Səni
Həkim dostum Fərhad Hüseynova
Hələ neçə illər yada salacaq,
Yazılan dastanlar, nağıllar səni.
Adını hörmətlə xatırlayacaq,
Dərdinə yandığın oğullar səni.
Torpaqda çıçəyin, gülün dilində,
Zirvədə
yağışın, selin dilində,
Obanın
dilində, elin dilində,
Uzun
yaşadacaq sağollar səni.
Kamandar, xəyalım
gedir uzağa,
Fikrim sətir-sətir
qonur varağa.
Qoymaz bu
dünyada unudulmağa,
Zəhmətlə
keçdiyin o yollar səni.
...
Məmməd
İsmayılın xatirəsinə
Qırıldı
qanadım, söndü ümidim,
Xəbəri
alınca ay Məmməd əmi.
Adın
yaşayacaq, sözün qalacaq,
Bu
dünya qalınca ay Məmməd əmi.
Həsrətdən
artsa da sevginin yaşı,
Büdrəyib,
təntiyib olmadın naşı.
Axşamdan
sabaha gözümün yaşı,
Töküldü
balınca ay Məmməd əmi.
Kamandar
qocalıb, qoca yeriyir,
Arxada
ağlayır, üzdə kiriyir.
Ömür
yavaş - yavaş sönür, çürüyür,
Gəlirəm
dalınca ay Məmməd əmi.
Bizi
Bir
ömür əridib yox eləmişik,
Aylarmı
qovurdu, illərmi bizi?
Zirvəyə
qaldırıb, dərəyə çəkən,
Çaylarmı
olurdu, sellərmi bizi?
Düşərdik
gəncliyi şirinliyinə,
Gedırdik
dağların sərinliyinə.
Hərdən
də meşənin dərinliyinə,
Gözlərmi
çəkirdi, tellərmi bizi?
Keçmişik
nə qədər alovdan, oddan,
Qaçmışıq
yalançı sevgidən, addan.
Bəzən
gizlənəndə yaxından-yaddan,
Çöllərmi
güdürdü, güllərmi bizi?
Sir deyil
sirrini kimsə biləndə,
Kamandar
güləcək sən də güləndə.
Bilmirəm
ayrılmaq vaxtı gələndə,
Qollarmı
tutuldu, əllərmi bizi?
Ürəyim
Çiçəyi
saralıb, gülü quruyub,
Torpağı
bozaran bağdı ürəyim.
Qaya
duruşunda, daş görkəmində,
Ağacsız,
meşəsiz dağdı ürəyim.
Budurmu
uradan geriyə qalan,
Bu necə
yığımdır, bu necə talan?
Əlimi
süfrədən aralı salan,
Bəhrəsi
olmayan tağdı ürəyim.
Qaynadı,
çalışdı, şumladı, əkdi,
Ürəkdə
ürəkdi, sinəmdə təkdi.
Yaşadım,
canımın dərdini çəkdi,
Nə
yaxşı hələ də sağdı ürəyim.
Dəydi
Yenə məhləmizi
gəzdi xəyalım,
Səhrafın
dükanı gözümə dəydi.
Körpünün
üstündə dayanıb durdum,
Lökün
soyuq yeli üzümə dəydi.
Köhnə
adamlardan varıydı burda,
Bir zaman
bu ayda qarıydı, burda.
İndi o
kişilər yarıydı burda,
Söz
dedim... öz sözüm özümə dəydi.
Kamandar
çox dərin dəryada batıb,
Min fikir
bir xəyal içində yatıb.
Yeriyə
bilmədim bir addım atıb,
Bu dəfə
nə dəydi, dizimə dəydi.
Kamandar Eyvazlı
Olaylar.-
2025.- 19-25 dekabr, №44.- S.23.