Yunus peyğəmbərdən sonra üçüncü Yunus...

Yunus Oğuz- 65

 

"- Qədeş, yaxşı şlyapan var?

- Yeri ala, sən yaxşı adam deyilsən.

- , ürəyini yemə, iki manatını verəcəm ...

- Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, "vinimatelni" olmaqdadır. Adamlar gərək bir-birinə "vinimatelni" olsunlar. Sən mənə "vinimatelni" olarsan, mən sənə...

- Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?

- Ala, sən mənim dostumsan? ! Harda işləyirsən- ət kombinatında. Bir dəfə olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə..."

 

Söhbətimə nahaq yerə məşhur "Uşaqlığın son gecəsi" filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, "vinimatelni" adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır...

 

Müsahibələrindən birində deyir ki:- "Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz..."

 

Hər şeydə lider olmağı xoşlayır ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir gördüyü hər yeri obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir...

 

"Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır."- söyləyir.

 

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq etibarlıdır. Bir sözlə, şən gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var...

 

Deyir ki:- "Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var bu çox normal bir şeydir. "Əmir Teymur" "Şah arvadı cadugər" romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən öyrənə bilərdim. Bir var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur..."

 

Evində yaratdığı rahatlıq geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə tez düşünən zəka yatır...

 

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES- fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə hüquq institutuna göndərilib burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti eyni adlı partiyanı təsis edib partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm jurnalistika ilə məşğul olur. Fəlsəfə hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin "Xüsusi bulleten"lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya agentliyinin baş direktoru eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. "Tərəqqi" medallı "Əməkdar mədəniyyət işçisi"-dir...

 

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür düşündürməyi bacarır- müdrik adamdır bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. "Oğuz" kəlməsi isə fərqlənməsi üçündür...

 

İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

 

"...Adamlar gərək bir-birinə "vinimatelni" olsunlar. Sən mənə "vinimatelni" olarsan, mən sənə..."

 

 Elman Eldaroğlu                                                                         

Olaylar 2025.- 18-24 iyul (¹24).- S.14.