Jurnalistika və ədəbiyyatda iz
qoyan sənətkar Yunus Oğuz
İyulun 22-də Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının və
jurnalistikasının önəmli simalarından biri,
"Olaylar" qəzeti və
Olaylar İnformasiya Agentliyinin təsisçisi və
baş redaktoru Yunus Oğuzun doğum günüdür.
Yazıçının 65 yaşı tamam olur. Bakı Dövlət Universitetinin
professoru Cahangir Məmmədli
Yunus Oğuzu təbrik edib:
"Yunus Oğuz Azərbaycan mədəni mühitində,
ədəbi-bədii mühitində və jurnalistika
mühitində çox ciddi, önəmli yerlərdən
birini tutan bir sənətkar, bir
yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək,
dəyərləndirmək olar.
Yunus Oğuz "Olaylar"ı yaratmaqla Azərbaycan
jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt
formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb
səviyyəsində gətirdiyi "Olaylar" qəzeti və
"Olaylar" saytı ilə bizə məlumdur. Onun rəhbərlik
etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında,
müasir Azərbaycan jurnalistikasına bir töhfədir.
Digər tərəfdən, Yunus Oğuz Azərbaycan bədii fikrində, ədəbiyyatında
müasir dövrdə çox önəmli yer tutan bir
yazıçıdır. Əlbəttə,
yazıçılarımız çoxdur, sənətkarlarımız
çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin
edir. Azərbaycan tarixinin ən çətin dövrlərini
özünün müxtəlif romanlarında ortaya qoyub.
Onun Azərbaycan tarixi ətrafında
yazdığı romanlar bəzən o qədər təəccüb
doğurur ki... Təəccüb ondadır ki, bu faktları o
necə axtarır, necə tapır? Çünki o
faktların çoxu - bəlkə də romanlarındakı
faktların əksəriyyəti, demək olar ki, yeni
faktlardır.
Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii
dildə o qədər gözəl ifadə edir ki, o əsərləri
oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza,
jurnalistikamıza gəlişi və 65 yaşı mübarək
olsun".
Cahangir Məmmədli
Olaylar .- 2025.- 11-17 iyul (¹23).- S.8.