İnsanlara mərhəmətli yanaşma
Dövlətlə vətəndaş
arasında etimadı daha da möhkəmləndirir
Prezidentliyi dövründə daim humanizm, insanpərvərlik, vətəndaşların sosial rifahı prinsiplərini rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Sənədə əsasən Azərbaycan
Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan
döyüş əməliyyatlarında, o cümlədən
Vətən müharibəsində və 2023-cü il
sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin,
eləcə də bu əməliyyatlarda həlak olmuş və
ya xəbərsiz itkin düşmüş şəxslərin
yaxın qohumlarının, Ermənistan Respublikasının
mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində
əlil olmuş şəxslərin, habelə
qadınların, 60 yaşına çatmış şəxslərin,
cinayət törədərkən yetkinlik yaşına
çatmayanların və digər şəxslərin cəzadan
və ya cinayət məsuliyyətindən azad edilmələri
nəzərdə tutulur. Həmçinin, böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət, habelə
ehtiyatsızlıqdan cinayət törətdiklərinə
görə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək
və ya cəzalarının çəkilməmiş hissəsi
azaldılacaq. Amnistiya aktının ümumilikdə 20 min
şəxsə şamil ediləcəyi nəzərdə
tutulur. Yeri gəlmişkən qeyd edək ki, Prezident tərəfindən
Milli Məclisə təqdim olunan Amnistiya aktının tətbiq
ediləcəyi şəxslərin, o cümlədən
azadlıqdan məhrumetmə cəzasından azad ediləcək
məhkumların sayına görə ən böyük
amnistiya olacağı təsdiqlənib. Amnistiya aktının
ümumilikdə 20 mindən çox şəxsə şamil
ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun
azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi,
həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin
cəzasının azaldılacağı, 7 mindən çox
məhkumun azadlığın məhdudlaşdırılması
cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə
ilə bağlı olmayan digər cəzalardan və ya şərti
tətbiq edilmiş cəzalardan, habelə mindən çox
şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi
gözlənilir.
Onu da qeyd edək ki, Azərbaycan müstəqillik
qazanandan indiyədək 117 min nəfərə şamil olunan
13 Amnistiya aktı, 71 əfv fərman və sərəncamları
qəbul edilib. Bu sənədlər minlərlə məhkumun
cəzanın çəkilməyən hissəsindən azad
edilməsinə səbəb olub. Təkcə bu fakt deməyə
əsas verir ki, Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının təmin edilməsi dövlət siyasətinin
əsas prioritetlərindən biridir. Bu siyasətin
mühüm tərkib hissəsini cəza siyasətində
humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin
tətbiqi təşkil edir. Yenə də bu siyasətin qayəsində
insan və vətəndaş amili durur. Dövlət hesab edir
ki, məhkumların cəmiyyətə yenidən islah
olunmuş şəxs kimi qayıdışında cəzanın
tərbiyəvi mahiyyəti xüsusi rol oynayır. Bu prosesdə
əfv və amnistiya institutları hüquqi mexanizmləri kimi
çıxış edir. Məhz bu səbədən əlamətdar
günlərdə əfv fərmanı verilir, yaxud aministiya
aktı qəbul edilir.
Azərbaycanda insan hüquqlarının
qorunması daim dövlət siyasətinin əsas istiqamətlərindən
biri olub. Xüsusilə, ölkəmiz müstəqillik əldə
etdikdən sonra bu istiqamətdə vacib addımlar
atılıb. Hələ dünyanın ən inkişaf
etmiş, özünü demokratiyanın beşiyi kimi
sırıyan ölkələrdə ölüm cəzasının
hökm sürdüyü anda ən ağır cəza
növü olan ölüm cəzasının Azərbaycanda ləqvi
reallaşdırıldı. Cəza siyasətinin
yüngülləşdirilməsi təbii ki, humanizm prinsiplərinə
əsaslanan dövlət siyasətinin tərkib hissəsi idi.
Heç şübhəsiz ki, dövlətin mütəmadi
olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların
ailə üzvləri və yaxınlarında böyük
sevinc hissi yaradır. Paralel olaraq cəmiyyətin
saflaşması, mənəvi tərbiyəsi baxımından
da önəm kəsb edir. Çünki, Amnistiya aktı
hüquq pozuntuları törətmiş şəxslərin fərdi
olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində
qəbul edilir və həmin şəxsləri, onlara
qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan azad edir, yaxud
yüngülləşdirir.
Hazırki amnistiya Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi uğrunda savaşda
iştirak edən şəxslərə, şəhid ailələrinə
və müharibədən zərər çəkmiş vətəndaşlara
göstərilən diqqətin birbaşa ifadəsidir.
Başqa sözlə, bu adımla dövlət
başçısı ölkənin müstəqilliyi və
təhlükəsizliyi uğrunda hüququndan keçən
insanlara nə qədər dəyər verdiyini göstərmiş
olur. Sözsüz ki, qadınlara, yaşlılara, yetkinlik
yaşına çatmayanlara, eləcə də az ağır
cinayətlər törətmiş şəxslərə
qarşı mərhəmətli yanaşma dövlətlə
vətəndaş arasında etimadı daha da möhkəmləndirir.
Nəticə olaraq demək olar ki, Prezident İlham Əliyevin
bu təşəbbüsü güclü, məsuliyyətli və
insan yönümlü dövlət idarəçiliyinin bariz
nümunəsidir və cəmiyyət tərəfindən
yüksək qiymətləndirilir. Sadalanan faktlar deməyə
əsas verir ki, əsası Ümummilli Lider tərəfindən
qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə
Prezidenti İlham Əliyevin də
hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının
imzalanması və Amnistiya aktlarının qəbulu təşəbbüsünun
irəli sürülməsi təcrübəsi uğurla davam
etdirilir.
Alim Hüseynli
Olaylar.-
2025.- 19-25 dekabr, ¹44.- S.5.