“Yunus Oğuz – qələmi
ilə tarix yazan, sözü ilə vətənə xidmət
edən şəxsiyyətdir”
"22 iyul - Azərbaycan ədəbi və media cameəsinin
görkəmli siması, yazıçı, publisist və
"Olaylar" qəzetinin təsisçisi və baş
redaktoru Yunus Oğuzun doğum günüdür. 65
yaşı tamam olur.Bu
münasibətlə onu səmimi qəlbdən təbrik edir,
sağlam və mənalı ömür, yaradıcılıq
uğurları və vətənə xidmət yolunda yeni
nailiyyətlər arzulayırıq".
Bu fikirləri Səs qəzetinin baş redaktoru Bəhruz
Quliyev Yunus Oğuza təbrikində bildirib:
"Yunus Oğuz çağdaş ədəbiyyatımızın
düşünən, duyan və yazan nadir qələm sahiblərindəndir.
Onun tarixi romanları - "Nadir şah", "Təhmasib
şah", "Əmir Teymur" kimi əsərlər milli
yaddaşımızın ədəbi portretini yaradır. Bu əsərlərdə
təkcə tarix deyil, milli kimliyimizin təməl
sütunları da canlandırılır.
Eyni zamanda, Yunus Oğuzun "Ovçu" adlı əsəri
xüsusi vurğulanmalıdır. Bu roman Azərbaycanın
Milli Qəhrəmanı Murad Mirzəyevin həyatına və
qəhrəmanlıq yoluna həsr olunub. "Ovçu"
yalnız bioqrafik roman deyil - həm də vətən uğrunda şəhid
olmuş bir övladın timsalında bütün Azərbaycanın
övladlarına ədəbi abidədir. Yunus Oğuz bu əsərdə
Murad Mirzəyevin qəhrəmanlığını sadəcə
bir döyüşçü kimi yox, bir ata, bir oğul, bir
dost və bir insan kimi təqdim edir. Oxucu Muradın şəhadətə
gedən yolunda onun daxili aləmini, ruh yüksəkliyini, əqidəsini
dərk edir və onunla fəxr edir. Jurnalistika sahəsində
də Yunus Oğuz cəmiyyətin sözünə
çevrilə bilmişdir. "Olaylar" qəzeti uzun illərdir
Azərbaycan mediasında prinsipial mövqeyi, obyektiv
yanaşması və milli maraqlara sadiqliyi ilə seçilir.
Onun rəhbərliyi ilə bu media orqanı həm informasiya
platforması, həm də milli təfəkkürün
daşıyıcısı olub.
Yunus Oğuz - qələmi ilə tarix yazan,
sözü ilə vətənə xidmət edən bir şəxsiyyətdir.
Onun həm ədəbi irsi, həm də jurnalistlik fəaliyyəti
gələcək nəsillər üçün örnəkdir.
Bir daha dəyərli qələm sahibini doğum
günü münasibətilə təbrik edir, ona can
sağlığı və vətənə xidmət yolunda
yeni yaradıcılıq zirvələri
arzulayırıq!"
Bəhruz Quliyev
Olaylar .- 2025.- 11-17 iyul (¹23).- S.8.