Tanrının verdiyi istedad sahibi
YUNUS OĞUZ -65
Yunus Oğuzu 1993-cü ildən
tanıyıram. Bu tanışlığa
ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı,
onunla birlikdə Rostov
Dövlət Universitetində
təhsil almış,
mənim də 30 illik dostum Zahir
Abdullayev vəsilə olmuşdu.
O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə
sahibi idi- dövlət müşaviri.
Bir az sonra biz Yunus Oğuzla ailəvi görüşdük.
Bu görüş mənim
Yunus Oğuzla ən yaxın təmasım idi... Sonralar müxtəlif dost məclislərində,
ədəbi, ictimai-siyasi
tədbirlərdə vaxtaşırı
görüşür, ünsiyyətimiz
daha da intensivləşirdi...Əlaqələrimiz sıxlaşdıqca bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin
üst-üstə düşməsi
bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən
daha çox ünsiyyətdəyik və
mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq, səmimiyyət
duyuram....
...
Ümumiyyətlə götürdükdə
ömrünə-gününə bir dövlət adamı, siyasətçi,
publisist və yazıçı qisməti
yazılmış, keşməkeşlər
və mübarizələrlə
dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir.
Bu xüsusiyyətlərin hər
üçü də
paralel olaraq yaşanır və ideal formada bir- birini
tamamlayır. Sözsüz
ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün
deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti
böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır.
Yunus Oğuz siyasi fəaliyyətə gənc
yaşlarından başlamışdır.
1988-ci ildə Rostov Dövlət
Universitetinin fəlsəfə
fakültəsini bitirərək
mükəmməl fəlsəfə
ixtisasına yiyələnən
Yunus Oğuz təyinatla Azərbaycan
SSR Elmlər Akademiyasının
Fəlsəfə və
hüquq İnstitutuna
göndərilir və
burada kiçik elmi işçi vəzifəsində çalışır.
Bu həmin dövr idi ki, Azərbaycanın da
tərkibində olduğu
SSR İttifaqının mənəvi və siyasi, həm də sosial səbəblərdən aşınmış
divarları yavaş-yavaş
sökülür və
çökürdü...Bu çökmələr fonunda
müttəfiq respublikalarda
xalqların milli oyanışı
özünü qabarıq
şəkildə göstərir,
SSRİ hökuməti
və hakimiyyətdə
olan Kommunist Partiyası bu oyanışların qarşısını
zorla almağa çalışsa da buna müvəffəq
ola bilmirdi. Qatar tərpənmişdi
və tarixin təkərini geri döndərmək mümkün
deyildi.
SSRi-nin o zamankı rəhbəri
satqın Mixail Qorbaçovun dəstəyi,
Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa
çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi
ixtişaşlar nəticəsində
Bakıda və bölgələrdə Milli Azadlıq
Hərəkatı daha
aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük
əksəriyyəti gənclər
idi. Həmin gənclərin önündə
gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən
biri də Yunus Oğuz idi...
Dövlət
müstəqilliyimizin bərpası,
müstəqilliyimizin möhkəmləndirilməsi,
xalqımızın azadlığının
və firavan yaşamasının, ərazi
bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin
beynəlxalq səviyyədə
nüfuz sahibinə çevrilməsi, türkçülük,
turançılıq Yunus
Oğuzun həyat amalı və mübarizəsinin əsas
qayəsi idi və o, həyatının
sonrakı dövrlərində
bütün fəaliyyətini
bu müqəddəs işə həsr etdi. Bu mübarizədə
o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq.
Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə "Azad söz"
qəzetinin, həmçinin
Xüsusi bulletenlərin
qeyri-leqal nəşrinə
rəhbərlik edib və 1991-1992-ci illərdə
"Ordu"qəzetinin baş
redaktoru vəzifəsində
çalışırıb. 1995-ci ildən isə
"Olaylar" İnformasiya
Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır.
Mətbuat,
publisistika həm də Yunus Oğuzun
tale yazısı imiş.
Bu il ölkəmiz Azərbaycan
mətbuatının yaranmasının
150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti
"Olaylar"ın 30 illik
yubileyini qeyd edir. 22 iyul Azərbaycan
mətbuatının yaranma
günüdür, eyni
zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım
bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi
olduğu təsadüfdür,
yoxsa zərurət? Bunu hər halda bir filosof kim
Yunus Oğuz daha aydın izah edə bilər.
Ancaq görünür
bu tarixi rəqəmlərdə də
bir mistika var.
Bu yaxınlarda
Azərbaycan Mətbuat
Şurasında "Olaylar"n
30 illik tədbirinə
mən də dəvət almışdım.
Tədbirdə ölkəmizin
görkəmli elm, mətbuat
və ədəbiyyat
adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar
çıxış etdikcə
məni sevinc qarışıq təəccüb
bürüyürdü. Çağdaş
mətbuatımızın öncül
nümayəndələri, media kapitanları, mətbuatımızın
aparıcı simalarının,
görkəmli jurnalistlərin
böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus
Oğuzun yaratdığı
və 30 il rəhbərlik
etdiyi "Olaylar"dan
başlamışlar. Deməli
Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər
ordusunun xeyli hissəsi "Olaylar" məktəbini keçib.
Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər
deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin
İcraçı direktorunun
müavini hörmətli
Natiq Məmmədlinin
ifadəsindən eşitdim : "Olaylar"ın ənənə
yaratmış başqa
qəzetlərdən fərqli
xüsusiyyəti ondan
ibarətdir ki, "Olaylar"
bir fikir məktəbidir. "Olaylar"
həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz
keyfiyyəti, xarakteri,
yaradıcılıq tərzi
yaratdığı qəzetdə
özünü ifadə
edib. Bir yazıçı
kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. "Olaylar"
da bizim mətbu yaddaşımızdır". Məncə şərhə
ehtiyac yoxdur.
Yunus Oğuzun fəaliyyətinin
3-cü hissəsini, vaxtının
və düşüncəsinin
əhəmiyyətli hissəsini
bədii yaradıcılıq
təşkil edir. Ümumiyyətlə, yaradıcılıq
Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında
da, nəsrində də,
dramaturgiyasında da yaradıcı
bir şəxs olaraq çıxış
edir. Nə qədər mübahisəli
də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli
yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun
publisistikasında bir bədiilik, nəsr əsərlərində və
pyeslərində publisistika
var. Bəlkə də
dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
Heç şübhəsiz ədəbiyyat
tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası, dramaturgiyası
ilə yanaşı məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində
tarixi roman yazan müəlliflərimiz kifayət
qədər olmuşdur
və bu gün də bu ədəbi proses davam edir. Bununla
belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir
müəllif yadıma
gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad
qarışıq, həm
də müraciət etdiyi tarixi dövr
və hadisələr
barədə zəngin
bilik və informasiya tələb edir. Onun tariximizi
dərindən bilməsi,
ictimai özünüdərk,
vətənpərvərlik, vətəndaşlıq mövqeyi,
Azərbaycan dövlətçiliyinin
müxtəlif mərhələlərində
keçdiyimiz çətin
və şərəfli
yolu, həm də səhvlərimizi öz əsərlərində
əks etdirən və tarixdən ibrət götürmək
üçün bir çağırış edən
Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin
əsas səbəbləridir,
Bu istək həm də onun vətəndaşlıq,
dövlətçilik, milliyyətçilik
mövqeyindən irəli
gəlr. Qeyd etdiyim kimi
Yunus Oğuz çox məhsuldar bir yazıçıdır.
Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr
edilir, dərsliklərə
salınır, dərsdənkənar
oxu ədəbiyyatı
kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı
keçirilir, haqqında
araşdırmalar aparılır,
tamaşaya qoyulur, həmin əsərlər
əsasında ssenarilər
yazılır, istər
ölkəmizdə, istərsə
də onun hüdudlarından kənarda
müxtəlif çoxsaylı
mükafatlar, ödüllər
alır. Əsərləri
Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə,
Almaatıda, Bişkekdə
və başqa şəhərlərdə nəşr
edilib. Bütövlükdə
30 -a yaxın ölkədə
50-dən çox kitabı
nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin
xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin
və dəyərlərinin
dünyada tanıdılmasında,
təbliğində mühüm
rol oynayır və bütün bunlar Yunus Oğuzun
xalqına vətəninə,
dövlətinə xidmət
nümunəsidir.
Yunus Oğuzun 44 günlük Vətən müharibəsi
və qələbəmizə həsr
olunmuş "Cığır"
romanı bu mövzuda son illər yaradılmış ən
dəyərli əsərlər
sırasındadır. O, "Cığır"ı qibtə
ediləcək bir sürətlə yazdı.
Ümumiyyətlə, sürətli
yazı Yunus Oğuz yaradıcılığı
üçün xasdır
ki, bu da onun yaradıcılıq stixiyasından
irəli gəlir. Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır
ki, mövzu müəlifin
içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi
paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə
vararaq oxucuya haşiyələrlə daha
maraqlı məlumatlar
verir. Onun tarixi romanlarının adlarına, əsərdə
nəql olunan hadisələrə və
bu əsərlərin
baş qəhrəmanlarına
diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində
fəaliyyət göstərmiş
türk dünyasının
hökmdarlarına, sərkərdələrinə,
dövlət xadimlərinə
və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr
olunmuşdur ki, burda
da müəllifin əsas
məqsədi "Azərbaycan
türk kimlik yaddaşını diri saxlamaqdan"və tarixdən
ibrət götürməkdən
ibarətdir
Son vaxtlar
"Olaylar" qəzetinin
səhfələrində dərc
olunan parçalardan aydın olur ki, Yunus Öğuz "Türk etnonimləri və törələri"
adlanan daha bir qiymətli əsər üzərində
işləyir və hiss olunur
ki, bu əsər türklük və türkçülük elminə
daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha
da zənginləşirəcək.
Yunus Oğuzun şəxsiyyəti
də yaradıcılığıl
və fəaliyyəti
kimi bütövdür.Tanrının
verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik,
sürətli və məhsuldar yaradıcılıq,
təvazökarlıq və
sadəlik, dövlətçilik,
milliyətçilik, türklük
və türkçülük,
turançılıq onun
yaradıcılığı üçün xarakterikdirsə,
peşəkarlıq, operativlik,
yenilik, qərəzsizlik,
vətənpərvərlik, vətəndaşlıq onun
publisistikası üçün
xarakterikdir və o, şəxsi keyfiyyətləri
ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı
ilə həm də son dərəcə
təvazökar, təkəbbürdən
uzaq, sadə, səmimi, hay-küydən
kənar, dövlətinə,
xalqına, vətəninə,
dostluğa sədaqət
nümunəsi, mövqeyinə
görə həm özünə, həm də qarşı tərəfə münasibətini
dəyişməyən bir
şəxsiyyətdir.
Yunus bəy bu günlər
65 illik yubileyini qeyd edərək yaşının müdriklik
çağına qədəm
qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik
edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzulayırm.
Hörmət
və ehtiramla
Ramiz Göyüş
Olaylar 2025.- 18-24 iyul (¹24).-
S.15.