Yunus Oğuz
çoxtərəfli yaradıcı şəxsiyyətdir
- Yunus Oğuzun doğum gününün
ömrünü həsr etdiyi milli mətbuatımızın
yarandığı günə təsadüf etməsi əlamətdar
hadisədir. Bəlkə də taleyin bir qismətidir ki, Yunus
Oğuz məhz 22 iyul - Milli Mətbuat Günündə
dünyaya gəlib. Yunus Oğuz peşəkar mətbuat
adamıdır. Onun rəhbərlik etdiyi və Azərbaycan
media məkanında öz mövqeyi və fərqli dəst-xətti
olan "Olaylar" qəzeti və eyni adlı informasiya
agentliyi mövzu rəngarəngliyi, oxunaqlı
araşdırmaları, geniş marağa və diqqətə
səbəb olan təhlil və şərhləri ilə ciddi
irəliləyişə nail olub, maarifləndirmə
baxımdan böyük uğurlara imza atıb. Bu baxımdan
öz xüsusi mövqeyi, işi və dəst-xətti ilə
fərqlənən "Olaylar" qəzeti və "Olaylar"
İnformasiya Agentliyi Azərbaycan cəmiyyətində
tanınan, ictimai rəydə qəbul olunan kütləvi
informasiya vasitələrindəndir. Azərbaycan dövlətinə,
xalqımızın maraqlarına xidmət və vətənpərvərlik
nümunəsi Yunus Oğuzun həyat fəaliyyətinin ana xəttini
təşkil edir.
Yunus Oğuz çoxtərəfli yaradıcı şəxsiyyətdir.
Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti
olan Yunus Oğuz bir-birindən maraqlı tarixi romanları ilə
geniş oxucu auditoriyasının böyük diqqətini və
rəğbətini qazanıb. "Nadir şah", "Təhmasib
şah", "Sultan Alp Arslan", "Əmir Teymur",
"Atabəy Eldəniz", "Uçurum",
"Cığır" kimi tarixi romanlar yazan Y.Oğuz bununla
milli romançılıq tariximizdə əhəmiyyətli
rol oynayır. Onun bütün əsərlərində
türk dünyası, onun mədəniyyəti, tarixi,
böyük şəxsiyyətləri, hökmdarları
haqqında ümumiləşdirmələr ana xətt kimi
özünü büruzə verir. Yazıçı-publisist
Yunus Oğuzun "Cığır" tarixi romanını
xüsusi qeyd etmək istəyirəm. Şuşa şəhərinin
inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən
müharibəsinə ithaf olunmuş "Cığır"
tarixi romanı aktuallığı, gənclər arasında vətənpərvərliyin
və tarixi Zəfərimizin təbliğı
baxımından mühüm əhəmiyyət kəsb edir.
Romanda Aprel döyüşləri və 44 günlük Vətən
müharibəsinə gedən yol, Prezident, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında
qazanılan Zəfərimiz oxuculara çatdırılıb.
Bu, eləcə də digər əsərləri onun vətənpərvər
yaradıcı şəxsiyyət olduğunu təsdiqləyir.
Bu əlamətdar gün münasibətilə Yunus
Oğuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı
Olaylar .- 2025.- 11-17 iyul (№23).- S.4.