İşğaldan azad olunmuş

ərazilərdə əlverişli mühit yaradılır

 

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

 

İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculiq bərpa işləri davam etdirilir. Gələn ilin dövlət büdcəsindən bu məqsədlər üçün, daha dəqiq, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması əhalinin geri qayıdışı üçün 3,5 milyard manat ayrılıb, bu da cəmi büdcə xərclərinin təxminən 8.4%-ni təşkil edir.

Ümumilikdə isə 2026-2029-cu illər üçün bu istiqamətə 13.5 milyard manat yönəldilməsi planlaşdırılır. Bu vəsait ərazilərin abadlaşdırılması, infrastrukturun bərpası, yaşayış binalarının tikintisi əhalinin reinteqrasiyası kimi tədbirlərə xərclənəcək, o cümlədən kommunal xidmətlərə görə sahibkarlara subsidiyalar, sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulub. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair  Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi son nəticədə bölgənin tarazlı dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.

Dövlət Proqramı Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil fərdi yaşayış evi inşa ediləcək. 197 məktəbəqədər ümumtəhsil müəssisəsinin, 8 peşə təhsili 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması bu sahədə məşğulluğun artırılması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir.

2026-cı ilin sonuna qədər "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə "Böyük Qayıdış" proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlər daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması məskunlaşdırılması nəzərdə tutulur. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üçün 2022-26-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.

Hazırda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Artıq minalardan təmizlənmiş ərazilərimizdə məskunlaşdırma prosesi həyata keçirilir. Otuz il əvvəl öz dədə-baba yurdlarını tərk edən məcburi köçkünlərin növbəti köç karvanı bu günlərdə Hadrut qəsəbəsinə çatıb. Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Qeyd edək ki, bu mərhələdə Hadrut qəsəbəsinə 6 ailə olmaqla, 26 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə olub. Bu mərhələdə Xıdırlı kəndində 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim olunub. Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Qayıdışın sevincini yaşayan Xıdırlı kəndinin sakinləri açarları təhvil alıb, yeni evlərində məskunlaşıblar.

Xocalı rayonunun Seyidbəyli Təzəbinə kəndlərinə köç edənlər isə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Seyidbəyli kəndinə 10 ailə 41 nəfər, Təzəbinə kəndinə isə 10 ailə 44 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Xocavənd rayonunun Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Sos kəndinə 21 ailə, 94 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Göründüyü kimi hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. "Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək proses 2040-cı ilə qədər yekunlaşacaq.

 

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

 

Olaylar.- 2025.- 19-25 dekabr, №44.- S.11.