Ulusal yaddaşın gözətçisi

Dr. Yunus Oğuz - 65

 

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya - həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə səviyyə nümayiş etdirən aydınları olub, bugün var, gələcəkdə olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, "Konstitusiya Suverenlik İli"ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. gözəl təvafüqlüklərdir! Qutlu olsun!

 

Yunus Oğuz - publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq - sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

 

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.

Yunus Oğuz adının yanıbaşında bir brend var: "Olaylar"!

"Olaylar" təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran onu toplumla bölüşən bir ulusal platforumdur. "Olaylar"ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz - mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

 

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet jurnallarda görür milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam inkişaf etdirmə yolunu izləyirdi. - "Olaylar" həmin izlənimin, duyğu, düşüncə fikrin təcallalarından biriydi. "Olaylar", ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

 

Yaddaşla təkbətək

 

Yunus Oğuzun romanları - özəlliklə "Çingiz Xan",

"Sultan Alparslan", "Atabəy Eldəniz", "Əmir Teymur. Zirvəyə doğru", "Əmir Teymur. Dünyanın hakimi",

"Təhmasib Şah", "Səfəvi Şeyxi", "Nadir Şah" digərləri - sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. - Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: "Unutma! Xatırla! Özün ol"!

Əlbəttə, "Ovçu", "Cığır" kimi əsərlərlə - günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  "Qədim Anadolu Azərbaycan türkləri" (2002), "Türkün tarixinə yeni bir baxış" (2006), "Türkün gizli tarixi" (2010), "Qədim Türklər passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında" (2011) b. elmi-publisistik əsərlərdə Yunus Oğuz imzası vardır. Turançı ruh - onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.

"Keçmişdən gələcəyə daşıyırıq? - Tarix ibrətdir" fəlsəfi-tarixi-publisist düşüncələr, "Deyirəm oyan, gözünü , ayağa dur! İstəmir" felyetonlar, "Mən Şuşada yazıram" esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə internet resurslarında...

 

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır - keçmişə qayıdaraq gələcəyi qoruyur... - Bu qənaətə şərikəm.

Bəli,

Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

 

Biz bəzən "aydın" sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları - fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.

Bəs yubiley necə? - Yubiley - aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz - bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

 

Biz bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən,

65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş - ulusun düşüncə yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!

Qutlu olsun!

 

Əkbər QOŞALI

Olaylar $g 2025.- 18-24 iyul (¹24).- S.12.