Dünya azərbaycanlılarının
həmrəyliyi
Zəfərin əldə edilməsində mühüm
faktor kimi
Diaspor quruculuğu, lobbiçilik
və dünya azərbaycanlılarının həmrəyliyi
Hər il dekabr ayının
son gününün Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
kimi qeyd olunması tarixi bir gün olsa
da milli-mənəvi dəyərlərimizin, ənənələrimizin
qorunub saxlanılmasına
xidmət edir. Xüsusən, ən müxtəlif səbəblərdən
dünya ölkələrinə
səpələnmiş soydaşlarımızın
tarixi Vətənlə
- müstəqil Azərbaycanla
əlaqələrinin möhkəmlənməsinə,
həmçinin onların
bir-biriləri ilə sıx ünsiyyət qurmalarına təkan verir. Dünya Azərbaycanlılarının Həmrəyliyi
gününün əsası
1989-cu il dekabrın axırlarında Naxçıvanda
sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması
zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd
dirəkləri dağıdıldı.
Son iki yüz
ildə ilk dəfə olaraq indiki İran ərazisində
və Azərbaycan Respublikasında yaşayan
azərbaycanlılar Araz
çayını keçərək
görüşdü. 1989-cu il dekabrın 31-də Türkiyənin İstanbul
şəhərində ilk
dəfə keçirilən
Ümumdünya Azərbaycanlıları
Konqresi və
1990-cı ildə Türk
Dünyası Araşdırmalar
Vəqfinin təşəbbüsü
ilə Kayseridə I Millətlərarası Böyük Azərbaycan
Konqresi azərbaycanlıların
həmrəyliyi istiqamətində
atılmış ilk mühüm siyasi addımlar idi. Tədbir iştirakçıları
bir sıra beynəlxalq birliklərə
müraciət qəbul
etdi. Bu tədbirlərdə ilk dəfə olaraq 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik
və milli birlik günü kimi qeyd edilməsi
ideyası irəli sürüldü. Bütün
bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə
Milli Həmrəylik Günü
kimi daxil oldu.
Dünya
Azərbaycanlılarının Həmrəylik Gününün
dekabrın 31-də qeyd
olunması təsadüfi
deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş
ittifaq məkanında
gedən proseslər Azərbaycanda
milli oyanış hərəkatının geniş
vüsət almasına
gətirib çıxartdı.
Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq
Qarabağda yaşayan
ermənilərin açıq
separatçılıq hərəkatı,
bu proseslərin Ermənistan və o vaxtkı Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının
öz yurd-yuvasından
qovulması ilə nəticələnməsi "Meydan
hərəkatı"nın əsasını qoydu. Həmin günlər göstərdi ki, xalqımız müstəqil
olmağa, azad yaşamağa layiqdir. Belə bir vaxtda
azərbaycanlıların vətən
naminə həmrəyliyinə,
birliyinə ehtiyac yarandı.
Həmrəylik
Gününün rəsmiləşdirilməsi
isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Onun təşəbbüsü
ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis
olunması barədə
qərar qəbul etdi. Bundan cəmi
doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının
31- nin Azərbaycanlıların
Həmrəylik Günü
elan olunması barədə sərəncam
verdi. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi,
bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində
mühüm hadisəyə
çevrildi. Qurultayda
Ümummilli Liderin
"Hər bir insan üçün onun milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"-
müdrik kəlamları
hər bir həmvətənimiz üçün
milli qürur rəmzinə çevrilib.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq
ideologiyasına söykənir.
Son illərdə bu ideologiya müstəqil Azərbaycanın
çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə
təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası
ətrafında birləşən
hər bir soydaşımız harada yaşamasından asılı
olmayaraq ana Vətənin inkişafına,
onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə,
ölkəmizlə bağlı
həqiqətlərin beynəlxalq
ictimaiyyətə obyektiv
şəkildə çatdırılmasına
töhfə verməyi
özünün mənəvi
borcu sayır.
Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata
keçirilən bu və ya digər
tədbirlər artıq
öz səmərəsini
verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin
olunmasında, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə obyektiv
şəkildə çatdırılmasında
böyük təsir gücünə malik bir qüvvəyə çevrilib. Hazırda dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlılar arasında
həmrəyliyin möhkəmləndirilməsi,
onların təşkilatlandırılması
və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda
dövlət siyasətinin
mühüm istiqamətini
təşkil edir. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik
günüdür. Bu gün dünyanın 70-dən
çox ölkəsində
yaşayan 50 milyondan artıq azərbaycanlılarla
əlaqələr qurmaq,
onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycan Respublikasının
Prezidenti İham Əliyevin yürütdüyü
siyasət bu gün də Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün Azərbaycan
dövləti üçün
aktuallığını saxladığını
nümayiş etdirir. Dövlət başçısı
hesab edir ki, bu gün
Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir:
"Yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında
onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada,
Amerikada Azərbaycan
icmaları və cəmiyyətləri əvvəlki
dövrlərlə müqayisədə
xeyli səmərəli
fəaliyyət göstərirlər.
Lakin o da xüsusi vurğulanmalıdır
ki, onların geniş imkanları, istifadə olunmamış
potensialı vardır
və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların
həmrəyliyinin və
mütəşəkkilliyinin güclənməsi, ümummilli
ideyalar ətrafında
birləşməsi üçün
daha geniş imkanlar yaranmışdır.
Azərbaycan dövləti
nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş,
bütün dünyada
yaşayan soydaşlarımız
qarşısında parlaq
perspektivər açılmışdır.
İndi biz dünya azərbaycanlılarının
ümumbəşəri və
mili-mədəni hüquqlarının,
beynəlxalq konvensiyalarda
təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik.
Azərbaycanın siyasi
rəhbərliyi dünya
azərbaycanlılarının Vətənimizə və
xalqımıza mənsubluq
hissini gücləndirmək,
onların ölkəmizin
iqtisadi, mədəni həyatında hərtərəfli
iştirakını təmin
etmək üçün
bütün zəruri
tədbirləri görəcəkdir".
Bu gün
xalqımızın birliyi,
həmrəyliyi ölkəmizin
inkişafını daha
da sürətləndirib.
Tariximizə qızıl
hərflərlə yazılan
Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar
birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz
nümunəsidir. 44 günlük
müharibədə Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə
Azərbaycanın beynəlxalq
mövqelərinin daha
da möhkəmlənməsində,
nüfuzunun yüksəlməsində
mühüm rol oynadı. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi
ədalətin Zəfər
çalmasında hər
bir soydaşımız
əlindən gələni
əsirgəmədən yaşadıqları
ölkələrdə Azərbaycanın
haqq səsinin çatdırılması istiqamətində
yorulmadan fəaliyyət
göstərdi. Digər
ölkələrdə yaşayan
azərbaycanlılar isə
yaşadıqları ölkələrdə
qətiyyətlə haqq
səsimizi ucaltdılar,
ədaləti müdafiə
etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin
güclü ordumuzun və xalqımızın
həmrəyliyi, birliyi
oldu.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.
Olaylar.-
2025.- 26 dekabr-8 yanvar, ¹45.- S.11.