitorinqləri koordinasiyalı şəkildə həyata keçirməsi son dərəcə vacibdir. Burada bioloqlar, zooloqlar, dəniz ekosistemi üzrə mütəxəssislər, geoloqlar akustik təsirləri ölçən mütəxəssislər işin içində olmalıdır.

Bir ekoloq mütəxəssis kimi deyə bilərəm ki, bu prosesin səbəbləri elmi praktiki araşdırmalar olmadan müəyyən edilə bilməz. Yəni sadəcə fərziyyələrə əsaslanmaq problemi həll etmir. Bizim bildiklərimiz yalnız müşahidələrə ehtimallara əsaslanır. Bu gün suitilərin ölümü həm xəstəlik faktorları, həm suyun çirklənməsi, həm mexaniki, kimyəvi akustik təsirlər daxil olmaqla çoxsaylı səbəblərdən qaynaqlana bilər. Bütün bu ehtimallar amansız dəqiqliklə araşdırılmalıdır.

"Mən daha çox ehtimal edirəm ki, suitilərin məhv olması Xəzərdə aparılan genişmiqyaslı geoloji, seysmik qazıntı işləri ilə bağlıdır. Son iyirmi ildə Xəzər dənizində enerji layihələri, neft-qaz qazıntıları, dəniz yataqlarının işlənməsi böyük sürətlə artıb. Bu dövrdən etibarən suitilərin populyasiyasının azalma ilə qarşılaşması təsadüfi deyil. Dənizdə aparılan geoloji işlər zamanı yerin dərin qatlarına göndərilən seysmik siqnallar, yüksək səviyyəli akustik dalğalar, vibrasiyalar müxtəlif texnoloji proseslər sualtı canlıların yön tapma qabiliyyətinə, qida davranışına, naviqasiya sisteminə ciddi təsir göstərə bilər. Suitilər çox həssas eşitmə sisteminə malikdirlər səs-küyün yüksək olduğu zaman öz davranışlarını itirə, stressə məruz qala, qida tapmaqda çətinlik çəkə bilərlər. Suyun altındakı bu siqnalların suitilərə təsirinin qədər güclü olduğu isə hələlik ölçülməyib bu, çox ciddi boşluqdur.

Buna görə həm laborator şəraitdə, həm real dəniz şəraitində geniş tədqiqatlar aparılmalıdır. Xüsusilə, seysmik kəşfiyyat zamanı buraxılan aşağı tezlikli yüksək güclü dalğaların suitilərin fizioloji davranış reaksiyalarına necə təsir etdiyi ölçülməlidir. Bunun üçün xüsusi sualtı monitorinq cihazları, hidrofonlar videomüşahidə sistemləri quraşdırılmalıdır. Eyni zamanda Xəzərdə çirklənmə səviyyələri, ağır metalların kimyəvi maddələrin suitilərin orqanizmində yaratdığı dəyişikliklər araşdırılmalıdır. Bu sahədə ciddi investisiya tələb olunur bu məsrəf bir ya iki ölkənin deyil, bütün regionun üzərinə düşür," - deyə ekoloq vurğulayıb.

Qorxmaz İbrahimli əlavə edib ki, Xəzəryanı dövlətlər bu məsələyə yalnız ekoloji məsələ kimi yox, həm regional təhlükəsizlik ekoloji davamlılıq məsələsi kimi yanaşmalıdır. Suitilərin yox olması Xəzərin qida zəncirinə, balıqların çoxalmasına, ümumi ekosistemin sabitliyinə ciddi zərbə vurur. Buna görə vəziyyət təcili müdaxilə tələb edir.

Nəticə olaraq, bu prosesin qarşısını almaq üçün koordinasiyalı elmi araşdırmalar, dövlətlərarası əməkdaşlıq, dənizdə aparılan sənaye texnoloji işlərin ekoloji təsirlərinin təkrar qiymətləndirilməsi uzunmüddətli monitorinq sisteminin qurulması həyati əhəmiyyət daşıyır. Xəzər dənizi bütün region dövlətləri üçün ortaq sərvətdir burada baş verən hər bir itki ortaq məsuliyyət tələb edir. Dövlətlər bu məsələni prioritet kimi qəbul etməli, geniş səmərəli tədbirlər paketi hazırlamalıdırlar.

Bu son faciə Rusiya sahillərində müşahidə olunsa da, suitilərin tələfatı bütün Xəzər regionunda təkrarlanır. Son illərdə Qazaxıstan, Azərbaycan Türkmənistan sahillərində suitilərin toplu şəkildə öldüyü qeydə alınıb. Bu, regional problem deyil, bütöv Xəzər ekosisteminin böhranıdır.

Suitilərin kütləvi ölümü təkcə bir bioloji hadisə deyil. Bu, Xəzər dənizinin səssiz fəryadıdır. Dəniz daralır, suyu azalır, həyatı zəifləyir bu əvvəlcə ən həssas canlılarda, yerlərini asan itirən məməlilərdə özünü göstərir.

Bu faciə bir xəbərdarlıqdır: Əgər indi müdaxilə edilməsə, Xəzər dənizi yaxın onilliklərdə öz təbiətini, biomüxtəlifliyini tarixini geri dönüşsüz şəkildə itirə bilər.

 

Lamiyə Cəbrayılova

 

Olaylar.- 2025.- 12-18 dekabr, №43.- S.22.