Yunus Oğuz məktəbi

 

Hərdən mənə elə gəlir ki, yazıçı-siyasətçi, jurnalist, naşirYunus Oğuzun bir əsr yaşı var! Çünki onda gördüyüm dünyagörüş, intellekt, məhsuldarlıq özünəgüvən yalnız dünyanın hər üzünü yaxşı mənada görmüş bir insanda ola bilər.

 

O, yaxşı dostdur, sözübütövdür, dəyişməz mövqeyə münasibətə malik şəxsiyyətdir!

 

***

 

Uzun illərdir tanıdığım Yunus Oğuzda diqqətimi daha çox çəkən həm onun dəyişməz obrazı özüdür. İctimai rəydə, jurnalist həmkarlarımız arasında olan rəy söylədiklərimə sübutdur. Özü kimi, sözü bütövdür. Qısası, olduğu kimi görünəndir, göründüyü kimi olandır. Bu mənada, hesab edirəm ki, jurnalistika sahəsində Yunus Oğuzun özünün təsis etdiyi bir məktəb var-Yunus Oğuz məktəbi!

 

Yunus bəyin təmkinliliyi, hər bir problemi öz daxili inamı gücü ilə həlletmə qabiliyyəti fərqlidir. İndiyədək görməmişəm ki, hansısa problemin həlli üçün kimlərəsə ağız açsın, müraciət etsin, şikayətlənsin.

 

Şikayətdedim, aramızda olan bir məsələdə bunun şahidi olmuşam. Təsisçisi olduğuOlaylarqəzetinin başı üzərində bir problem dolaşırdı, müzakirə əsnasında dedim ki, əlçatan  yaxınlarından birinə məktub göndər, şikayət yaz, kömək edərlər yəqinki. Dedi, yox, şikayət ediləsi bir ünvanım var, o da özüməm! “Mən, ancaq özümdən özümə şikayət edə bilərəm…”.

 

Yəni, demək istəyirdi ki, problem özünə aiddirsə, ya özün həll elə, ya da şikayətlənmək istəsən, get, dur güzgünün qarşısında, güzgüdə gördüyün o şəxsə qədər istəyirsən şikayətlən, ürəyini boşalt!

 

Bəli, hər kəs özünə aid problemin kökünü bilirsə, həlli yolunu da özü axtarıb tapmağa məhkumdur! Bu həm sənin nəyə qadir kimliyinin ölçüsüdür!

 

Yunus bəyin yubiley yaşıdır. Amma əvvəldən dedim, mən onun məhsuldar fəaliyyətini göz önünə gətirəndə deyirəm ki, məncə, onun yüz yaşı var! Ona görə müdrikliyi ilə gözümdə yüz yaşlı Yunus Oğuzu ürəkdən təbrik edir, ona həmişə özünəgüvənlik arzulayıram.

 

Asif MƏRZİLİ,

 

Təzadlarqəzetnin “Tezadlar.az saytının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü, publisist, yazıçı

 

Olaylar  2025.- 18-24 iyul (¹24).- S.13.